çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan Ermənistanın hərbi təlimlərinə daha güclü alternativ gediş etdi

Image


Dağlıq Qarabağ münaqişəsinin istənilən an hərbi müstəviyə keçə biləcəyi bu gün həm konflikt tərəfləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən açıq etiraf edilir. O da hər zaman xüsusi olaraq vurğulanır ki, proseslərin bu səpkidə inkişaf etməsinin başlıca səbəbi Ermənistanın işğal siyasətini davam etdirməsi, status-kvonun dəyişməsinə əngəllər yaratmasıdır. Bütün bunlar, öz növbəsində, konfliktin həllini hərbi müstəviyə daşıyan başlıca faktorlar sayılır.

Digər tərəfdən, Ermənistanın mövcud iqtidarının siyasəti də Qarabağ münaqişəsinin hərb həll ehtimalını getdikcə yüksəldir. Bunu düşmən ölkədə “Şant-2018” komanda-qərargah təlimləri və bu fonda cərəyan edən proseslər də təsdiq edir. Xatırladaq ki, “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycana müharibə elan edilməsi haqqında qərar qəbul edib. Qərarda deyilir: “Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”. Düzdür, bu qərar təlim ssenarisinin tərkib hissəsidir. Amma görünən həm də odur ki, düşmən ölkə belə təlimlərlə, ölkə rəhbərlyinin tutduğu mövqe ilə Qarabağ münaqişəsini dinc müstəvidə həll etməkdə maraqlı deyil. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev vurğulayır ki, Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir: “Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur. Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”. Diplomatiya ilə yanaşı, Azərbaycanın hərbi müstəvidə də Ermənistana cavabı gecikməyib. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.

Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Təlimlərdə, həmçinin, son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanacaq.

Ekspertlər bu hərbi təlimi Ermənistana əsgəri müstəvidə verilən sərt cavab sayırlar. Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının məhv edilməsinin təlimlərdə əsas məqsəd olaraq qarşıya qoyulması İrəvana konkret mesajdır. Bununla Bakı bildirir ki, erməni silahlı qüvvələri yaxın tezlikdə zəbt edilmiş ərazilərdən dinc yolla çıxmasa, onu buna Azərbaycan əsgəri vadar edəcək. Həmçinin, belə genişmiqyaslı təlimlə düşmənə başa salınır ki, hansısa axmaq “Şant-2018” komanda-qərargah təlimlərilə nə özlərini, nə də erməni cəmiyyətini aldatsınlar. Azərbaycan, lazım gəlsə, güc yolu ilə ərazilərini azad edəcək və bunun bütün məsuliyyətinin də İrəvanın üzərinə düşəcəyini Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə növbəti dəfə diqqətə çatdırıb. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək“. Hər halda, Azərbaycan ən yüksək səviyyədə xəbərdarlığını edib. Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer isə bildirir ki, Ermənistanın bütün bunlardan ciddi nəticə çıxarması lazımdır. Çünki Qarabağ münaqişəsi güc yolu ilə həll olunduğu təqdirdə Bakı çox asanlıqla qalib gələcək. Ekspert bunu Azərbaycanın hərbi cəhətdən kifayət qədər güclü olması ilə əlaqələndirib: “Digər tərəfdən İrəvan onu da nəzərə almalıdır ki, Rusiya ilə Ermənistan arasında ciddi gərginlik və qarşılıqlı etimadsızlıq var. Moskva Nikol Paşinyan hökumətinə etibar etmir. Bu halda Rusiyanın Ermənistana köməyindən danışmağa dəyməz. Düzdür, Moskvaya qarşıdurma və Qarabağda hərbi əməliyyatların bərpası lazım deyil. Region ətrafındakı mürəkkəb geosiyasi şəraitdə Dağlıq Qarabağda yeni savaş Rusiyaya sərf etmir. Lakin Moskva münaqişənin həllində irəliləyiş də istəyir və bu da İrəvanın Qarabağ siyasətinin dəyişməsindən asılıdır. İrəvan siyasəti dəyişməsə, hətta Moskva belə savaşın qarşısını ala bilməyəcək. Yəni belə nəticə çıxarmaq lazım deyil ki, Qarabağda heç nə baş verməyəcək. Çünki heç də hər şeyə Moskvada qərar verilmir. Münaqişənin nizamlanacağına dair, hələ ki, heç bir perspektiv yoxdur. Odur ki, vəziyyət çıxılmaz hal alarsa, tezliklə Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər. Aprel döyüşləri də göstərdi ki, silahlanma sahəsində Azərbaycan bir çox üstünlüklərə malikdir. Və həmin üstünlüklər hələ də qalır. Aydındır ki, münaqişə ətrafındakı mövcud vəziyyət sonsuzadək davam edə bilməz”.

 Rusiya Beynəlxalq Məsələlər Şurası isə hazırladığı hesabatda bildirir ki, Ermənistan hökuməti Bakı və İrəvanın real imkanlarını nəzərə almalı və Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atmalıdır: “Azərbaycan hərbi baxımdan kifayət qədər güclüdür. Elə Sarkisyan hakimiyyətinə ən böyük zərbə 2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə Dağlıq Qarabağda gedən dördgünlük döyüşlərdə ağır itkilərə məruz qalması oldu. Eyni aqibətlə Ermənistanın yeni hökuməti də üzləşə bilər”.  Ermənistanın yeni hökumətinin qarşılaşdığı problemlərlə bağlı hesabat müəlliflərinin qənaəti heç də nikbin deyil. Onlar xatırladırlar ki, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, ərazisində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının və sərhəd qoşunları hissələrinin yerləşdiyi Ermənistan üçün Qərblə Moskva arasında balans siyasəti aparmaq asan olmayacaq. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində yeni baş nazir Paşinyanın nə Rusiyadan, nə də Qərbdən tam dəstək alması mümkündür. Bu məsələdə NATO-nun üzvü və Azərbaycanın strateji müttəfiqi Türkiyənin rolunu da nəzərdən qaçırmaq olmaz. Bu səbəbdən hesab edilir ki, Ermənistan üçün ən yaxşı hal Qarabağ münaqişəsinin dinc yolla həllində müvafiq addımlar atmaqdır. Əks təqdirdə Azərbaycanla başlanacaq müharibə Ermənistan üçün yeni genişmiqyaslı problemlərə rəvac verəcək.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli də yaranmış vəziyyətdə savaşın başlanmasını istisna etmir. Georgi Tsereteli qeyd edir ki, bu gün ATƏT Cənubi Qafqazda mövcud olan problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan yeganə beynəlxalq təşkilatdır: “Bu məsələ ilə birbaşa məşğul olan başqa, daha böyük və nüfuzlu təşkilatımız yoxdur”. Onun sözlərinə görə, ATƏT və onun bütün qurumları, xüsusən də Minsk Qrupu bu münaqişənin həlli ilə ciddi məşğuldur: “Mən özüm də münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi və ATƏT PA-nın sədri kimi ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatam. Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin tez-tez pozulması, döyüşlərin intensivləşməsi da ciddi narahatlıq yaradır”. Tsereteli belə vəziyyətin genişmiqyaslı savaşa rəvac verə biləcəyini istisna etmir.  Bu savaşdan qaçmağın yeganə yolu isə Ermənistanın Qarabağ konfliktinin dinc həlli istiqamətində real addımlar atmağa başlamasıdır. Əks təqdirdə müharibənin yenidən alovlanması qaçılmazdır və Azərbaycan yeni hərbi təlimlərlə hadisələrin bu ssenari üzrə inkişafına tam hazır olduğunu aydın nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ