23/07/2019 22:23
728 x 90

ABŞ-dan Azərbaycandakı islahatlara dəstək... “Azərbaycan böyük irəliləyiş əldə edib”

Səfir: “ABŞ Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh danışıqlarının davam etdirilməsinə ümid edir”

img

Vaşinqton Azərbaycanda sosial-iqtisadi islahatları dəstəkləyir. Baki-xeber.com Interfax-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bəyan edib.

“ABŞ Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları alqışlayır və bu məsələdə hər cür dəstək göstərməyə hazırdır”, - diplomat jurnalistlərlə söhbət zamanı bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan islahatlar nəticəsində böyük irəliləyiş əldə edib.

Səfiri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da gözlənilən görüşünü də şərh edib. Örl Litzenberqer deyib ki, Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sülh yolu ilə danışıqlar prosesinin davam etdirilməsinə ümid edir.

“Biz Dağlıq Qarabağa dair dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirik”, - diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların növbəti raundunun dəqiq tarixi hələlik məlum deyil.

“XİN başçılarının Moskvada keçirilən görüşünü alqışlayırıq və yekunlarına dair səslənən bəyanatdan məmnunluq ifadə edirik”, - səfir qeyd edib.

O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə münaqişə tərəfləri arasında dialoqa yardım etməkdir.

“Münaqişə gücün tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququna riayət olunması prinsipləri əsasında həll olunmalıdır”, - diplomat vurğulayıb. 

Son xəbərlər