çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Firidun bəy Köçərli

Image


Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində anadan olub. Uşaqlığı qışda Əyricə kəndində, yayda Şuşada keçib. Atası Əhməd bəy şeirə-sənətə həvəs oyatmaq, fars dilini öyrətmək məqsədilə 1872-ci ildə onu Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır. Sonra rus dilinin cəmiyyətdə, xüsusilə də idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd bəy oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qoyur.

Şuşadakı rus məktəbində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidunda bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib,1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi təhsil ocağı idi, tədris prosesində humanitar biliklərin və dillərin öyrənilməsinə ciddi fikir verilirdi. Hər bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi albom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov kimi sənətkarların tərcümeyi-halından müəyyən hissələr, Qoqol, Lermontov və Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar yazır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da möhkəmləndirilirdi. Bütün bunlar gələcək müəllimlərin mədəni və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir edirdi.

Firidun bəy Köçərli Qori seminariyasında altı illik təhsilini başa vurduqdan sonra Azəri türklərinin qədim yaşayış məskənlərindən olan İrəvan şəhərindəki qimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və hüsnxətdən dərs deyir. Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə də müxtəlif məktəblərin müəllimləri ilə tanış olur, onlarla pedaqoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib dərslərində iştirak edir, bəzi müdərrisləri gimnaziyadakı təlim üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər deyirdi.

1890-cı ildə Firidun bəy Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Baxçasaraya gedib İsmayıl bəy Qaspıralı ilə görüşür. Onlar bir neçə gün İsmayıl bəyin evində qonaq qalır, İsmayıl bəydən və zövcəsindən yaxşılıq və nəvazişlər görürlər. İsmayıl bəy Qaspıralı qonaqlarını Krımın görməli yerləri, əyanları, yeni tipli məktəbləri, bu məktəblərdəki tədris üsulları ilə tanış edir.

 Gimnaziyada işləyərkən Firidun bəy Köçərli İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı” və Lermontovun “Üç xurma ağacı” şeirlərini Azərbaycan dilinə tərcümə edib, İrəvanda və Şuşada nəşr etdirir. Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc Firidun ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir.

1895-ci ildə Firidun bəy Köçərli Qafqaz təhsil dairəsinin əmri ilə Qori Müəllimlər Seminariyasına keçirilir və bu vaxtdan Firidun bəyin elmi-pedaqoji və ədəbi-ictimai fəaliyyətinin yeni mərhələsi başlayır. Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflisdə və Bakıda çıxan “Kolxoz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edir.

Firidun bəy Köçərli Qoriyə köçdükdən iki il sonra Qazax qəzasının Salahlı kəndindən olan Badisəba xanımla ailə qurur, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı altında yaşayır. Həyat yoldaşından 18 yaş kiçik olmasına baxmayaraq, Badisəba xanım onunla məslək, əqidə dostluğu edib, Firidun bəyin sağlamlığı və rahat işləməsi üçün ailədə lazımi şərait yaratmaqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan həzz alıb. Ədibin vəfatından sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün “Azərnəşr”ə təqdim edən də Badisəba xanım olub. 20 ildən artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da, onların bir-birinə olan sevgisini soyutmayıb, həm Firidun bəy, həm də Badisəba xanım şagirdlərə böyük məhəbbətlə, ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş kimi yetişməsi uğrunda yorulmadan çalışıb, bu yolda bütün enerjilərini sərf ediblər.

1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən Firidun bəy Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra edib, 1917-ci il avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin edilib. Fəqət bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə hərcmərclik çoxalmış, Qori seminariyasının nüfuzu zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Acınacaqlı vəziyyətin yarandığını görən Firidun bəy Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatını Qazaxa köçürür. O, ziyalıların köməyi ilə çox sayda şagird toplayır və 1918-ci il sentyabr ayının  17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəngi çalır.

Qazax seminariyasında direktor və pedaqoqika müəllimi vəzifəsində işləyən Firidun bəy Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olub, ADR-nin təhsil siyasətini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışıb. Fəqət Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bir çox başqa xalqsevər ziyalılar kimi, Firidun bəyin də arzularını gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində Firidun bəy Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Burada onu müsavatçı olduğuna görə “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firidun bəy Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib xalqı aldatmış, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, bu yerlərdə milli nifaq törətmişdi. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edir və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətlə yetirilir...

XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziyalıların əksəriyyəti kimi Firidun bəy Köçərli də ictimai fəaliyyət meydanına M.F.Axundzadə və H.B.Zərdabinin maarifçilik ideyalarının, onların başlatdıqları işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm məktəbdə çalışır, gənclərə bilik öyrədir, həm də məişətdə gördüyü mədəni geriliyə, cəhalətə qarşı çıxır, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa, imana çağırırdı.

Azəri türklərinin mənəvi mədəniyyətinin, ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi üçün bütün süurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı-publisist, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir. Bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsiz ədəbi şəxsiyyətdir. Bəs Firidun bəy Köçərlinin hansı fəaliyyət sahəsi daha üstündür? Heç şübhəsiz, müəllimliyi! Bəli, Firidun bəy Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü müəllimlik işinə həsr edib. Onun pedaqoji baxışlarının əsas prinsipi xəlqilik idi. Təlimin mərkəzində isə ana dilinin öyrənilməsi dayanırdı. Firidun bəy Köçərli yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, yox olar və ondan bir nişanə qalmaz. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir. Onu əziz və möhtərəm tutmaq hər kəsin borcudur.”

Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı “Ana dili” məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. Bir sıra qələm sahibləri müxtəlif jurnallarda qəliz bir dildə yazılan məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. Həmin vaxt Firidun bəy belə mətbuata qarşı amansız mübarizə aparırdı.

Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji və ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoyub.

Firidun bəy Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə də məşğul olub. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairləri A.S.Puşkin və M.Y.Lermontovun şeirlərini azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirərək nəşr etdirib. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdən başlanır. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələr, əlyazma nüsxələrini və bir çox məlumatları toplayaraq tədqiq etməyə başlayıb, 20 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını yazıb. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir kitabdır. Firidun bəy Köçərli bu kitabda 130-a qədər şair və yazıçı haqqında bəhs etməklə Azərbaycan ədəbiyyatının varlığını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edir. Ədib təkzibolunmaz faktlarla sübuta yetirir ki, dünyanın ən qədim mədəni xalqlarından olan Azəri türklərinin özü kimi, onların yaratdıqları söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. Yəni Firidun bəy bu əsərdə Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini ortaya qoyur. O bu kitabı özü üçün əziz və mübarək bir kitab hesab edir, onun gözəl bir surətdə təbliğ olunmasını arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirib. Yəni Firidun bəyin vəfatından sonra bu kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə təbliğ olunub.

Firidun bəy Köçərli zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən gəlirdi. Firidun bəy millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Xalqımız böyük mütəfəkkir Firidun bəy Köçərlini heç vaxt unutmayacaq.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ