Bazar günü günü, 08 noyabr 2026
     

Ukraynadakı Azərbaycan diasporu Zelenskinin gəlişini daha məqbul sayır, niyə...

Image


Ukraynada seçkilərin nəticəsi artıq tam bəllidir. Hazırda prezident səlahiyyətlərini icra edən Poroşenko böyük fərqlə rəqibi Zelenskiyə uduzub. Komediya aktyoru olan Zelenski qələbəsini ikinci tur seçkilərində rəsmiləşdirə bildi.

Maraqlıdır ki, Ukraynadakı seçkilərin gedişi zamanı həmin ölkədə olan bir çox diaspor fəalımızın Zelenskiyə rəğbətinin olduğunu müəyyən etdik. Ən azı, onların sosial şəbəkələrdəki mövqelərindən bunu aydın sezmək mümkün idi. Diaspor fəallarımızın seçkilərdə hansı mövqedə olduqlarını daha dəqiq müəyyənləşdirmək və Zelenskiyə rəğbətin niyə artıq olduğunu dəqiqləşdirmək üçün bu yöndə araşdırma aparmaq qərarına gəldik. Qeyd edək ki, Azərbaycanın özündəki Ukrayna vətəndaşları da seçkilərdə daha çox Zelenskiyə səs veriblər. Seçki komitəsinin sədri İlqar Həsənov bülletenlərin 100%-nin hesablanması nəticəsində seçicilərin 51,50%-nin səsini Vladimir Zelenskiyə verdiyini deyib. Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə, ümumilikdə, 233 nəfər qatılıb.

Xatırladaq ki, seçkilərin ilk turunda Azərbaycanda yaşayan Ukrayna vətəndaşları Petro Poroşenkoya daha çox səs vermişdilər.

  • Eldar Tağıyev: “Çünki diasporumuzun bir qolu Saakaşvili tərəfdarı idi”

30 ildən artıqdır Ukraynada Azərbaycan diasporunu təmsil edən və fəal üzvlərdən olan Eldar Tağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Ukraynada yaşayan azərbaycanlıların böyük əksəriyyəti, fəaliyyətdə olan diaspor təşkilatlarımız bir araya gələrək "Ukrayna Azərbaycanlıları Şurası" adı altında birləşib fəaliyyət göstərirlər. Mənim özüm də həmin qurumda təmsil olunuram. Bilirsiniz ki, bizim diaspor nümayəndələrimizin böyük əksəriyyəti Ukrayna vətəndaşıdır. Bu da onlara imkan verir ki, müxtəlif partiyalara üzv olsunlar, eyni zamanda, seçkilərdə iştirak edib, istədikləri namizədə səslərini versinlər. Əslində, bu fəallıq bizi də çox sevindirir. Mən deməzdim ki, bu seçkilərdə azərbaycanlılar ucdantutma Zelenskiyə səs verdilər. Amma bu nisbətdə üstünlüyün Zelenskinin tərəfində olduğunu deyə bilərəm. Bunun da səbəbləri çoxdur. Çünki diasporumuzun bir qolu Saakaşvili tərəfdarı idi. Zelenskiyə olan məhəbbət oradan qaynaqlanır. Saakaşvilinin partiyası, birmənalı olaraq, Zelenskini dəstəklədiyi üçün, bizim soydaşlarımız arasında da bu seçim üstünlük təşkil etdi”.

Eldar Tağıyevin sözlərinə görə, Zelenskinin qələbəsini şərtləndirən faktorlar heç də bizim diasporun verdiyi səslə bağlı deyil: “Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsindən əziyyət çəkən əhalinin mövcud hakimiyyətə qarşı qəzəbindən məharətlə istifadə edildi. Mən Ukraynanın Rusiya ilə yaxınlaşmasını istəmirəm. Səbəbləri aydındır. Amma proseslərə demokratiyanın qələbəsi kimi baxanları düşünməyə dəvət edirəm. Yadınızdadırmı, sovetlərin dağıldığı ilk illərdə bütün seçkilərdə kommunistlər qalib gəlmək şansını saxlayırdılar. Onları hansı yollarla (Rusiyada Jirinovski kimi təlxəklər belə peyda oldu!) zəiflədib heçə çıxardılar? Bu gün Rusiyaya qarşı barışmaz kimi görünən prezidentin belə bir komiklə əvəz edilməsi əhali üçün düşünülmüş yeni oyundur, hələlik bütün narazı qüvvələri qane edən. Hədəf Ukrayna və Rusiyanın yollarının kəsişməsi ehtimalını yox etməkdir, demokratiya pərdəsi altında”.

  • Paşa İlisuyski: “O, gücünü öz xalqının dəstəyindən aldı və 90-cı illərin oğru oliqarxlarını   yaxınına buraxmadı”

Nisbətən gənc nəslin nümayəndəsi olan diaspor nümayəndələrimiz isə Zelenskiyə dəstək verirlər. Tanınmış diaspor nümayəndəsi Paşa İlisuyskinin sözlərinə görə, bu dəstəyi Zelenskiyə yalnız onlar verməyib: “Ukrayna parlamenti, hökuməti, ordusu və bütün siyasi partiyaları ağız dolusu Zelenskiyə dəstəyini bildirir. Bundan əlavə, Avropa liderləri, ABŞ, Kanada, beynəlxalq təşkilatlar, MDB ölkələri və hətta Ukraynaya düşməncə yanaşan Putin və Medvedyev belə öz rəğbətlərini dilə qətirirlər. Bilirsiniz niyə hamı birdən-birə Zelenskiyə bu qədər önəm verir? Ona görə ki, o, demokratik şəkildə öz xalqının dəstəyini qazandı! O, gücünü öz xalqının dəstəyindən aldı və 90-cı illərin oğru oliqarxlarını yaxınına buraxmadı”.

  • Hikmət Cavadov: “Mən bu günü çoxdan gözləyirdim”

Digər diaspor fəalı Hikmət Cavadovun da Zelenskini dəstəklədiyi məlumdur. Onunla əlaqə saxlasaq da, danışmaq imkanının olmadığını bildirdi. Ancaq sözügedən diaspor fəalı Zelenskinin qələbəsinə münasibətini açıq formada ifadə edib. O, sosial şəbəkədəki hesabında qalib gələn namizədin fotosunu paylaşaraq “Mən bu günü çoxdan gözləyirdim” sözlərini yazıb.

Adının çəkilməsini istəməyən bir diaspor nümayəndəmiz bizə bildirdi ki, Ukraynadakı azərbaycanlıların Zelenskiyə böyük rəğbət bəsləməsinin kökündə duran faktorlardan biri də Poroşenkonun yanlış kadr siyasətidir. Ən başlıcası isə, Ukraynanın erməni əsilli daxili işlər naziri Avakovun azərbaycanlılara bəslədiyi qərəzli münasibətdir: “Araşdırsanız görərsiniz ki, bir çox diaspor fəalımıza müəyyən adamların sifarişi ilə məhz Avakovun təhriki ilə cinayət işləri qaldırılıb. Bu səbəbdən də Ukrayna azərbaycanlılarının böyük əksəriyyəti bu qərəzdən yaxa qurtarmaq üçün Poroşenkoya yox, Zelenskiyə səs verdi”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ