Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ-da İran siyasi mühacirəti ilə gizli “inqilab müzakirələri” başladı…

Image


Məlum olduğu kimi, ABŞ İrandan neft idxal edən 8 ölkəyə, yəni Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana tətbiq olunan müvəqqəti güzəşti ləğv etməyə hazırlaşır. Bu xəbərlərdən sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşmaqda davam edir. Buna rəğmən, “Bloomberg”in xəbərinə görə isə, ABŞ rəhbərliyi İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayacaq.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunub. Hesab edilir ki, İranın neft bazarından sıxışdırılması ilə “qara qızıl“ın qiyməti 100 dollarlıq həddə çatacaq. Amma İranın buna cavab olaraq atmağa hazırlaşdığı addım qiymətləri, bəzi ekspertlərə görə, ilk mərhələdə 150, daha sonra 200 dollarlıq həddə kimi yüksəldə bilər. Belə ki, İran ABŞ-ın gedişinə cavab olaraq yenidən Hörmüz boğazını bağlaya biləcəyini açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun admiralı Əlirza Tanqsirinin  sözlərinə görə, Hörmüz boğazı beynəlxalq dəniz keçididir və o yoldan istifadəyə icazə verilməzsə, İran özünün strateji su yolunu bağlaya bilər: “İstənilən təhlükəyə qarşı İran sularını qorumaqdan çəkinməyəcəyik. Biz cavab tədbirləri görəcəyik”. Qeyd edək ki, 2018-ci ilin sonunda İran prezidenti Həsən Ruhani də ABŞ-ın İrana sanksiyalar çərçivəsində öz neftini satmasına mane olacağı təqdirdə, Fars körfəzi regionundan neft ixracının qarşısını alacaqlarını bildirərək Vaşinqtonu təhdid etmişdi: “Bir gün Birləşmiş Ştatlar İranın neft ixracını bloklamaq qərarına gəlsə, Fars körfəzindən neft daşınmayacaq”. Amma o vaxt  ABŞ administrasiyasının İranla əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt İranı Hörmüz məsələsində geri çəkilməyə razı sala bildi. İndi ABŞ-ın yeni mövqeyi Hörmüz boğazının bağlanmasını yenidən aktuallaşdırıb. ABŞ bu durumda bəyan edir ki, İrana Hörmüz boğazını bağlamağa heç vaxt imkan verilməyəcək.  

Qeyd edək ki, Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır.  İranın özündən savayı ən böyük neft istehsalçılarından Səudiyyə Ərəbistanı özünün xam neft ixracatının 88%-i, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər bütün ixracatını, İraq 99%-i Hörmüz boğazı üzərindən daşıyır. Hər gün müxtəlif ölkələrin 20-30 tankeri bu boğazdan keçir. Özü də adları çəkilən sonuncu ərəb ölkələri həm də ABŞ-ın yaxın mütəffiqləridir. Boğaz, həmçinin, körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur. ABŞ isə, yuxarıda qeyd olunduğu kimi, İranın boğazı bağlamasına yol verməyəcəyini açıq bəyan edir. Yaranmış vəziyyətdə  Pentaqon yenidən  Fars körfəzinə hərbi donanma göndərməyə hazırlaşır. Bu fonda İranın Fars körfəzi sularına yeni hərbi gəmilər, sualtı qayıqlar göndərməsinə dair məlumatlar səslənir. Beləliklə, gözlənilən budur ki, gələn ay Hörmüz boğazına görə ABŞ və İran arasında savaş başlaya bilər. Ən azı o baxımdan ki, ABŞ Fars körfəzinə daxil olan hərbi gəmiləri ilə manevrlər edib Hörmüz boğazının bağlanmasının qarşısını almağa çalışacaq ki, bu da İran tərəfindən birmənalı qarşılanmayacaq. Ekspertlərin fikrincə, belə vəziyyətdə hərbi qarşıdurma qaçılmaz olacaq.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, bəzi ərəb ölkələri, eləcə də İsrail İran məsələsinin birdəfəlik həlli üçün Vaşinqton və Tehran arasında məsələnin hərbi həlli istiqamətində fəal iş aparır. Gözlənir ki, ABŞ və İran arasında mümkün qarşıdurma zamanı onlar  birinciyə hərtərəfli dəstək verəcək. Hələlik isə əsas qarşıdurmanın Fars körfəzində cərəyan etməsi aydın müşahidə olunur. Bununla yanaşı, ABŞ İrana təzyiq göstərmək üçün digər rıçaqlarını da işə salıb. ABŞ dövlət katibi Mayk Pompeonun İran-Amerika Cəmiyyətinin nümayəndələri ilə qapalı görüşü də bunun təsdiqi sayılır. Məlumata görə, Pompeo cəmiyyətin 15 lideri ilə Dallas şəhərindəki otellərdən birində görüşüb. İran diaspor nümayəndələri ilə görüş fonunda ABŞ mediası yazır ki, Vaşinqton Tehranda rejim dəyişikliyi üçün onlardan da faydalanmaq niyyətindədir.  

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ