Türkiyə və ABŞ münasibətlərində öncə Suriya, ardınca Rusiya S-400 raketdən müdafiə sistemləri və F-35-lərlə bağlı yaşanan gərginliyə daha biri əlavə olunur.
Baki-xeber.com xəbər verir ki, ABŞ Konqresinə təqdim olunan yeni layihə onsuzda gərgin olan münasibətləri daha da ağırlaşdıra bilər.
Amerikalı Demokrat senator Bob Menendez və Respublikaçı senator Marko Rubionun Konqresə Şərqi Aralıq dənizində ABŞ-ın Yunanistan-İsrail-Yunan Kipri üçlüyünə dəstəyini nəzərdə tutatan layihə təqdim edib.
ABŞ-ın Şərqi Aralıq dənizi strategiyasını dəyərləndirən təhlükəsizlik eksperti Yusif Alabarda Türkiyənin çox istiqamətdən hədəfə alındığını deyir. "Onların əsas hədəflərinin Şərqi Aralıq dənizilə başlayacaq bir problemi eyni vaxtda Suriyada Fəratın şərqində da başlatmağı düşündüklərini güman edirəm. Türkiyəni iki cəbhədə eyni vaxta problem yaratmaq siyasət güdürlər. Bu məqamda Fəratın şərqində fəaliyyətlərimizə davam edərkən, Şərq Aralıq dənizindəki fəaliyyətlərimizi də heç bir şəkildə güzəştə getmədən davam etdirməliyik"- deyə ekspert söyləyib.
Eksperin fikrincə, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yetişən təhlükə bərədə də xəbərdarlıq edib: "Şərqi Aralıq dənizində bir strateji qasırğa gəlir. Cəmiyyət buna hazır olmalıdır. Çünki iki alternativimiz var. Ya hər şeydən əl çəkib, ABŞ-a boyun əyəcək bir siyasətlə idarə olunan bir Türkiyə olacağıq, ya da bizə hörülən divarları yıxıb öz siyasətimizi inşa edən ölkə olacağıq".