çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ölkəmizdən getmək ərəfəsində Mətbuat Şurası ilə görüş keçirdi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib. Cənab Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan dövlətləri arasındakı münasibətlər olduqca dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir:”Sevindirici haldır ki, son dövrlər hər iki ölkənin media qurumlarının da çox yaxın təmasları formalaşıb. Bu prosesdə İranın Azərbaycandakı Səfirliyinin böyük rolu var. Azərbaycandakı diplomatik missiyası başa çatmış cənab Məhəmmədrza Nəcəfinin fəaliyyətini məhz bu xüsusda dəyərləndirmək istərdim. Cənab Nəcəfi özünün təşəbbüskarlığı, işgüzarlığı ilə nümunədir. Mən Tehrana səfərimi xatırlayıram. Orada Mətbuat Şurasının sədri kimi çox vacib görüşlər keçirdim. Ən əsası isə, Şura ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədin ərsəyə gəlməsində cənab səfirimiz Cavad Cahangirzadə nə qədər təşəbbüskar olmuş əmək sərf etmişdisə, memorundumun məziyyətlərini daşıyan məhz cənab Nəcəfi idi. Düşünürəm ki, əldə etdiyimiz razılaşma Azərbaycanın və İranın media qurumları arasındakı əməkdaşlığın dərinləşməsi üçün son dərəcə mühüm platformadır. Orada qarşılıqlı jurnalist səfərlərinin təşkilindən, birgə konfransların keçirilməsindən tutmuş təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinədək bir çox vacib məqamlar nəzərdə tutulub”, - deyən Ə.Amaşov M.Nəcəfini rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib. Həmçinin diplomata Şuranın xatirə hədiyyəsi təqdim olunub.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də çıxışında İran-Azərbaycan münasibətlərinin inkişaf meyllərindən söz açıb və mövcud istiqamətdə son dövrlər nəzərə çarpan müsbət meylləri vurğulayıb. Dünyada medianın oynadığı roldan söz açan səfir Azərbaycanın kütləvi informasiya vasitələrini milli maraqlara xidmət edən ictimai institut kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanın və İranın milli maraqlarının qayəsində hər iki ölkə xalqlarının mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsi, onların qarşılıqlı mənfəəti dayanır. Sevindirici haldır ki, media orqanları mövcud məqamı rəhbər tutaraq fəaliyyət göstərir. M.Nəcəfi isə Azərbaycandakı diplomatik missiyası müddətində bu fəaliyyətin daha da gücləndirilməsinə öz töhfəsini verib, Azərbaycan mediası ilə sıx və səmimi təmaslar qurub. İranın təhlükəsizliyinin Azərbaycanın, Azərbaycanın təhlükəsizliyinin isə İranın təhlükəsizliyi olduğuna dair hər iki ölkənin dövlət başçılarının görüşündə səslənmiş fikri dilə gətirən səfir C.Cahangirzadə eyni zamanda toplantı iştirakçılarına İranın Azərbaycandakı Səfirliyinə yeni təyin olunmuş mətbuat katibi cənab Seyidəli Musəvini təqdim edib, yeni mətbuat katibinin üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran və Azərbaycan dost və qonşu ölkələrdir, onlar arasında heç bir problem yoxdur. Lakin ilk baxışdan olduqca sadə görünən bu vəziyyətin özünün həssaslığı var. Media buna adekvat fəaliyyət göstərməlidir və cənab M.Nəcəfi fəaliyyətdə olduğu müddətdə özünü həm bu məqamı rəhbər tutan peşəkar diplomat kimi göstərdi, həm də dostlar qazandı. Baş redaktor yeni mətbuat katibi S.Musəvinin eyni kursu davam etdirəcəyinə əminliyini ifadə edib.

MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında M.Nəcəfinin ötən 3 ildəki fəaliyyətinin müxtəlif məqamlarına aydınlıq gətirib. Onun Azərbaycanda hər zaman dost kimi yada salınması üçün kifayət qədər əsasların olduğunu deyib.

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, çox az ölkənin Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi öz işi və əməli ilə medianın və jurnalistlərin rəğbətini qazanmağa müvəffəq olur. M.Nəcəfi bunu bacarmış diplomatdır.

MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında M.Nəcəfinin İslam Əməkdaşlıq Təşkilatı Dövlətlərinin Jurnalistləri Assosiyasının qurulmasındakı və fəaliyyətindəki əməyini xatırladaraq fikirlərini bölüşüb.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, «Azadinform» İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, «Cümhuriyyət» qəzetinin baş redaktoru Rafail Becanov, həmçinin «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Dinc dünya» Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev və başqaları İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrinin inkişafında medianın rolunun müxtəlif məqamlarına toxunub. Onlar bildiriblər ki, İranın Azərbaycandakı Səfirliyinin və Mətbuat Şurasının son illər genişlənməkdə olan qarşılıqlı əlaqələri, bu xüsusda Azərbaycanın və İranın media orqanları nümayəndələrinin qarşılıqlı səfərləri başlanılmış müştərək işin davamlılığı üçün mühüm təminatdır.

Sonda çıxış edən Məhəmmədrza Nəcəfi toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, İranın və Azərbaycanın media qurumları arasındakı münasibətlərin inkişafının günün tələbi olduğunu vurğulayıb və yeni mətbuat katibi S.Musəvinin bu istiqamətdə başlanmış işi məharətlə davam etdirəcəyinə əmin olduğunu deyib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ