çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Putinin Azərbaycana və Ermənistana fərqli baxışları – Qarabağ məsələsinin həllində yeni perspektiv...

Image


İşğalçı siyasətini davam etdirməsinə görə təcrid vəziyyətinə düşən Ermənistan Azərbaycanın uğurlu diplomatik gedişləri nəticəsində daha böyük problemlərlə üzləşməkdədir. Bunun konkret nümunələrinin sayının artması isə hazırda Ermənistanda ən böyük narahatlıq mənbələrindən birinə çevrilib.

Məsələ burasındadır ki, Azərbaycanın gedişləri Ermənistana yönəlik təzyiqlərin daha da artmasına rəvac verir. Hətta İrəvanın ənənəvi hamiləri belə ondan imtina edərək əsas tərəfdaş qismində məhz Azərbaycanı seçirlər. Buna əyani sübut qismində qonşu Rusiya göstərilir.

Artıq bəlli olduğu kimi, Rusiya Cənubi Qafqazda özünün əsas tərəfdaşı, iş qura bildiyi partnyor qismində məhz ölkəmizi qəbul edir. Nikol Paşinyan iqtidarının verdiyi nikbin bəyanatlara baxmayaraq, Moskva Ermənistanın iç üzünə getdikcə daha yaxşı bələd olaraq bu ölkənin istənilən an ona xəyanət edə biləcəyini daha aydın görür. Bu səbəbdən, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Moskva ümumilikdə Ermənistan siyasətinə yeni korrektələr edir. Bunu Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana gözlənilən səfəri fonunda  tarixçi, politoloq Oleq Kuznetsov “Eurasia Diary” nəşrinə şərhində xüsusi olaraq qabardır. Onun sözlərinə görə, bu səfər rəsmi Moskva ilə İrəvan arasında münasibətlərin soyuması fonunda Rusiya ilə Azərbaycan arasında iqtisadi və digər sahələr üzrə əlaqələrin güclənməsi ilə bağlıdır: “Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollar sərmayə qoyub və bu, Rusiya prezidentinin Azərbaycana səfəri ərəfəsində Rusiya və Azərbaycan mətbuatında geniş formada əksini tapıb. Bu nə deməkdir? Belə bir həcmdə investisiya yatırımı artıq Ermənistana qoyulan Rusiya investisiyalarının həcmini aşıb. Beləliklə, Rusiya biznesinin özəl, eləcə də dövlət-korporativ bölməsi Azərbaycanda təkcə tərəfdaş deyil, həm də sabit kapital və investisiya bazarı görür. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük kapital qoyuluşu olan tərəfdaşına çevrildi. Demək, Rusiyanın Azərbaycana sərmayə qoyduğu bütün pullar Ermənistana yatırılmayacaq. 

Bundan başqa, tamamilə fərqli bir tendensiya mövcuddur. Rusiya biznesi Rusiya və Ermənistan arasında siyasi əlaqələrin pisləşməsi səbəbindən Ermənistanı tərk etməyə başlayıb. Kapital axını harasa yönəlməlidir. Azərbaycan Prezidenti Əliyevin Rusiyaya səfəri zamanı imzalanmış son razılaşmalar hər iki ölkə üçün investisiya qoyuluşu baxımından geniş imkanlar açır. Bu mənada, Azərbaycan birgə pul qazanmaq üçün platformaya çevrilir. Ermənistan belə bir platforma deyil”. Kuznetsov əminliklə bildirir ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həcmi kəskin şəkildə artır: “Rusiya üçün hazırkı dövr ölkəyə xarici sərmayələrin daxil olmasına ehtiyac duyulan bir zamandır. Putin Azərbaycana, hər iki ölkənin Avrasiya qitəsində müstəsna coğrafi mövqeyə sahib olduqlarını nəzərə alaraq, birgə necə gəlir əldə etməyə dair təkliflər irəli sürmək üçün gəlir. Hansısa ideyaya görə pulların havaya sovrulduğu ideoloji stereotiplər dövrü tədricən keçmişdə qalır. Rusiya indi bunu edə bilməz. Cənubi Qafqaz regionu həm geosiyasi sabitlik və təhlükəsizlik, həm də dövlət büdcəsi üçün əlavə gəlir əldə etmək baxımından Rusiya üçün prioritet təşkil edir. Putinin səfəri Əliyevin Soçiyə səfərində olduğu kimi birgə dövlətlərarası ticari layihələrin razılaşdırılmasına yönəldiləcək”.Tarixçi əlavə edib ki, Putinlə Əliyev arasında aparılan danışıqlarda, biznesdən əlavə, adətən iqtisadi əlaqələri fəal şəkildə stimullaşdıran faktor kimi çıxış edən geosiyasi  məsələlərə də toxunulacaq. Bu fonda Dağlıq Qarabağ məsələsi də əsas müzakirə predmetlərindən biri olacaq. Oleq Kuznetsov vurğulayır ki, Azərbaycanla iqtisadi bağlarını möhkəmləndirən Rusiya Qarabağ münaqişəsi ilə bağlı Bakıya daha çox dəstək verəcək. Bunu Rusiyanın “regnum.ru” portalı da xüsusi olaraq qabardır.

Portal yazır ki, tezliklə Azərbaycana səfər edəcək Rusiya prezidenti Vladimir Putin Ermənistana da baş çəkəcək. Amma qeyd olunur ki, Azərbaycandan fərqli olaraq, Putin İrəvandan hesab soruşmaq, Paşinyana verilən vaxt limitinin bitdyini anlatmaq üçün Ermənistana səfər edir: “Hər şeydən əvvəl gözə bu dəyir ki, Rusiyadakı danışıqlardan sonra yeni Rusiya-Ermənistan dialoqunun “parlaq” dəyərləndirildiyi açıqlaması ilə təkcə Paşinyan çıxış edib. O, “Kommersant” qəzetinə müsahibədə bildirib ki, “Ermənistan-Rusiya münasibətləri hazırda çox yüksək, görünməmiş şəkildə yüksək səviyyədədir” və “münasibətlərdə faktiki heç bir problem yoxdur”.

Halbuki, Moskva yüksək səviyyədə hər hansı dəyərləndirmədən vaz keçib. Yəni Rusiya iki ölkə arasında münasibətlər barədə Paşinyan kimi düşünmür. Moskva Paşinyanın davranışı və ziddiyyətli bəyanatlarına nəzər saldıqda əmin olur ki, onun bölgəsəl təhlükəsizlik üzrə son dərəcə şəxsi konsepsiyası hələ indi-indi formalaşır ki, bu da ayrıca analiz tələb edir. Üstəlik, qəribə şəraitdə hakimiyyətə gələrək hazırda  kəskinləşən daxili-siyasi mübarizə durumunda ola-ola. Belə ki, Rusiya prezidentinin İrəvanda Ermənistan baş nazirilə dialoqu mürəkkəb, Moskva üçün isə hətta diaqnostik səciyyəli ola bilər. Buna görə də sirr deyil ki, hazırda Rusiya dairələrində Ermənistanla necə və hara hərəkət etmək haqda müxtəlif variantların ölçü-biçisi gedir. Məsələ həm də Ermənistanın özünün hara istiqamət götürmək istəyindədir. O da diqqətdən qaçmamalıdır ki, hələlik Nyu-York səfəri zamanı Paşinyanın ABŞ prezidenti Donald Trampla  sentyabra nəzərdə tutulmuş görüşü baş tutmayacaq. Məlumatlı dairələr görüşün ləğvinin üç səbəbini sadalayır: Paşinyanın Rusiyaya səfərləri, Ermənistan hərbçilərinin Suriyada humanitar missiyaya qatılması və Rusiya mütəxəssislərinin Ermənistandakı Amerika laboratoriyalarına buraxılması. Baxaq, sonra nələr olacaq. Ermənistanın yeni baş nazirinə konkret geopolitik gerçəkliklərə uyğunlaşmağa verilən müddət artıq tamamlanır. Görünən odur ki, bu gedişlə Ermənistan rəhbərliyi həm Rusiya, həm də Qərblə körpüləri yandırır”.

Elə israilli politoloq Yuri Boçarov da bu mövqeni bölüşür. O bildirib ki, Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və digər geosiyasi oyunçulara yarınmaq istəsə də, tamam fərqli mənzərə alınıb: “Bir tərəfdən, onun hakimiyyətə gəlişi Qərb qüvvələrinin iştirakı olmadan qeyri-mümkün idi və buna görə, təbii ki, “ödəniş” edilməlidir və prinsip etibarilə onun Ermənistanın qərbyönümlü inkişaf yolu barədə dediklərini də bu istək formalaşdırır. Digər tərəfdən, o hələ də həm iqtisadi, həm də hərbi baxımdan özünün şimal qonşusunun möhkəm qollarının arasındadır və şimal qonşusu bu cür təhlükəli regionda daha bir respublikanı əldən verməyi qətiyyən arzulamır. Ən başlıcası isə, sabiqlərdən ibarət müxalifət və insanları yenidən küçəyə çıxmağa vadar edə biləcək Ermənistandakı iqtisadi vəziyyətdir”. Ekspertin fikrincə, öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir: “Deyilənə görə, vəsaitlərin yoxluğu şəraitində müharibə aclığı çox yaxşı yatırır. Buna görə də, xüsusilə xarici səfərlərində erməni diasporu ilə görüşlərdə Paşinyan millətçilik mövzusunu qabardır və “doğma torpağın bir qarışını da verməyəcəyik” deyərək, Azərbaycanı açıq münaqişəyə çəkir. Lakin sabah nələrin baş verə biləcəyini, düşünürəm ki, heç o özü də bilmir. Hakimiyyətin dadını görmüş adam ondan belə asan əl çəkmək iqtidarında deyil və istənilən yolla hakimiyyəti əlində saxlamağa çalışır”. Boçarovun fikrincə, region ölkələrində - Türkiyədə, İranda, Ermənistanda baş verənlərlə yanaşı, Azərbaycan bütün bu böyük coğrafiyada yeganə sabitlik adasıdır. Bu fonda İlham Əliyevlə Vladimir Putinin Soçidəki görüşünü şərh edərkən Yuri Boçarov bildirib: “Prezidentlərin son görüşündə onların ünsiyyət səviyyəsi üçün ölkələr arasında ticarət-iqtisadi əlaqələr barədə qeyri-mütənasib şəkildə çox danışıldı. Bu səbəbdən də anlamağa başlayırsan ki, burada əsas məsələ ticarət deyil, regionda baş verən daha ciddi məsələdir. O qədər ciddi ki, regional “mal dövriyyəsi”ni müzakirə etmək üçün prezidentlərə nədənsə bir görüş azlıq etdi”. Onun fikrincə, region ciddi hadisələrin astanasındadır və bu hal Qarabağ məsələsində özünü büruzə verə bilər. Hər halda, qeyd edilənlər fonunda Putinin region səfərindən sonra Qarabağ məsələsində hansısa dəyişikliklərin olması tamamilə gözlənilən sayılır. O da istisna edilmir ki, bu dəyişikliklər güc yolu ilə həyata keçirilə bilər və bu məsələdə Kreml tam neytral bir mövqedə qalacaq. Azərbaycan ordusunun 20 minlik qüvvəsinin poliqonlara hərəkət etməsi və işğal altındakı ərazilərdə düşmən qüvvələrinin darmadağın edilməsi məşqinin həyata keçirilməsi bu mənada təsadüfi sayılmır. Müdafiə Nazirliyinin açıqladığı ssenariyə əsasən, təlimlərdə Azərbaycanın işğal edilmiş ərazilərində mövqe tutan Ermənistan qüvvələrinin darmadağın edilməsi, düşmənin eşelonlaşdırılmış müdafiə xəttinin tanklarla yarılması məşq edilir. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib. 

Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, bu kifayət qədər əhəmiyyətli bir məşq olacaq: “Azərbaycan ordusu bu məşqi ilə Ermənistana sonuncu xəbərdarlığını edəcək. Azərbaycan ordusu eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Düşmənin həm Dağlıq Qarabağdakı istehkamlarını darmadağın etmək planları işlənib hazırlanacaq, həm də bütövlükdə Ermənistanın Dağlıq Qarabağdakı işğalçı qoşunlarını məhv etmək istiqamətində vacib hərbi təlimlər keçiriləcək”. Politoloqun sözlərinə görə, bu gün artıq Paşinyan kimi küçədən gəlmiş liderlərin təhrikedici bəyanatları və eləcə də ermənilərin Dağlıq Qarabağdakı qoşun hissələri Azərbaycan Ordusunun səbr kasasını daşdırmaqdadır: “Azərbaycan ordusu həlledici əməliyyatlar keçirmək məcburiyyəti qarşısında qala bilər. Bu nöqteyi-nəzərdən, 15 sentyabrda baş tutan parad da daxil olmaqla, Azərbaycan cəmiyyəti özünün çox ciddi bir mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ Azərbaycan ordusunun möhtəşəm paradı ilə başlayıb, möhtəşəm təlimləri ilə davam edir. Azərbaycan ordusu artıq onun qarşısını qoyulmuş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində döyüş tapşırığını icra etməyə tam hazırdır”. Bütün bunlardan lazımi nəticələr çıxarılmaması isə Ermənistan üçün daha böyük fəlakətlər vəd edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ