"Livanın hərbi təşkilatı və siyasi partiyası olan "Hizbullah" bir sıra ölkələrdə fəaliyyət göstərir, onun təsir sahəsi Yaxın Şərqlə məhdudlaşmır". Baki-xeber.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls bildirib.
"Hizbullah" şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır... "Hizbullah"-ın aktivliyi ötən illər ərzində Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Peru və Tailand kimi ölkələrdə görülüb". - deyə Seyls vurğulayıb.
Qeyd edək ki, “Hizbullah” (ərəbcə - Allahın ordusu) Livanda üzvləri həm mülki şəxslərdən, həm də silahlı qanadı olan şiə inanclı insanların partiyasıdır.
“Hizbullah” İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.