çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Gürcüstan Ermənistanı çökdürür – erməni mediasından məsələdə “Azərbaycan-Türkiyə barmağı” iddiası...

Image


Gürcüstan hökumətinin qərarı ilə Ermənistana avtomobil yolu ilə taxıl idxalının dayandırılması İrəvanda getdikcə daha böyük rezonans doğurmaqdadır. İrəvanın bu qərarı dəyişməsi üçün dəfələrlə gürcü hökumətinə müraciətlər ünvanlaması da hansısa nəticə verməyib. Sadəcə, Gürcüstandan avtomobil nəqliyyatı vasitəsilə Ermənistana buğda, yaxud buğda və çovdar ununun idxalına qoyulan qadağanın qüvvəyə minmə tarixi sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salınıb.

Erməni mediası yazır ki, gələn ayın əvvəlindən etibarən ölkəni böyük çətinliklər gözləyir. Artıq bununla bağlı yükdaşıma şirkətlərinə xəbərdarlıq edilib. Yaranmış vəziyyətdə gələn aydan Ermənistana taxıl idxalı yalnız Poti limanından Rusiya vasitəsilə mümkün olacaq. Ermənistanın iqtisadçı ekspertləri Gürcüstan hökumətinin bu qərarından sonra ölkələrində qiymət artımının baş verəcəyini proqnozlaşdırır. Onların fikrincə, buğdanın hər tonunda 50 dollar qiymət artımı ola bilər. Bundan başqa, yükdaşıma sahəsində işsizlik problemi yaşanacaq.

Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə onun erməni həmkarı Nikol Paşinyan arasında bu xüsusda aparılan müzakirələr də hansısa nəticə verməyib. Baş verənlərlə bağlı “EADaily“ nəşri yazır ki, Gürcüstan hökumətinin oktyabrın 1-dən etibarən Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına qadağa tətbiq etməsi İrəvan üçün olduqca neqativ nəticələrə gətirib çıxara bilər: “Gürcüstan Ermənistan üçün taxılın idxalı cəhətdən yeganə tranzit ölkədir. Erməni idxalatçıları buğdanı əsasən Rusiyadan alır və onu ölkəyə Gürcüstan ərazisi vasitəsilə yerüstü nəqliyyatla gətirirlər. Amma Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yolları vasitəsilə həyata keçirilə bilər. Avtomobillə yük daşınmalarına ancaq ciddi zərurət yarandığı halda, özü də məhdud miqdarda yol verilə bilər. Gürcü hökuməti bu qərarını turizm mövsümünün qızğın çağında Gürcüstan-Rusiya sərhədində tıxaclardan qaçmaq və ölkədə avtomobil yollarını boşaltmaq arzusu ilə əsaslandırır“.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə məsələni belə şərh edib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”. Onun sözlərinə görə, son təhlillər hər ay Rusiyadan gələn təxminən 3000 yüklə dolu avtomobilin Gürcüstan ərazisindən keçməklə Ermənistana getdiyini göstərir: "Eyni zamanda o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur". M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir: "Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır. Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı isə hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz. Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”.

 Erməni erspertləri isə deyirlər ki, bu yalnız erməni bazarında taxılın və taxıl məhsullarının bahalaşması ilə yox, həm də onların daşınması üzrə illərlə yaradılan avtomobil nəqliyyatı infrastrukturunun dağılması ilə nəticələnəcək. Onların fikrincə, taxılın daşınmasının Gürcüstan hökuməti tərəfindən təklif edilmiş yeni sxemi - dəniz vasitəsilə Poti limanına, oradan da dəmiryolu ilə Ermənistana çatdırılması gələcəkdə Gürcüstanı taxılın təchizatı məsələsində inhisarçıya çevirə bilər. Digər tərəfdən, bu həm Tiflis üçün ağlasığmayan iqtisadi effekti təmin edəcək, həm də Qərbdən və Şərqdən Türkiyə və Azərbaycanla blokadaya alınmış Ermənistanın ondan asılılığını gücləndirəcək.

Xatırladaq ki, bu məsələ ilə bağlı daha əvvəl Ermənistanın “lragir.am“ poratlı belə bir iddai ilə çıxış etmişdi ki, gürcü hökumətinin qərarına Türkiyə və Azərbaycan təsir edib: “Onların Gürcüstanda iqtisadi iştirakı getdikcə daha çox nəzərə çarpır. Bu iki ölkə Ermənistanı beynəlxalq təcrid siyasəti aparır və bu siyasətdə Gürcüstana mühüm platforma kimi baxılır“. Baş verənləri şərh edən "Aqrar-kəndli Birliyi"nin sədri Qraç Berberyan isə vurğulayr ki, gələn aydan etibarən Ermənistanda çörək və un məhsullarının qiyməti qalxacaq. Onun sözlərinə görə, bu qadağa nəticəsində nəqliyyat qiymətləri 50-60 dollar artacaq ki, bu da Ermənistanda çörək məhsullarının 10-15% bahalaşmasına gətirib çıxaracaq. Lakin qiymətlərin daha da bahalaşması risqi var: "Ermənistan həmişə taxıl və qarğıdalı idxalçısı olub və ölkəmiz taxıla olan tələbatının böyük bir hissəsini, demək olar ki, yalnız Rusiyadan idxal edir. Lakin Rusiyada son 6 həftə ərzində buğdanın qiyməti qalxıb, 1 ton buğda 231,5 dollar olub. Həmçinin, quraqlıq və kənd təsərrüfatında suvarma sisteminin yararsız halda olması səbəbindən bu il Ermənistanda buğda əkinindən əldə olunan məhsulun həcmi 25 faizədək azalıb. Nəticədə taxıla olan tələbat yüksəlib. Məhsuldarlığın az olmasına son 7 ildə Kənd Təsərrüfatı Nazirliyinin Rusiyadan yalnız məhz aşağı keyfiyyətli buğda toxumu alması da səbəb olub. Bütün bunları nəzərə alaraq, hökumət təcili tədbirlər görməlidir". Erməni ekspert onu da bildirib ki, buğda idxalında məhdudiyyətlərin yaranması nəticəsində Ermənistanda bu sahədə inhisarçılıq formalaşa bilər ki, bu da bazar qiymətlərinə təsir edə bilər.

Strateji məhsul olan buğda idxalı ilə bağlı böhrandan çıxış yolu tapmağa çalışan Berberyan, hətta işğalçı siyasətinə görə regionda təcrid olunan Ermənistanın növbəti dəfə acınacaqlı vəziyyətlə üzləşməsində qonşu Gürcüstanı ittiham etməyə çalışıb. Onun sözlərinə görə, Gürcüstan həmişə Ermənistan və digər qonşu dövlətlərin hesabına varlanıb. İndi də, demək olar ki, istifadəsiz qalan Poti limanının iqtisadi vəziyyətini inkişaf etdirmək və nəqliyyat şirkətlərini işlə təmin etmək üçün Tiflis bəhanələr gətirərək müvafiq qərar qəbul edib. Amma reallıq budur ki, işğal siyasəti Ermənistana getdikcə daha baha başa gəlir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ