Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyədə Rusiyanın hərbi bazası, F-35-in əvəzinə rus qırıcıları - regionda yeni geosiyasi vəziyyət, NATO parçalanma ərəfəsində...

Image


Azərbaycanın da daxil olduğu regionda yaxın tezlikdə geosiyasi müstəvidə proseslərin daha gərgin məcrada inkişafı proqnozlaşdırlır. Bunun əsas səbəbi ölkəmizin əsas mütəffiqi olan Türkiyə və ABŞ arasında gərginliyin yüksələn xətt üzrə davam etməsi, tərəflər arasında iqtisadi, siyasi, hətta hərbi müstəvidə qarşıdurma vəziyyətinin yaranmasıdır. Türkiyənin, xüsusən hərbi müstəvidə Rusiya ilə yaxınlaşmaq niyyəti əvvəldən ABŞ-da xoş qarşılanmayıb və bu səbəbdən Vaşinqton ilk olaraq iqtisadi müstəvidə Ankarya sərt zərbələr vurmağa hazırlaşır.

Bununla yanaşı, ABŞ hərbi cəhətdən də Türkiyəni təzyiq altında tutmağı düşünür. Türkiyənin təhlükəsizlik və strategiya üzrə mütəxəssisi Yusuf Alabarda bu təzyiqin Şərqi Aralıq dənizi üzərindən olacağını vurğulayır. Mütəxəssisin sözlərinə görə, son dövrlərdə Şərqi Aralıq dənizində baş verən proseslər Türkiyəyə qarşı hərəkətliliyə işarədir: “Türkiyə çoxistiqamətli şəkildə hədəfə alınıb. Ankaranın başını qatmağa çalışırlar. Ana hədəf isə Şərqi Aralıq dənizidir. Paralel zamanda həm bu bölgəyə, həm də Suriyada Fərat çayının şərqinə hücumlar başlayacaq. Türkiyəni iki cəbhədə birdən sıxıntıya düçar edəcək siyasətin izindədirlər”. Alabarda İsrail, Yunanıstan, Cənubi Kipr və Misir ittifaqının Şərqi Aralıq dənizində keçirdiyi hərbi təlimlərə də diqqət çəkib: “Tam da bu nöqtədə S-400 böhranı partlayır. Çünki Türkiyə S-400 sistemlərini bu nöqtəyə yerləşdirsə, həm Suriyada, həm də Şərqi Aralıq dənizində hava üstünlüyünü ələ keçirəcək. ABŞ-dakı hərbi ağıl bunu gördüyü üçün Türkiyənin müdafiəsinin qapıçısız futbol komandası kimi meydanda olmasını görmək istəyir. Türkiyə havadan müdafiəsini təmin etdikdən sonra bölgəyə milli silahlarını yerləşdirərək üstünlüyü daha da yuxarı səviyyəyə qaldıracaq. O zaman Türkiyənin biləyinin bükülməsinin mümkün olmadığını da bilirlər. Şərqi Aralıq dənizində qaynaqlı strateji qasırğa gəlir. Toplum buna hazır olmalıdır. Çünki iki alternativimiz var. Ya hər şeydən imtina edib ABŞ-a bağlı siyasətlə gedən Türkiyə olacağıq, ya da qarşımızdakı divarları yıxıb öz siyasətimizi inşa edəcəyik”.

Belə bir vaxtda proqnozlaşdırılır ki, Türkiyə Rusiyadan aldığı silahlar hesabına bölgədə mövqeyini daha da gücləndirə və ABŞ-a lazımi müqavimət göstərə bilər. Bunu Ankarada da aydın sezirlər. Elə bundan irəli gəlir ki, F-35 qırıcılarını ABŞ-dan ala bilməyəcəyini görən Türkiyə artıq Rusiya hərbi təyyarələri ilə maraqlanır. “Defense News” nəşri bu xüsusda yazır: “ABŞ Türkiyəni F-35 hazırlıq proqramından çıxarsa, Ankara Rusiya qırıcılarına üz tutacaq”. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi aprelin əvvəlində Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasını əsas gətirərək F-35 qırıcılarının istehsal proqramındakı fəaliyyətlərini dondurduğunu açıqlamışdı. Bunun əvəzində artıq bəlli olur ki, Türkiyə Rusiya qırıcıları ala bilər. “Habertürk” portalında yer alan məlumatlardan isə belə bəlli olur ki, ABŞ siyasətini dəyişməsə, Türkiyə ərazisində Rusiya hərbi bazası da peyda ola bilər.  Portal bu xüsusda yazır: “Bəli, iqtisadiyyatın idarəçiliyi, təhlükəsizlik və xarici siyasət sahələrində bəzi kövrək, təhdid yarada biləcək yerlərimiz var. Ancaq Türkiyənin əlində kozır olaraq istifadə edə biləcəyi çox önəmli bir məsələnin olduğunu da unutmamalıyıq.

Bu məsələ hər həftə görüşdüyümüz, tərkibində milli təhlükəsizlik icmasından şəxslərin də olduğu qrupun son nahar yeməyində müzakirə edildi. Aralarında Vaşinqtonun ən önəmli milli təhlükəsizlik yazarlarının və təqaüdçü yüksək səviyyəli bürokratlarının da olduğu bu qrupdakı danışıqlar bir neçə ay ərzində baş verə biləcək hadisələr haqqında öncədən ipucları vermişdi.

Son günlərdə ABŞ administrasiyasının milli təhlükəsizlik qurumlarının bütün səviyyələrindən “Rusiyanın qlobal səviyyədə yüksələn təhdidinə qarşı nələr edilməli” sualına təcili cavablar tapılması və bu cavabların hər bir qurumun milli təhlükəsizlik idarəsinə təcili bildirilməsi istəndi. Konqresin Nümayəndələr Palatasının rəhbərliyi də bu müzakirələrə daxil oldu. Demokratların lideri Nensi Pelosinin rəhbərliyilə Konqres nümayəndə heyəti təcili EOROCOM-u (ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı) ziyarət etdi və bu məsələ ilə bağlı birbaşa komandanın özünü dinlədi.

Konqresə yaxın qaynaqlardan sızan məlumatlara görə, həmin görüşdə öncəliklə “Rusiya ilə ABŞ arasında güclənən qlobal rəqabətdə Türkiyənin yeri və nə edəcəyi” məsələsi müzakirə edilib.  Vaşinqtondakı milli təhlükəsizlik qurumlarında da müzakirə edilən məsələ öz başlığı etibarı ilə Rusiya olsa da, əslində, Türkiyənin müzakirə edildiyi bildirilir.

ABŞ rəhbərliyi S-400 raketlərilə bağlı çıxarılan F-35 böhranında geri addım atmaq istəməməklə birlikdə, bu prosesinTürkiyənin ABŞ və NATO-dan daha da uzaqlaşaraq Rusiya ilə bir hərəkət etməyə başlaması ilə nəticələnə biləcəyini düşünür və rəhbərlik daxilində bu məsələ ilə bağlı bir narahatlıq və qorxu da var. ABŞ rəhbərliyi daxilində bu məsələ ilə bağlı qorxu yaranmışkən, Ankara tərəfindən bu qorxunu daha da körükləyən bir ağıllı manevr də edilib və Akkuyuda inşa edilən AES-ə yaxın yerdə bir hərbi liman inşa edilməsi fikri ortaya atılıb. Buna formal səbəb olaraq da AES-dən çıxacaq nüvə tullantılarını daşıyacaq gəmilərə xidmət etmək göstərilib, lakin eyni zamanda rus hərbi gəmilərinin də burada yerləşə biləcəyinə eyham vurulub.

Gerçəkləşərsə, bu, Suriyadaki Tartusdan sonra rusların Aralıq dənizində ikinci hərbi bazaya sahib olması anlamına gələcək. ABŞ-ın Şərqi Aralıq dənizi ilə əlaqədar strateji manevrlər etdiyi bu günlərdə ruslara Aralıq dənizinə nəzarət baxımından çox önəmli üstünlük verəcək belə bir addımın bu formada gündəliyə gətirilməsi Vaşinqtonda rəhbərlik daxilində xeyli narahatlığa yol açıb. Bu hərbi liman  və ya bazada S-400 raketləri də yerləşdirildiyi halda, Rusiya və Türkiyə Aralıq dənizində, Kipr də daxil olmaqla, quş uçuşunu belə görəcək və müdaxilə edə biləcək duruma gələcək. Akkuyuya yaxın olacaq bu hərbi liman və ya baza İncirlik Hərbi Hava Bazasına da sadəcə 230 km uzaqlıqda yerləşəcək. S-400 raketləri radiusu 250 km olan böyük dairədə nə uçarsa-uçsun, onu “görmə” və ona “bağlanma” imkanına sahibdir. Yəni Türkiyə qeyd edilən addımı atarsa, bu, İncirlik Hərbi Hava Bazasından istifadə edən NATO təyyarələri üçün qəbul edilməsi çox çətin olacaq, onları xeyli çətin vəziyyətə sala biləcək bir durum yaratmış olacaq.

Türkiyə bütün bu deyilənləri həqiqətən etdiyi təqdirdə, bəlkə də NATO-dan qopacaq, lakin NATO daxilində də qapadılması mümkün olmayan böyük bir “dəlik” açılmış olacaq.

Aradabir Türkiyəyə qarşı sanksiya tətbiqi təhdidləri səsləndirən ABŞ rəhbərliyi indi, məhz bu üzdən, Ankaranı tam qarşısına almasının yaxşı olmaya biləcəyini də düşünür. Rəhbərlik daxilində bu məsələ ilə bağlı xeyli atəşli, vaxtaşırı səs tonlarının yüksəldiyi müzakirələr davam edir. Elə bu səbəblə, mütəxəssislər hazırda həlli mümkün görünməyən F-35-lər və S-400-lərlə bağlı bəzi həllərin mütləq tapılacağını düşünürlər. Çünki bir qopma olarsa, bundan sadəcə Türkiyənin deyil, ABŞ-ın da böyük zərər görəcəyini və qlobal rəqabətdə Rusiyanın əlinə böyük bir “kozır” veriləcəyini düşünənlər də var Vaşinqtonda”.

Bütün bunlar regionda geosiyasi durumun əhəmiyyətli dərəcədə dəyişəcəyini istisna etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ