çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Hüquqi Konvensiyadan sonra Xəzərdə boru çəkilişləri barədə ilk narahatlıq bəyanatı…

Image


Nəzakət Məmmədova: “Ekologiya ilə bağlı iddialar ən uzağı beynəlxalq arbitraj məhkəmələrinə verilə bilər”

 

Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilişi Xəzəryanı ölkələrdən birinin etiraz edəcəyi halda mümkünsüzdür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a açıqlamasında deyib. Onun sözlərinə görə, Xəzərin statusu haqqında Konvensiyada tərəflərin magistral boru kəmərlərini razılaşmada qeyd edilmiş ekoloji tələblərə və standartlara cavab vermək şərti ilə çəkməsi gərəkliyi deyilir.

O, həmçinin, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında protokolun Xəzəryanı ölkələrin hər birinə hərtərəfli ekoloji ekspertizada iştirak haqqı tanıdığını bildirib.

Rusiyalı səfirin bildirdiyi bu məsələ ölkələr arasında ikitərəfli razılaşmalara müxtəlif ekoloji bəhanələrlə üçüncü tərəfin müdaxiləsini mümkün edirsə, bunun nə kimi fəsadları ola bilər?

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Konvensiya hələ qüvvəyə minməyib, çünki onu imzalayan dövlətlərin parlamentlərində ratifikasiya olunmayıb: “Lakin böyük ehtimalla ratifikasiya ilə bağlı heç bir problem olmayacaq, çünki bu, uzun illər aparılan, 25 ildə 50-dən çox müzakirə nəticəsində gəlinən optimal qərardır.

Ekoloji məsələ isə belədir, ki, Konvensiya oldu-olmadı, dünyada hazırda siyasi şərait elədir ki, istənilən ölkə, hər hansı bir layihəyə qarşı narazılığı varsa, ona qarşı müxtəlif təxribat cəhdi edə bilər. Suriyada müharibə Qətər qazının Suriya ərazisindən tranzit kimi istifadəsi üçün Avropaya qaz xətti çəkilməsi planlarından sonra başlamadımı?! Müharibə olmasa da, boru kəmərinin partladılmasından tutmuş, müxtəlif təxribatlar mümkündür. Yəni təkcə ekologiya məsələsi deyil. Ekologiya məsələsi bu sahədə bir o qədər də həlledici rol oynamayan, sadəcə, layihələri yubadan bir məsələdir. Rusiya özü də "Şimal axını -2" layihəsinin çəkilişində Danimarkada ekoloqların müqaviməti ilə qarşılaşıb. Yəni bu halda layihənin aqibətini siyasi razılaşmalar həll edir, ekoloqların hay-küyü isə çox zaman təşkil edilmiş təxribatlardır və çətin ki, nəyəsə həlledici təsir göstərə”.

N.Məmmədovanın sözlərinə görə, Xəzərin dibi ilə boru xətlərinin çəkilməsinə də eyni prizmadan yanaşma olacaq: “Əgər layihəyə tərəfdar dövlətlər burada əzmkarlıq nümayiş etdirəcəksə, necə ki, indiyə qədər şəxsən Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev bunu ediblər, o zaman hec bir problem olmayacaq və proses uğurla başa çatacaq. Ekologiya ilə bağlı iddialar ən uzağı beynəlxalq arbitraj məhkəmələrinə verilə bilər, məhkəmə qərarı ilə mübahisəli vəziyyətə aydınlıq gətirilər. O zaman da məhkəmə ekologiya ilə bağlı iddiaları əsassız hesab edərsə, problem də aradan qalxar. Düşünmürəm ki, Azərbaycan belə bir vəziyyətdə haqsız çıxacaq. Çünki indiyə qədər həyata keçirilən layihələrin hamısında ekoloji standartların tələbləri nəzərə alınıb, təbii ki, bundan sonra da alınacaq. Ekologiyanı bəhanə edib qlobal layihələrə maneçilik törətmək isə əleyhdar dövlətlərin əslində real olaraq çarəsizliyini, zəifliyini göstərir. Siyasi vasitələrlə buna mane ola bilmirlərsə, ekoloqların hay-küy salması ən son çarəsizlik, layihələrə mane ola bilməyəcəyini görüb onun ətrafında ajiotaj, qalmaqal yaratmaqdan başqa bir şey deyil”.

Politoloq hesab edir ki, ekoloqların fəaliyyətinin qlobalistlərin bir qolu olduğunu da bilirik: “Halbuki, ekologiyaya önəm verən Qərb ölkələri belə siyasi, iqtisadi, təhlükəsizlik maraqları naminə əks tədbirlər görürlər. Yəni ekoloqlar etiraz edir deyə, dövlətlər geri çəkilməlidir deyilən bir qayda yoxdur. Fransa Sakit okeanda nüvə sınağı keçirən zaman ekoloji təşkilatlar, yaşıllar və s. buna etiraz etdilər. Fransa kəsfiyyatı onların "Rainbow mirror" ("Göy qurşağı güzgüsü") adlı gəmisini partlatdı. ABŞ isə qlobal iqlim dəyişikliyinə dair Kioto protokolunu imzalamaqdan imtina edir.Yəni Xəzəryanı ölkələr arasında Rusiya və İranın Azərbaycanın layihələrinə etiraz etmə ehtimalı varsa, burada əsas siyasi rəqabət ola bilər. Ekologiya, əlbəttə, bəhanədir”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ