19/09/2019 07:03
728 x 90

Prezident İlham Əliyev islahatlar üçün də yerlərdən təkliflər gözlədiyini bəyan etdi... - FOTO

img

Prezident İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

Sakinlərlə görüşən dövlət başçısı deyib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir.

“Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək və insanlara rahatlıq verəcək”.

Rayon sakini Altay Mansurov “Həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq”- deyə Prezidentə təşəkkür edib.

Prezident bildirib: “Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var.

…Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq”.

Son xəbərlər