çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Köçəryan Paşinyanın ifşasını Avropa media müstəvisinə çıxarır

Image


Ermənistanda artan siyasi gərginlik fonunda ölkədə yeni daxili savaşın başlanması qaçılmaz sayılır. Buna əsas səbəb Nikol Paşinyanın hədəf kimi seçdiyi sabiq məmurların, o cümlədən keçmiş prezident Köçəryanın baş nazirə daha ciddi müqavimət göstərmək üçün ətrafına yeni qüvvələr cəmləşdirməsi, həmçinin Rusiyadan dəstək almasıdır. Paşinyan isə bu durumda Köçəryanı zərəsizləşdirmək üçün onun barəsində mənimsəmə ilə bağlı yeni cinayət işləri açdırıb. Hesab edilir ki, Köçəryan və Paşinyan tərəfdarlarının üz-üzə gəlməsi düşmən ölkədə yeni daxili savaşı qaçılmaz edir.

Düzdür, Paşinyan sabiqlərin onun üçün təhdid yaratmadığını iddia edir. Hətta Ermənistanın baş naziri Robert Köçəryan və Serj Sarkisyanı siyasi meyit adlandırıb. Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib: “Artıq bəyan etmişəm ki, Robert Köçəryan və Serj Sarkisyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdir. Lakin bu o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər”. Köçəryan isə artıq bundan əvvəl Paşinyanı ona ilişdiyi üçün peşman edəcəyini açıqlayıb. Bundan başqa, məlum olub ki, Köçəryan  özünə Rusiya ilə yaxın əlaqələri olan britaniyalı lobbiçilər tutub.

Erməni jurnalist Qriqor Atanesyanın sözlərinə görə, Paşinyanla Makron arasındakı görüşdən əvvəl  Avropanın iki nüfuzlu saytında Köçəryanın siyasi təqibə məruz qalması fikrini təlqin edən yazılar dərc olunub. Bunların arxasında isə Köçəryanın özünün pulla tutduğu Maykl Barel dayanıb.

Köçəryan “British lobbyist and former VP of Edelman” və “APCO Worldwide” şirkətlərinin köməyinə müraciət edib. Lobbi fəaliyyətini həyata keçirən bu şirkətlərin eyni zamanda “Qazprom” və rus oliqarx Andrey Melniçenko ilə əlaqələrinin olması maraq doğurub: “Bu lobbiçilər kifayət qədər baha qiymətə və milyarder müştərilərə xidmət göstərirlər. Bu isə Köçəryanın astronomik məbləğlər xərclədiyini və korrupsiya razılaşmalarına batdığını sübut edir. Köçəryan və komandasının lobbiçilər qarşısında hansı tapşırığı qoyduğunu söyləmək çətindir. Hazırda eks-prezidentin ilkin vəzifəsi yenidən həbsxanaya qayıtmamaqdır. Digər tərəfdən isə Köçəryan yaxşı başa düşür ki, yalnız əksinqilabın revanşı nəticəsində məhkumluqdan yaxa qurtara bilər. İstənilən halda, Paşinyanın Rusiya rəhbərliyinin və şəxsən Putinin məsələyə qarışmasına göstərdiyi reaksiya onu göstərir ki, Paşinyan ölkənin daxili-siyasi gündəmində dayanan məsələyə görə xarici müttəfiqlərinə güzəştə getməyəcək. bu durumda Ermənistanda əksinqilab süquta uğrayıb və yalnız yeni 11-ci ordunun köməyinə ümid edə bilər”.

Lakin qeyd edilənlərə rəğmən, o da aydın görünür ki, Köçəryana dəstək verən və Paşinyana qarşı çıxan siyasi qüvvələrin sayı da artır. Paşinyan hökumətinə qarşı ən sərt tənqidi “Tsarukyan Bloku“nun nümayəndələri dilə gətirib. Blok bununla hökumətlə uzun müddətdir apardığı “səssiz və gizli savaşı” açıq müstəviyə keçirmiş olub. Hökumətə qarşı ilk sərt tənqidi isə “Çiçəklənən Ermənistan“ Partiyasının İrəvan meri vəzifəsinə namizədi Naira Zöhrabyan səsləndirib. Zöhrabyan hökumətin mer vəzifəsinə əsas namizədi olan Ayk Marutyanın İrəvana biznes layihə kimi yanaşdığını bildirib: “Paytaxt onlar üçün “İrəvan prodakşn” adlı biznes layihədən başqa bir şey deyil. Onlar Ermənistanı vətən kimi qəbul edirlərsə, Avropada 6-7 ev almaq əvəzinə burada məskunlaşardılar”. O, daha sonra Marutyanı siyasi debata səsləyib: “Hər dəfə imkan düşən kimi biz hansısa siyasi qüvvəni Köçəryanın dəstəkləməsi barədə ittihamlar eşidirik. Lakin onlar bilmirlər ki, özləri Köçəryanın piar kampaniyasını aparırlar. Maraqlıdır ki, “Mənim addımım” (Marutyanın bloku) blokunun üzvlərinin əksəriyyəti Serj Sakisyanın yaxın adamlarıdır”.

Zöhrabyan buna əsas sübut kimi blokun namizədləri sırasında Serj Sakisyanın kürəkəni Mikayıl Minasyanın və yazıçı Zori Balayanın qohumunun olmasını göstərib. Zöhrabyanın ittihamları “Tsarukyan Bloku“nun deputatı İveta Tonoyan tərəfindən davam etdirilib. O, “Çiçəklənən Ermənistan“ın qara piar başlatmadığını, sadəcə, informasiya reketliyinə reaksiya verdiyini deyib. O, bəzi dövlət strukturlarının partiyanın namizədlərinə qarşı təhqirlərə və təhdidlərə yol verdiyini bildirib. Hökumətin adından ittihamlara “Yelk Bloku“nun parlament fraksiyasının rəhbəri Lena Nazaryan cavab verib. O, məhz Zöhrabyanın qara piar kampaniyası apardığını bildirib:“Zöhrabyan 2008-ci ilin martında ölkədə fövqəladə rejimin tətbiq edilməsinin lehinə səs verən şəxsdir. Bütün bunlardan sonra onlar bizi Respublika Partiyası ilə əlaqədə necə ittiham edə bilərlər?”. Nazaryan, həmçinin, seçki öncəsi seçicilərə rüşvət təklif edilməsi hallarına rast gəlindiyi haqda məlumatlara malik olduqlarını bildirib. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib.

Ermənistanın Demokratik Partiyasının sədri Aram Sakisyan isə baş verənlər fonunda Paşinyanın ölkə daxilində qarşıdurmaları qızışdırdığını bildirib. O, birbaşa Paşinyana xitabən deyib: “Baş nazir postunu kimə görə tutduğunuzu unutmayın. Sizi parlamentdə “Çiçəklənən Ermənistan“, hətta “Daşnaksütyun“ da dəstəkləyib. Siz yalnız öz nöqteyi-nəzərinizi diqqətə alırsınız. Mənim sizə daha deyəcək sözüm yoxdur. Adını çəkdiyim qüvvələr sizin yanınızda idi və artıq hərəkətlərinizlə onları uzaqlaşdırdınız. Əsas səbəb isə hakimiyyəti heç kimlə bölüşmək istəməməyinizdən qaynaqlanır. Bu da Ermənistanı yeni qarşıdurmaya sürükləyir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ