Bazar günü günü, 08 noyabr 2026
     

Böyük güclərin “Qarabağ rəqabəti” başlanır (?)

Image


ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda təşkil etmək niyyəti, Bakıdan fərqli olaraq, İrəvanda böyük ajiotaja səbəb olub. Ermənistanda hesab edirlər ki, ABŞ-ın prosesdə aktiv rol almaq niyyəti Azərbaycanın maraqlarına tam cavab verdiyi halda İrəvan üçün qəbuledilən deyil. Çünki ABŞ prosesin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşmasını istəyir.  

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə ABŞ tərəfinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif etdiyini diqqətə çatdırıb:“Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Daha sonra ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi Mayk Pompeo da danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”. Azərbaycan XİN rəhbərinin bəyanatına İrəvanın cavabı özünü çox gözlətmədi. Parisdə səfərdə olan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün birtərəfli elanına görə Azərbaycan XİN başçısını tənqid edib, amma dəvət faktını təkzib etməyib: “Həqiqətən də, əvvəlki belə görüşlərin coğrafiyası nəzərə alınaraq, növbəti görüşün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birində keçirilməsinin mümkünlüyü nəzərdən keçirilir. Ancaq bu məsələ hələ müzakirə mərhələsində olduğundan, birtərəfli ifadələrin tətbiqindən çəkinmək lazımdır. Bundan başqa, görüşün ATƏT-in Minsk Qrupu ölkələrindən birində keçirilmə yeri haqda qiyabi elan prosesin iştirakçılarına, ilk növbədə isə bu vasitəçiyə hörmətsiz münasibətdir. Hələ razılaşdırılmamış görüş barədə elan vermək arzusu qarşılıqlı güvənə əsaslanan iş üçün normal bir mühitin meydana gəlməsinə kömək etməyəcək”.

Parisdə olan Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyan isə “Fiqaro” nəşrinə müsahibəsində bildirib ki, nizama salınma yalnız siyasi ola bilər və danışıqların tək formatı ATƏT-in Minsk Qrupudur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da məsələyə çevik reaksiya verib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir: “Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz. Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik. Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman, Azərbaycan tərəfində olduğu kimi, onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar". Bütün bu söz duelində maraq doğuran məsələ, heç şübhəsiz, İrəvanın ABŞ-da keçiriləcək görüş barədə məlumatın indidən açıqlanmasından keçirdiyi narahatlıqdır. Erməni mediasının yazdıqlaprından belə bəlli olur ki, əslində, ABŞ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllində maraqlıdır. Elə ABŞ Qulf Analitik Mərkəzinin mütəxəssisi Teodor Karasik da eyni mövqeni bölüşür. O vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid var.

Politoloqun sözlərinə görə, hazırda münaqişənin həllinə nail olmaq üçün bir çox şans var: “Uzun müddətdir davam edən bu tarixi və emosional mübarizədə  sülhü qəbul etmək istəməyən, üzülən insanlar da olacaq. Amma artıq zamanıdır". Rəsmi Vaşinqtonun marağını şərh edən politoloq Rusiya və ABŞ-ın bu məsələdə olduqca aktiv olacağını da vurğulayıb: “Rusiya və ABŞ artıq bu münaqişənin hansı şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdır”. Erməni mediası yazır ki, əslində, ABŞ ötən ildən məsələnin həllində aktiv rol oynamağa çalışır. Ermənistanın “Yerkramas” nəşri qeyd edir ki, ötən il ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərindən sonra Vaşinqton Qarabağ məsələsi ilə daha yaxından maraqlanmağa başlayıb.  Elə həmin vaxtdan da problemin çözümündə “Bolton planı” gündəmə gəlib.

Bildirilir ki, “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki plan onun Azərbaycan tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh vədi var: “Bolton planı” Nikol Paşinyanın rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağ barədə intensiv danışır və bu mübahisəsizdir. Artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçib”. Maraqlıdır ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov da problemin “Bolton planı” üzrə çözümünü mümkün sayır. O hətta vurğulayır ki, bu planı işə salmaqla rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir: “Vaxtilə Rusiya Suriyaya qoşun yeritdi və İŞİD-lə müharibəyə başladı. ABŞ da dərhal oraya qoşun göndərdi və koalisiyanın başında İŞİD-ə qarşı real mübarizə aparmağa başladı. Bir növ İŞİD-ə qarşı döyüşənlərin yarışması formalaşdı. İndi də rəsmi Vaşinqton Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinin real nəticə verəcəyini görən kimi Moskvanı qısqanıb. Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar”. Nizamlama perspektivləri barədə danışan politoloq münaqişənin həllinə ümid etdiyini vurğulayıb: “Düşünürəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda artıq bu il ciddi irəliləyişə nail olunmasına dair yaxşı şanslar var”.

Ermənistanın “Lragir” qəzeti də yazır ki, ABŞ özünün geosiyasi maraqları üzündən də münaqişənin həllinin tezləşməsində maraqlıdır: “ABŞ dövlət katibi Mayk Pompeonun dəvəti, əlbəttə, balansı saxlamaq və Qarabağ münaqişəsinin nizama salınmasında Moskvaya müstəsna hüquq verməmək niyyəti ilə ola bilər. Digər tərəfdən, ABŞ müxtəlif münaqişələrin nizama salınmasının əsas missiyasını öz üzərinə götürməyə çalışır və bu planda konseptual bəyanatlar hazırlanır. ABŞ dünyada münaqişələrin həlli üçün hansısa universal sxemləri tapmağa çalışır və öz variantlarını təklif edir”. Amma Ermənistandan fərqli olaraq, münaqişədə ABŞ-ın fəallığı Azərbaycanda müsbət qarşılanır. Məsələn, politoloq Qabil Hüseynli qeyd edir ki, Dağlıq Qarabağla bağlı danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyət daşıyır: "Burada liderlik uğrunda Rusiya ilə ABŞ arasında yarış elementləri var, amma ABŞ üçün liderlikdən daha çox problemin həlli vacibdir. Çünki ABŞ Rusiyaətrafı bölgələrdə öz geostrateji maraqlarını təmin edən vəziyyət yaranmasını istəyir. Belə vəziyyətin yaranmasına mane olan da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı aparılan müharibə və ya münaqişədir. ABŞ yaxşı başa düşür ki, bu münaqişə səngimədən Azərbaycanın regionda reallaşdırdığı böyük iqtisadi layihəni işə salmaq mümkün olmayacaq. Üstəlik türkmən qazını, Qazaxıstan neftini Xəzərin dibindən keçirməklə Bakı-Ceyhan neft kəməri və eləcə də Azərbaycanın üzv olduğu “Cənubi Qaz Dəhlizi”ni birləşdirmək alınmayacaq. Hətta Özbəkistan da bu fikirdədir. ABŞ Avropanın, eləcə də dünyanın neft-qaz təchizatını divertifikasiya etdirməyə, Rusiyanın Avropadakı qaz diqtəsinin, inhisarçılığının qarşısını almağa çalışır. Bu məsələdə də ən əhəmiyyətli amil Azərbaycanla Ermənistan arasındakı münaqişəyə son qoyulması, sülhün əldə edilməsidir.

Əlbəttə, Moskva görüşündən sonra danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyətlidir. Doğrudur, Moskva danışıqlar prosesinə mane olmağa çalışır. Ermənilər də, belə desək, Rusiyanın dediyi ilə oturub-durur. Amma hər halda, ABŞ-ın təklifi tekton tərəflərə yumşaq mühit yarada bilər. Bir sözlə, ABŞ danışıqlar prosesinə Moskvadan daha güclü stimul verə bilər. Bu səbəbdən Vaşinqton görüşünü, sözsüz ki, alqışlamaq lazımdır".

Politoloqun fikrincə, ermənilər başqa dövlətin təsiri altında danışıqlar prosesinə əngəllər yaratmağa davam etsələr də, dünya ictimai rəyinin, xüsusilə ABŞ-ın, Avropa Birliyinin qarşısında çəkilmək məcburiyyətində qalacaqlar: "Bu, ola bilsin, regionda sülh sazişinin imzalanmasına gətirib çıxarsın. Azərbaycan xalqı bunu ürəkdən arzu edir. İşğalçı Ermənistanın siyasi liderlərinin buna uyğun qərar verməsinə böyük ehtiyacı var. Hələ ki, ABŞ Kremlin irəli sürdüyü şərtlərdən qat-qat yaxşı həll variantı təklif edir. ABŞ indiki şəraitdə heç bir qeyd-şərt olmadan erməni əsgərin Dağlıq Qarabağ hüdudlarından kənardakı 7 rayondan geri çəkilməsini istəyir və bildirir ki, Ermənistan özünü işğalçı hesab etmirsə, burdakı qoşunlarını geri çəkməlidir. Dağlıq Qarabağın statusu məsələsinə münasibətdə isə bildirir ki, qaçqınların geri qayıtmasından, bölgədə normal iqtisadi əlaqələrin bərpasından sonra bu danışıqları davam etdirmək olar. ABŞ NATO-nun üzvüdür. NATO 2013-cü ildən bəri bütün sammitlərində postsovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dair bəyanat verib. Bu bəyanat artıq bir neçə dəfə səsləndirilib. Bu, dolayısı yolla ABŞ-ın, eləcə də digər NATO üzvlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi anlamına gəlir". Elə bu da Ermənistanda ciddi narahatlıq yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ