çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bərzani bir neçə milyon kürdü izolyasiyada aclıq və ehtiyacdan ölüm dəhlizinə soxdu…

Image


İraqın şimalında kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani, etirazlara baxmayaraq, bütün dünyanı qarşısına alaraq ölkəni parçalayan müstəqillik referendumuna getdi.

Baki-xeber.com xəbər verir ki, bölgə ölkələri Türkiyə, İraq, İran və Suriyadan başqa kürd muxtariyyətinin dünyaya çıxış şansı yoxdur. Ancaq sözügedən ölkələr də Bərzaninin bu addımına qarşı ən sərt tədbirlərə əl atmağa başlayıb. Referenduma cavab olaraq Habur sərhəd keçid məntəqəsini bağlayan Türkiyə sərhəddəki hərbi təlimlərini daha da genişləndirib, təlimlərə İraq hərbçiləri də qoşulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanat edib ki, İraqın şimalından Türkiyəyə bütün girişlər bağlanıb: "İraqın şimalından ölkəmizə bütün girişləri bağladıq. Sadəcə gedənlərə icazə verilir".

"İndi baxaq görək, İraqın şimalındakı muxtariyyət öz neftini hansı yolla dünya bazarına satacaq. Kart bizdədir, bu işə əl qoyduğumuz an onlar üçün hər şey bitəcək" deyən Türkiyə prezidenti daha sonra bildirib: "PKK-YPG orada dövlət quracaq, biz də buna seyirçi qalacağıq? Xeyr, elə bir şey heç zaman olmayacaq. Bunlar sadəcə yuxudur. Bir gecə anidən gələ bilərik. Bütün variantlar masadadır".

"İraqın kürd muxtariyyətində keçirilən müstəqillik haqqında referendumu yox sayırıq". Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib: "Biz dostcasına tövsiyə də etdik, xəbərdarlıq da. Kürd muxtariyyəti "mən öz yolumla gedəcəyəm" dedi, biz də onlara "bunun bir bədəli olacaq" dedik və olacaq. Bizim problemimiz kürd qardaşlarımız deyil. Heç Suriyada da deyildi".

Hazırda İraqla sərhədin bağlanmadığını deyən M.Çavuşoğlu bildirib ki, sadəcə, nəzarət gücləndirilib: "Müvafiq addımlar atacağıq. İndi bəzi məsələləri dəyərləndiririk. Halbuki, biz həmişə onlara yardım etmişik. Səddam dönəmində də yardım etdik, İŞİD-ə qarşı da. Bu bizim oradakı kürd qardaşlarımızla problemimizin olmadığını göstərir. Hərbi müdaxilə vəziyyətə bağlıdır. Türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə olsa, dərhal hərbi müdaxilə istisna deyir".

İran da hava sahəsini və İraqla olan şimal sərhəd-keçid məntəqələrini bağlayıb. "Biz İraq dövlətinin ərazi bütövlüyünə dəstək veririk. Bu qanunsuz referendumu tanımırıq. Ona görə də kürd muxtariyyəti ilə olan sərhəd-keçid məntəqələrini bağlayırıq. Bundan sonra hava məkanımız da muxtariyyətin üzünə qapalı olacaq" - İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib.

Səsvermədən bir gün əvvəl isə Ərbildə dağlıq bölgələrini bombalayıb.

Mərkəzi İraq hökuməti də referenduma qarşı ilk konkret addımlar atmağa başlayıb. Belə ki, Bağdad bölgədəki bütün sərhədlərin bağlandığını və maaşların ödənilməyəcəyini bəyan edib. Bundan başqa, Bağdad Kərkük kimi mübahisəli bölgələrə hərbi qüvvə göndərəcək. İraq məclisinin qərarına görə, Kərkük və mübahisəli digər bölgələrdə vətəndaşların təhlükəsizliyini qorumaq üçün hökumət hərbi qüvvə göndərməlidir.

Məclis, həmçinin, Kərkük neftinin birbaşa mərkəzi hakimiyyətə təslim edilməsi və referendumda iştirak edən məmurların vəzifədən uzaqlaşdırılması barədə də qərar çıxarıb. İraq, həmçinin, digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və neft və sərhədlərə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış edib.

Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.

Məclis qərarları barədə açıqlama verən İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamili bildirib ki, parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və referendumda səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib.

Parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.

Bağdad rəhbərliyi, Bərzani və digər kürd rəsmilərinin bank hesablarını da nəzarətə götürür. "Hökumət məhkəmə və ədliyyə orqanlarına bəzi kürd rəhbərlərinin neft gəlirlərini saxladığı bank hesablarına nəzarət etməyi tapşırdı", - dövlət televiziyası bildirib.

Kərkükün, separatçı referendumu dəstəkləyən qubernatoru Necmeddin Kerim isə, Bağdadın referenduma qatılan bölgəyə ordu yeritməsi qərarına hədələyici tonda cavab verib. "İraq parlamenti belə qərarlar verir, amma heç kim onları tətbiq edə bilməz. Millət vəkilləri özlərindən bu qədər əmindirlərsə, Kürdüstana gəlsinlər, baxaq" - deyə Kerim bildirib.

Bu günə kimi səssiz qalan Suriya da rəsmi bəyanat yayıb. "Biz yalnız birləşmiş İraqı tanıyırıq, biz İraqın bölünməsinə gətirib çıxara biləcək hər hansı bir prosesi rədd edirik", - deyən Suriya da, referendumun tanımadığını bəyan edib. Suriyadan gələn bəyanatla birlikdə Bərzani ətrafında bütün ölkələr eyni nöqtədə birləşdi. kürd muxtariyyətinin isə Türkiyə, İran, İraq və Suriyadan başqa dünyaya çıxış yolu yoxdur.

Kürd muxtar vilayətinin baş naziri Neçirvan Bərzani isə, referendumu keçirməklərinə baxmayaraq, yeni dövlət qurmayacaqlarını deyib. "Biz bu gün, yəni 25 sentyabrda referendum keçiririksə, bu o demək deyil ki, sabah dövlət quracağıq. Belə bir şey yoxdur. Əksinə, biz demək istəyirik ki, müstəqillik referendumunun Türkiyəyə heç bir təhlükəsi yoxdur. Ümid edirik ki, Ankaradakı rəsmilər bizi anlayır" - baş nazir qeyd edib.

Bərzani həmçinin vurğulayıb ki, Türkiyə ilə sərhəddəki Habur sərhəd məntəqəsi bağlanmayıb və gediş-gəlişlər həmişə olduğu kimi davam edir.

Bu arada, Kərkükün cənubundakı Türkmen mahalı Tuzhurmatuda şiə silahlıları Haşdi Şabi ilə peşmərgə arasında mübahisə silahlı qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı peşmərgə tərəfdən ölən və yaralananların olduğu bildirilir.

İraq ordusu ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan, əsasən şiələrdən ibarət olan Haşdi Şabi bəyan edib ki, növbəti hədəfləri Kərkük olacaq. "Bizim növbəti hədəfimiz Kərkük və mərkəzi hakimiyyətin əmrlərinə tabe olmayan qanunsuz birləşmələr tərəfindən işğal edilmiş digər mübahisəli bölgələr olacaq", - deyə Haşdi Şabi komandirlərindən Kərim Nıri bildirib.

Ancaq Bağdad administrasiyasının Haşdi Şabinin Kərkükə girməsini rəsmən istəyib-istəmədiyi məlum deyil.

Kərkük hazırda kürd peşmərgələrin nəzarətindədir.

Baki-xeber.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ