Bazar günü günü, 08 noyabr 2026
     

“Onda biz tək Qarabağı yox, Ermənistanı da itirməli olacağıq…”

Image


Rusiya və Ermənistan arasında kəskinləşməkdə davam edən münasibətlər fonunda Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə İrəvana qarşı sərt gedişlər edə biləcəyinə dair yeni maraqlı fikirlər meydana atılmaqdadır. Əsasən də rus ekspertlər tərəfindən irəli sürülən bu fikirlərdə diqqət ona yönəlir ki, Kremlin bütün gözləntilərinə rəğmən, İrəvan Rusiyanın gözləntilərini doğrultmayaraq, Moskvaya qarşı addımlar atmaqda davam edir. Bu xüsusda son günlərdə diqqət İrəvanın Rusiya telekanallarına qarşı sərt mövqeyinə yönəlib.

Xatırladaq ki, Ermənistan ərazisində rus kanallarının yayımını məhdudlaşdırmağı düşünür. Belə bir vaxtda isə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanallarını dəqiq olmağa çağırıb. Qeyd edək ki, Rusiya telekanalları Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın siyasi baxışlarına görə təqib edilməsi barədə reportaj hazırlayaraq efirə verib. Bu da Nikol Paşinyanın xoşuna gəlməyib və o, həmin telekanallara müraciət edərək deyib: “İstənilən teleşirkət başqa bir dövlətin ərazisində fəaliyyət göstərdiyini unutmamalıdır. Əks halda, doğru olmayan sahələrdə olacağıq. Hesab edirəm ki, Rusiya telekanalları bu problemi nəzərə alıb uyğun nəticə çıxaracaq. Mən başqa bir dövlətin ərazisində informasiya siyasətinin həyata keçirilməsindən bəhs edirəm”.

Baş verənlərlə bağlı Rusiyanın “rosbalt.ru” portalı yazır ki, telekanallarla bağlı məsələ Ermənistana Qarabağ münaqişəsindən tutmuş digər sahələrə qədər böyük bir diapazonda baha başa gələ bilər. Eyni zamanda sayt yazır ki, bütün bunlar Ermənistan parlamentində 20 il əvvəl törədilmiş məlum terror aktına görə Rusiyaya, o cümlədən prezident Vladimir Putinə qarşı ittihamların artdığı bir şəraitdə baş verir: “Ermənistanda Rusiya  xüsusi xidmətlərinin 20 il qabaq parlamentin atəşə tutulmasında “əli olduğu” haqda məlumat yayaraq, eyni zamanda Rusiya telekanallarının yayımlarını məhdudlaşdırmağı tələb ediblər. Bununla yanaşı, Paşinyanın özü Rusiyaya münasibətdə dostluq sərgiləyirsə də, “fitnəkarlar”ı yerində oturtmur. Moskva və İrəvan arasındakı münasibətlərin Ermənistanda “xalq baş naziri” və Qərbyönlü siyasətçi Nikol Paşinyanın başçılıq etdiyi inqilabi hakimiyyət dəyişikliyindən sonra pisləşdiyi artıq şübhə doğurmur.  Düzdür, Ermənistanın baş naziri əksini iddia edir və respublikada antirusya “mühərriki” bir müddət boyunca dövriyyəsini bir qədər azaldıb, amma onu “boğulmağa” qoymurlar.

Deməli, Ermənistan mediası məlumat yayıb ki, ölkə parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının bu günlərdə baş tutmuş toplantısında 1999-cu il oktyabrın 27-də respublikanın qanunvericilik qurumunda baş vermiş terror aktı mövzusu qaldırılıb. O zaman baş nazir Vigen Sarkisyan, parlament spikeri Karen Dəmirçyan, spikerin iki müavini, bir nazir və üç deputat terrorçuların qurbanı olub. Yığışanlar komissiya sədri Andranik Köçəryandan bu çoxdankı teraktın təhqiqatı ilə bağlı işin nə yerdə olduğu ilə maraqlanıblar və o cavab verib ki, “27 oktyabr cinayəti açılıb, sifarişçilər bəllidir. Bunu Rusiya xüsusi xidmətləri edib…”.  Düzdür, qalmaqallı məlumat fəal şəkildə tirajlandıqdan bir neçə gün sonra Andranik Köçəryan jurnalsitlərə bildirib ki, buna bənzər nəsə deməyib, KİV “yalan və cəfəng” məlumat yayıb. Siyasətçi təkziblə bağlı süründürməni “Azatutyun” radiosuna bununla izah edib ki,  qabaqca buna “ciddi yanaşmayıb”, ta ki, məlumat Azərbaycan KİV-i tərəfindən dərc edilənədək. O, bütün bu əhvalatı Ermənistan və Rusiya arasındakı strateji münasibətlərin pisləşməsinə yönəlmiş fitnəkarlıq adlandırıb. Buna çətinliklə inanırsan. Hətta bəyanat yenə də olubsa, fikir doğur ki, Paşinyanla nəsə razılaşdırılıb, ya da onun sükutlu razılığıyla edilib. Ən yaxşı halda, hakim blokun “rəisi” tərəfindən pislənməyən “özündənqondarma” baş verib. Hər üç variant Ermənistan üçün eyni dərəcədə pis və təhlükəlidir, çünki bu sayaq ittihamlar cavabsız qala bilməz.

Lakin Moskva əvvəllər də çox aldanmayıb: Ermənistanın yeni baş naziri açıqca Qərbyönlü siyasətçi sayılıb və güman edilmir ki, Rusiya, KTMT baş katibi Yuri Xaçaturovun bu qurumun imicinə zərbə vurmuş həbsilə bağlı əhvalatı ona bağışlasın. Habelə, Ermənistanın keçmiş prezidenti, Moskvanın çox fərqləndirdiyi Robert Köçəryanın həbsini. Ermənistanda Rusiya biznesinə “həmlələri”, Rusiyanın bacarıqsız acgözlüyə qədərki hərbi imkanları müqabilində – əlbəttə, İrəvana münasibətdə fəal antirusiya ritorikasını da buna əlavə edək. Ümumiyyətlə, İrəvan Moskva ilə münasibətlərdə uyuşmazı uyuşdurmağa çalışır.

“Ruslar”a həmlələr bununla kifayətlənmir. Yenə də Paşinyanın hakim “Mənim addımım” blokundan Ermənistan siyasətçilərinin tam “xoşbəxtliyi” üçün Ermənistanda Rusiyanın “ziyanvuran” telekanallarının yayımının dayandırılması tələb olunub. Hakim qüvvənin deputatı Narine Tuxikyanın parlamentin elm, təhsil, mədəniyyət, diaspora, gənclik və idman məsələləri üzrə daimi komissiyasının toplantısında dediyi kimi, “Rossiya”, “1-ci kanal”, “Mir” kimi bəzi telekanallar efirə ermənilərə nifrətə çağıran son dərəcə aqressiv verilişlər buraxır. O, televiziya və radio üzrə Milli Komissiyanın sədri Tiqran Akopyandan soruşub ki, ayrı-ayrı proqramların Ermənistan ərazisinə yayımını məhdudlaşdırmaq və ya tam dayandırmaq olarmı? Sədr söyləyib: “Mən sizinlə razıyam. Bu, Ermənistanın informasiya təhlükəsizliyi üçün müəyyən təhdid yaradır”. Amma uzaqgörənliklə qeyd edib ki, belə bir praktikaya görə Gürcüstan və Ukraynada “çox yüksək bədəl ödəmək lazım gəlib”. Və ümumiyyətlə, “bu ölkələrin ödədiyi bədəli ödəməyə hazırıqmı – axı onlar ərazilərinin bir qismindən məhrum olublar?”

Akopyan bu fikrə tərəfdardır ki, Ermənistan “balanslaşmağı bacarmalıdır, çünki indiki vaxtda yetərincə başqa önəmli problemləri var”. O, habelə ümid ifadə edib ki, ölkənin daha əlverişli durumda olduğu vaxt yetişəndə bu ideyanı gerçəkləşdirə bilər. İndi isə belə bir addım “arzuedilməzdir”. “Novosti – Armenia”nın məlumatına görə, “Mir” dövlətlərarası teleşirkətin Ermənistandakı təmsilçisi Merujan Sarkisyan təşəbbüsçü deputatı sözügedən kanala münasibətdə həmlənin motivlərini izah etməyə çağırıb. “Mən təəssüf edirəm ki, – o deyib, – xanım Tuxikyan bilmir, ya da məlumatı yoxdur ki, “Mir” dövlətlərarası şirkətdir və Ermənistan onun səhmdarıdır”.

Buradaca yada salaq ki, “Rossiya – RTR” telekanalı (“Rossiya 1” dövlət telekanalının MDB ölkələri üçün beynəlxalq versiyası) dövlətlərarası saziş üzrə Ermənistanın bütün ərazisinə yayımlanır. Habelə qeyd edək ki,  “terrorçuluq mövzusu”ndan savayı hələ heç kim Rusiya telekanallarının proqram yayımlarının bağlanmasını tələb etməyib. Lakin Ermənistana yayımlanan Rusiya telekanallarına münasibətdə “qalmaqallı ifşalar” və həmlələri artıq geniş şərh edirlər. Özəlliklə hərbi ekspert Vladislav Şurıqin deyib ki, “Bütün bu addımlar İrəvan üçün çox pis qurtaracaq. Rusiya-Ermənistan münasibətləri bundan sonra da soyuqlaşsa – yeri gəlmişkən, mən buna olduqca sakit yanaşıram, çünki hesab edirəm ki,  Ermənistan bizim (Rusiya) üçün qalan hamısından ən mənasız müttəfiqdir – bu halda Ermənistan özü geopolitik durumuna çox ciddi şəkildə yenidən baxmalı olacaq. Ən azı, Azərbaycanın işğal etdiyi ərazilərini qaytarmalı olacaq”.

Qeyd edək ki, aprelin 15-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə növbəti görüşü baş tutub. Maraqlıdır, əsas problem üzrə danışıqlar zamanı Rusiya xüsusi xidmətlərinin “parlamenti atəşə tutduğu” haqda Ermənistan deputatları və Paşinyanın özü nə düşünür (axı Köçəryandan savayı hamı susur)? İkinci sual: bəs “terrorçular”dan silah almaq – bir də kreditə və demək olar, qəpik-quruşa – “əxlaqdandırmı”? Ermənistan yaxasını bu dəfə necə qurtaracaq? Daha doğrusu, Rusiya ona işin içindən necə və hansı müddətə çıxmaq imkanı verəcək?”. Rusiya portalında səslənən bu fikirlərdən bəlli olur ki, İrəvanın Moskvaya qarşı gedişləri Kreml tərəfindən qətiyyən xoş qarşılanmır və hələlik media üzərindən Paşinyan iqtidarına Moskva öz xəbərdarlıqlarını edir.

Ermənistanın “1-in.am” portalı isə yazır ki, bu xəbərdarlıqlar sonradan İrəvan üçün daha ağır nəticələrə gətirib çıxara bilər: “Özü də bunlar elə bir vaxtda baş verir ki, Nikol Paşinyanın ölkə daxilində mövqeləri sürətlə zəifləyir və Moskva bundan lazımınca istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan hökuməti effektli və saat dəqiqliyi ilə işləyən idarəçilik sistemi qurmağa nail olmayıb. İndiki idarəçilik sistemi köhnənin yamaq vurulmuş və yırtılmış variantıdır. Yəni yerindən çətinliklə dəbərən və ətalət gücü ilə hərəkət edən, bəzən öz-özünə və bəzən baş nazirin nüfuzu ilə şərtlənən hibrid sistemlə işimiz var. “Badalaq” təzahürləri yetərincə tezləşib, yəni ayrı-ayrı müəssisələr və onların tərkibindəki idarələr çaxnaşma, çaş-başlıq içindədir və qarşılarına qoyulan vəzifələri həmişə gərəyincə həyata keçirmirlər. İnqilabi ruh özünün ağır iştirakını görünməz şəkildə saxlamağı davam etdirir. Başqa sözlə, inqilab gəldi və “cəhənnəm qapıları”nı uçurtdu, nəticədə cəmiyyətin bütün əxlaqsız təzahürləri azadlıq əldə edib, dustaq “ruhlar” kimi qəfəsdən pırıldayıb.

Ermənistanın şəhər və kəndlərindəki kiçik inqilabi təzahürlər deyilənlərin parlaq sübutudur. İndiki anda kəndlər özlüyündə hakim güc üçün, bu sözün birbaşa mənasında, ən böyük təhlükədir. Kənd icmaları qarşısında duran ən qəliz problemlər həll olunmaz və asılı qalmağı davam etdirərsə, Paşinyan hökumətinin məğlubiyyətinin başlanğıcı məhz kəndlərdən başlanar.

Problem bundadır ki, hökumət kənd icmalarının inkişaf və islahat proqramını hələ də təqdim etməyib. İş sözdən o yana keçməyib. Qabaqlar problemlər vilayət qəbilələrinin müdaxiləsi və kəndliləri könüllü köləliyə məhkum edən kreditlərlə boğulurdu. Serj Sarksyanın bu fəndi daha işləmir, Milli Statistika Xidmətinin  rəisi David Sanasaryanın “danışıqlar aparmaq bacarığı” isə ağır durumu uzun müddət sabit saxlaya bilməz. Paşinyan bu dolaşıqlığın nizamlanması üçün gec, ya tez addımlar atmasa, mina hökmən partlayacaq. Dövlət idarəçiliyi sistemi və institutları nəzarət edilməyən hərc-mərclik, yamaq vurulmuş və çürümüş özüllər şəraitində əbədi fəaliyyət göstərə bilmir. Bax, bundan Paşinyana qarşı olan xarici qüvvələr, indiki halda Rusiya məharətlə istifadə edə bilər. Onda biz təkcə Qarabağı yox, Ermənistanı da itirməli olacağıq”.

Bütün bunlar onu göstərir ki, İrəvanın dalana dirənmiş vəziyyətə düşməsi, Rusiya ilə kəskinləşən münasibətləri Qarabağ münaqişəsinin həllini xeyli tezləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ