çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Suriya gözlənilən İran-İsrail müharibəsinin əsas meydanına çevrilməyə başlayır

Image


Yaxın Şərqdə baş verənlər regionda Rusiya-Türkiyə-İran üçbucağının mövqelərini daha da möhkəmləndirdiyini aydın nümayiş etdirir. Bu vəziiyətdən Qərbdə, xüsusən də ABŞ-da narahat olanların sayı isə kifayət qədərdir. Amma indilikdə hadisələrin inkişaf axarı Rusiya-Türkiyə-İran üçbucağının daha üstün mövqedə olduğunu nümayiş etdirir. Xüsusən də Suriyada onların əsas söz sahibinə çevrilmələri ABŞ-da, İsraildə ciddi təşviş yaradır. İsraildə hesab edilir ki, Rusiya və Türkiyənin yardımı ilə bölgədə güclənən İran və ona bağlı qüvvələr bu dövləti daha asan hədəf halına gətirir.

Baş verənlərlə bağlı İsrailin müdafiə naziri Aviqdor Liberman qeyd edir ki, kənar qüvvələrin köməyi ilə Bəşər Əsədin müharibədə qələbə qazanmağa başlaması Dəməşqin müttəfiqləri İran və “Hizbullah“ın da irəliləməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ABŞ mütləq öz nüfuzundan istifadə etməlidir: “Qərb ölkələri, mötədil sünnilər və bir çoxları Əsədin rəğbətini qazanmaq üçün növbəyə dayanıb. Birdən-birə hər kəs Əsədə yaxın olmaq istəyir. ABŞ-ın Suriya və Yaxın Şərq regionunda daha aktiv olmasına ümid edirik. Ruslar, iranlılar, eyni zamanda türklər və “Hizbullah“la qarşı-qarşıya qalırıq. Bu elə də asan məsələ deyil”.

Xatırladaq ki, bir qədər əvvəl İran və “Hizbullah“ın Suriya-İsrail sərhədində hərbi baza yaratmayacağı haqda rəsmi Təl-Əvivin Vaşinqtondan zəmanət istədiyi barədə məlumat yayılmışdı.  Məsələ ilə bağlı ABŞ-ın “Foreign Policy” nəşri Yaxın Şərqdə tamam fərqli bir vəziyyətin yaranmaqda olduğunu yazır: “İsrail rəsmiləri hesab edirlər ki, İran Yaxın Şərqdə hökmranlığa dair yarışda qalib gəlir və onlar təhlükə yaradan regional qarşıdurmada səfərbər olmağa davam edirlər. Suriya İsrailin hərbi-diplomatik kampaniyasının mərkəzində durur. Bu ölkədəki daxili müharibə dövründə Suriyadakı rejimin İran silah sistemlərini “Hizbullah”a köçürməsinə maneə törətmək Tel-Əvivin əsas məqsədidir.  Amma İran qüvvələri indi Colan təpələrinin İsrailin nəzarətində olan hissəsi və Suriyanın nəzarət etdiyi hissəsində, Əl-Quneytrə kəsişməsində yer alıb. İsrail Suriyadakı müharibə dövründə iranlılar və onların “Hizbullah” şərikləri, Livanın cənubuna əlavə olaraq, yəhudi dövlətinə qarşı ikinci cəbhə yaradırlar. Əlbəttə, “Suriya” bu gün mövcud deyil. Rejim iranlı və rus “müəllimlər”inin əlindədir, amma İranın rəhbərliyi altında olan blok İsraili məhv etmək niyyətindədir. İranın “quru dəhlizi” İranın özü ilə İsrailin nəzarətində olan Colanın bir neçə kilometrinədək davam edir. Ötən ayın əvvəlində İsrail Colan təpələri üzərində İran dronunu məhv edib. Bu, İranın sərhəddəki fəaliyyətinin son sübutu idi. Suriya müxalifətinin xəbərlərinə görə, Taleh əl-Şaar bölgəsində, Tal-Əhmarda və sərhəd yaxınlığında İranın hərbi varlığı mövcuddur. Eyni zamanda, İranpərəst güclər öz ambisiyalarında açıqdırlar. “Hizbullah əl-Nücəba” – İraq şiə gücü vahid “Azad Colan” birliyi formalaşdırır və sərhədə yaxın ərazilərin “Colanın azad edilməsi üçün addımlar atmağa hazır” olduğunu bildirib”. Belə vəziyyətdə İsrail ABŞ-dan dəstək almaqla İranın onun üçün yaratdığı təhdidi aradan qaldırmaq isətyir. Bunun üçün İsrail ilk növbədə Suriyada İrana bağlı qüvvələri məhv etməyi düşünür. Amma həmin qüvvələrə hücum Suriya ərazisində İran-İsrail müharibəsinin başlanması demək olacaq. Digər tərəfdən, Rusiya-Türkiyə-İran üçbucağının İsrailin Suriyaya girməsniə icazə verəcəyini də gözləmək olmaz.

 İsrail İraqın şimalında keçrilən referendumu dəstəkləməklə artıq Türkiyənin mövqeyinə qarşı çıxaraq bu ölkəni də özünə düşmən edib. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq referendumu dəstəkləyən İsrailə də mesaj göndərib: "İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?".

Rusiya isə Suriyada əsas söz sahibi olmaq hüququnu itirmək niyyətində deyil və bu səbəbdən İranla, Türkiyə ilə münasibətlərini gücləndirir. Xarici işlər naziri Sergey Lavrov isə qeyd edir ki, Türkiyə və İran  Suriyadakı vəziyyətin stabilləşdirilməsində vacib  rol oynayır. O bildirib ki, Moskva, Ankara və Tehranın xarici siyasət sahəsində qarşılıqlı fəaliyyəti intensivləşdirmələri  Yaxın Şərq ölkələrinin xeyrinədir: “Suriya və İraqdakı terrorçularla  mübarizə aparmaq, Yaxın Şərqdə vəziyyətin tədricən yaxşılaşdırılması məqsədi  ilə türkiyəli və iranlı tərəfdaşlarımızla  sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”. Bu vəziyyətdə İranın Suriyada mövqelərinin daha da möhkəmlənməsi gözlənir və İsrail bundan çox narahatdır. Belə vəziyyətdə İsrail üçün əsas məqam ABŞ-ın dəstəyini alaraq Suriyada sərhədlərinə yaxın ərazilərdə İrana bağlı qüvvələri vurmaqdır. Bu isə, qeyd olunduğu kimi, artıq İranla İsrail arasında müharibəyə səbəb olacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ