çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan və Ermənistan ordularındakı iki əsgərin bugünü və sabahı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın az əvvəl əsgərliyə yola saldığı oğlunun üzərində qurduğu şounun əsl mahiyyəti Azərbaycanda və elə məlumatın yayıldığı hər yerdə tez başa düşüldü. Özündən əvvəlki Sarkisyanın zəlil günə qoyduğu mənəvi cəhətdən şikəst ermənilərin bir hissəsini aldadıcı iqtisadi-sosial vədlərlə meydana toplayaraq baş nazirliyi qamarlayan bu adam verdiyi vədləri yerinə yetirə bilmədiyini görəndə nə etməli idi?!

Oğlunu Qarabağa guya hərbi xidmətə göndərdiyini qeyri-adi hadisə kimi öz xalqının gözünə soxmağa çalışan Paşinyan əlindən real bir iş gəlməyən populist boşboğaz mitinq-meydan “qəhrəmanı” kimi kütlənin qəzəbinə hədəf olmamaq üçün bu üsulu seçdi. Ancaq seçdiyi bu yeni üsulun ona nəinki fayda vermədiyi, hətta əksinə, öz əleyhinə işlədiyinin əlamətləri artıq görünməkdədir. Çünki Ermənistan cəmiyyəti Paşinyanın öğlundan və özündən necə bir “qəhrəman” obrazı yaratmaq oyunbazlığını müzakirə etməyə, hətta mətbuata çıxarmağa başlayıb. İndi sadə ermənilər Paşinyanın oğlunun necə hərbi xidmət keçdiyindən xəbərdardır. Adını Qarabağda cəbhə xəttindən 50 kilometr aralıda yerləşən hərbi hissəyə yazdırsa da, gününü Xankəndinin rahat məkanlarında Ermənistan cəmiyyətinin 95 faizinin həsrətlə baxdığı kef-damaq içində keçirir. Yəqin Paşinyan əsgər oğlunun üzərində qurduğu aldadıcı şounun belə tez ifşa oluna biləcəyini gözləmirdi. Ancaq ifşa olundu və bu ona son zərbə olmadı.

Azərbaycanın daxili işlərinə müdaxilə və Prezident İlham Əliyevin oğlunun adını hallandırması nəticəsində aldığı zərbə daha sarsıdıcı oldu. Bu zərbə isə gənc Heydər Əliyevin Azərbaycanın fiziki keyfiyytlərinə və hazırlığına görə ən yüksək döyüş qabiliyyətli ordu qruplarının birində hərbi xidmətə başlaması ilə vuruldu. Zərbənin ifşaedici effektinə söz ola bilməz. Əvvəla, Paşinyanın oğlu işğalçı, təcavüzkar, əli uşaq, qoca, qadın qanına bulaşmış cinayətkar ordunun “şərəfsiz əsgəri” statusundan yuxarı qalxa bilməyəcək. O, çağırılmamış və arzuolunmaz qonaq kimi özgənin zəbt olunmuş torpaqları üzərində qorxa-qorxa, oğru kimi yeriyəcək. Xalqa boğazdan yuxarı vədlər verərək hakimiyyətə gələn Paşinyanın oğlu “mən dövlətimizi bataqlıqdan çıxarmış birinin oğluyam” kimi gurultulu və ləyaqət dolu bəyanatı heç vaxt dilinə gətirə bilməyəcək. Onun atası xalqı aldatmaqdan, yalan danışmaqdan, yalana görə ifşa olunmaqdan canını qurtarmaq üçün “əsgər oğul” oyunbazlığını düzənləməkdən başqa nə edib ki?! Daxildə xalqın başını yalanlarla tovlamaqdan, xaricə gedəndə isə boynunda rəmzi dilənçı torbası gəzdirməkdən, dünyanın aparıcı siyasi lederləri ilə şəkil çəkdirmək fürsətini qaçırmamaq üçün hər hoqqadan çıxmaqdan başqa onun aktivində heç bir şey yoxdur. Bu halda əyninə əsgər paltarı geyindirib ruhən, təbiətən ermənilərə yad bir yer olan Qarabağa sürüklədikləri uşaq nə desin? Deyə bilməz ki, mənim atam ölkəmi dünya dövlətləri arasında hörmətə mindirdi, deyə bilməz ki, atam ölkəmi iqtisadi-siyasi böhrandan çıxardı, deyə bilməz ki, atam ölkəni tərk edən erməni qaçqınların əl-ayağını yığışdırdı, deyə bilməz ki, ölkədə yoxsulluğu minimum həddə düşürən mənim atamdır və onu da deyə bilməz ki, mənim atam ölkəmizi regional təcridolunma kimi rüsvayçı bir durumdam xilas edib. Paşinyan əsgər oğlunun üzərində qurduğu oyunun içində çox söz danışa bilsə də, onun oğlu üçün Qarabağda əsgərlik sözün bitdiyi yerdir. Uğursuz baş nazirin oğlu, işğalçı ordunun əsgəri olmaqla kim qürur duya bilər ki... Paşinyan dövlətin sərkərdəliyini yarıtmadığı kimi, onun oğlunun da sıravi əsgərliyi yarıda biləcəyi böyük sual altındadır. Beləliklə də, hərbi xidmətdə adi məişət işləri görən gənc bir oğlanın şərəfli əsgər ömrü yaşamaq xoşbəxtliyi məhz öz atası Nikol Paşinyan tərəfindən əlindən alınıb. Ancaq oğul Paşinyan kimi, ata Paşinyan da müəyyən çarəsizlik içindədir. Məlum oyun xatirinə oğlunun “kişiyana əsgərlik” şərəfinə qəsd edən erməni baş nazir ona açıq deyə bilməz ki, özgənin haqq-halal torpağında xidmət keçməkdən, ölməkdən, yaralanmaqdan cana doymuş sadə erməni balalarını bu ərazilərə bağlamaq üçün mən öz oğlumun da onlarla bir yerdə olduğu görüntüsünü nəyin bahasına olursa-olsun yaratmalıyam, başqa çarəm yoxdur...

Gəlin, illər sonra kimin oğlunun kim olacağını taleyin hökmünə buraxaq. Ancaq bugünkü əlamətlər də çox şey deyir... Yarıtmaz atasının heç bir işindən qürur duya bilməyən, əsgər şərəfi əlindən alınmış, özgəsinin qəsb olunmuş torpaqlarına oyunbazlıqla sürüklənən gənc Paşinyan əsgər mundirində... Və güclü Azərbaycan dövlətinin liderliyini inamla aparan atasının fəaliyyətindən qürur duyan, ən azı dörd dildə sərbəst danışan, siyasətdə yenilməz və qüdrətli bir babanın qanını daşıyan, ali diplomatik təhsilə malik, böyük qələbələr iddiasında formalaşmış orduda öz vətənində xidmət keçən gənc Heydər Əliyev əsgər mundirində...

Bugünkü müqayisəni siz də aparın, sonrasını isə yaşayıb görəcəyik...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ