Türkiyə 31 mart seçkilərində ən çox mübahisələrə səbəb olan İstanbulda son qərar açıqlanıb.
Baki-xeber.com xəbər verir ki, CHP-nin namizədi Əkrəm İmamoğlu Ali Seçki Komissiyasının İstanbul seçki dairəsindən mandatını alaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olub.
İmamoğlu mandatını aldıqdan dəhal sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin binasına gedərək bələdiyyə sədri möhürünü təhvil alıb.