çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan-İsrail əməkdaşlığı Qarabağ məsələsinin həllinə yeni töhfələr verən faktor kimi güclənir...

Image


İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan və Gürcüstana səfəri fonunda Təl-Əvivin bu region ölkələri ilə münasibətlərini daha da genişləndirməyə gətirib çıxaracağı əvvəlcədən məlum idi.

Qeyd edək ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq, İsrailin müdafiə naziri Ermənistana baş çəkməyə lüzum görməyib. Gürcüstanda cəmi yarım gün olan Aviqdor Libermanın Azərbaycan səfəri isə düz beş gün çəkib. Burada o, müxtəlif dövlət rəsmiləri, o cümlədən prezident İlham Əliyevlə görüşlər keçirib. Keçirilən görüşlərin sayı, eləcə də səfərin müddəti bir daha təsdiq edir ki, əslində, İsrail üçün regionda maraq doğuran əsas ölkə Azərbaycandır.

Hesab edilir ki, qarşıdakı dövr ərzində Azərbaycan və İsrail arasında əlaqələrin daha da güclənməsini gözləmək olar və bura daxil olan əsas sahələrdən biri də hərbi sferadır. İsrailin Azərbaycana yüksək texnologiylar əsasında hazırlanmış hərbi təyinatlı məhsullar satması daim Ermənistanda xüsusi narahatlıq yaradıb. Xüsusən də 2016-cı ilin aprel döyüşlərində İsraildən alınan texnikanın ordumuz tərəfindən uğurlu tətbiqi Ermənistanın bu sahədə əndişəsinin daha da artmasına rəvac verib. Amma İrəvanın bütün narazılığına baxmayaraq, İsrail Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini, bunu daha da genişləndirəcəyini hər zaman bəyan edib. Elə Aviqdor Libermanın Azərbaycana son səfərini də bu müstəvidən də şərh etmək olar. İsrailin Moskvadakı keçmiş konsulu Aleks Veksler də məsələyə qeyd olunan prizmadan yanaşır: “İsrailin müdafiə naziri Aviqdor Libermanın bir neçə gündür Azərbaycanda olması İsrail və Azərbaycanın öz fəaliyyətlərində nə qədər yaxın olduğunu, İsrailin Azərbaycan, Azərbaycanın da İsrail üçün nə qədər vacib olduğunu göstərir”. Onun sözlərinə görə, rəsmi Bakı ilə dostluq münasibətləri Təl-Əviv üçün vacibdir: “Bu münasibətlər haqda çox danışılır. Ancaq yenə də bir daha təsdiq edirik ki, bizim çox dərin strateji münasibətlərimiz var. Biz Azərbaycandan neft alırıq. Azərbaycan isə İsraildən silah alır. Bunlar çox mühüm məsələlərdir”. İsrailli diplomatın sözlərinə görə, İsraildə Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlığa xüsusi əhəmiyyət verirlər: “Ermənistanla işbirliyinə isə etiraz edirlər”. Digər tərəfdən, Təl-Əvivdə nəzərə alırlar ki, Azərbaycanla sıx dostluq əlaqələrinə malik olan İsrailin məhz Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanla dostluq və əməkdaşlıq etməsi sülhə,  əminamanlığa, qarşılıqlı əlaqələrə ciddi ziyan olardı. Axı, Azərbaycan Ermənistanı iqtisadi blokadada saxlayır. Və bu blokadanı aradan götürmək üçün Ermənistanın bircə yolu var: işğala son qoymaq. Bunu İsrail mütləq şəkildə nəzərə alır.

İndilikdə isə görünən odur ki, İsrail Aviqdor Libermanın səfəri fonunda Bakı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Aydındır ki, səfər əsnasında əsas diqqət mərkəzində yer alan hadisələrdən biri iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı olub. Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın İsrailin “Detallar” analitik saytına müsahibəsində bu xüsusda maraqlı açıqlamalar verib. O vurğulayır ki, İsrail Rusiyadan sonra Azərbaycanın dünya silah bazarındakı ikinci ən böyük tərəfdaşıdır. Bakı bundan sonra da İsraildən silah almağı davam etdirəcək və hətta, məsələn, pilotsuz uçuş aparatları (PUA) və digər hərbi texnikanın birgə istehsalı da mümkündür. Aviqdor Libermanın Bakıya səfərini şərh edən ekspertə görə, İsraillə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıq mövzusu olduqca incə bir məsələdir. Bu səbəbdən də Libermanın Azərbaycanda apardığı danışıqların mahiyyəti barədə hansısa informasiya sızıntısı gözləməyə ehtiyac yoxdur. 

Libermanın Bakıda təkcə prezident İlham Əliyevlə yox, həmçinin, Azərbaycanın müdafiə sisteminin, demək olar ki, bütün rəhbərlərilə görüşlər keçirərək intensiv danışıqlar aparmasına və 5 gün Bakıda olmasına diqqət çəkən Sinitsın hesab edir ki, İsraillə Azərbaycan yeni hərbi əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu mənada, yaxın zamanda birgə silah istehsalına başlanılması mümkündür. Lakin ekspertin fikrincə, Libermanın budəfəki səfərində İsraildən radioelektron müharibələrdə istifadə olunan ən müasir vasitələrin alınmasına dair razılıq əldə oluna bilər: “Çünki Azərbaycan əsasən son illər ərzində əldə etdiyi hərbi texnikalar sayəsində artıq ən müxtəlif və müasir silahlara malikdir. Bunlara, xüsusən də reaktiv yaylım atəşi sistemləri, hərbi aviasiya texnikası və hava hücumundan müdafiə sistemləri daxildir. Lakin zənnimcə, indi Azərbaycan öz ordusunu təzyiq vasitələri və radielektron müharibələrdə istifadə olunan ən müasir vasitələrlə, kəşfiyyat və müşahidə, rabitə avadanlıqları ilə - bir sözlə, ən yüksək texnologiyalı hərbi məhsullarla təchiz etməkdə maraqlıdır. İstənilən halda, Azərbaycanın bu istəyi məntiqlidir.” Qeyd edək ki, radioelektron müharibə vasitələri döyüş əməliyyatlarından öncə uzaq məsafədən düşmənin istənilən ağıllı texnikasını və bütün cihazlarını, radioelektron vasitələrini, radarlarını sıradan çıxarmağa imkan verir. Onların vasitəsilə hava hücumundan müdafiə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu da döyüş zamanı idarəetməni pozur və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir, texnikalar heç bir işə yaramır. Radioelektron müharibə vasitələri müasir döyüşlərdə qələbə qazanmaqda böyük rola malikdir. Dünyada radioelektron müharibə vasitələrini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. Lakin istehsal edən ölkələrin çoxu buradakı kodları verməyə risq etmir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir ki, Azərbaycan da bu istiqamətdə layihələr üzərində işləyir. Bu prosesdə ölkəmizə yardım edən əsas ölkələrdən birinin də məhz İsrail olacağı şübhə doğurmur.

Bütün bunlar, öz növbəsində, ordumuzun düşmən üzərində əzici üstünlüyünün daha da artması deməkdir. Özü də bütün bunlar o vaxtda baş verir ki, Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli ehtimalı daha böyük sürətlə artır.

Elə Ermənistanın mövcud hökumətinin tutduğu mövqe də kifayət qədər aydın göstərir ki, konfliktin hərbi həlli qaçılmazdır. Çünki İrəvan danışıqlar masasında olan “Madrid prinsipləri“ndən imtina edir. Bunu işğal edilmiş Azərbaycan ərazilərinə gələn Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, Qarabağ “təhlükəsizlik zonası” elan edilməlidir. Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş “Madrid prinsipləri“ndən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir: “Münaqişənin “Madrid prinsipləri“ əsasında həll edilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan “Madrid prinsipləri“nə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə, onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq”. Bütün bunlar bir daha təsdiq edir ki, İrəvan münaqişənin həllində sülh mövqeyindən uzaqdır, konfliktin mərhələli çözümünə qarşıdır. Məhz bu şəraitdə yeganə çıxış yolu konfliktin hərbi həllidir. Bu fonda Azərbaycanın hərbi gücünü artırmaq məqsədilə müxtəlfi ölkələr, o cümlədən də İsraillə əməkdaşlıq etməsi tamamilə təbii sayıla bilər. Belə əməkdaşlıqda İsrail özü də xüsusi maraqlı tərəflərdən biri qismində çıxış edir. Hazırda İsrail üçün Azərbaycan dünyada əsas hərbi-siyasi tərəfdaşlardan biridir. Eyni zamanda, İsrail Azərbaycana müsəlman dünyasına açılan əsas qapı kimi yanaşır. Üstəlik, o da təqdirəlayiqdir ki,  İsrail erməniləri müdafiə etmir, əksinə, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi gücünü artırmağa yönələn addımlar atır. Türkiyə, Pakistan kimi İsrailin də prezidentləri, baş nazirləri və ya başqa yüksək çinli rəsmi şəxsləri indiyədək Ermənistana səfər eləməyib. Bunu Aviqdor Libermanın regiona səfəri fonunda Ermənistana baş çəkməməsi də növbəti dəfə təsdiq edir.
İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti erməni lobbisinə qarşı mübarizə ilə bağlıdır. Dünyanın müxtəlif ölkələrində kök salan erməni lobbisi, Türkiyə ilə yanaşı, Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırmağa çalışır. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki, o cümlədən ABŞ-dakı yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. Bakının uğurlu diplomatik gedişləri ölkəmizə bu dəstəyi əldə etməyə imkan verir.  Bütün bu amillər İsraillə əməkdaşlığı zəruri edir. İndilikdə görünən budur ki, qarşıdakı dövr ərzində Azərbaycan-İsrail əməkdaşlığı daha yüksək səviyyəyə qalxacaq və bundan hər iki tərəf də böyük dividendlər əldə edəcək. Eyni zamanda, bu əməkdaşlığın hərbi müstəvini də əhatə  etməsi Azərbaycanın Qarabağ məsələsində daha güclü mövqe sahibi kimi çıxış etməsinə imkan verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ