çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiya-Türkiyə S-400 raket anlaşmasını pozmaq üçün ABŞ-ın gedişi…

Image


Ölkəmizin strateji müttəfiqi olan Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin alınması istiqamətində atdığı addımlar, gözlənildiyi kimi Qərbdə, əsas etibarı ilə də ABŞ-da daha ciddi narahatlıq predmetinə çevrilib. Əvvəllər Türkiyənin bu istiqamətdə açıqlamalarının sadəcə blef olduğunu düşünən ABŞ rəsmiləri reallıqda hadisələrin başqa istiqamətdə inkişaf etdiyini gördükdən sonra indi Ankaranı bu niyyətindən çəkindirməyə çalışır.

ABŞ-ın narahatlığına səbəb isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır. Ərdoğan qeyd edib ki, Türkiyə S-400 zenit-raket kompleksi almaq üçün Rusiya ilə müqavilə imzalayıb, artıq ilkin ödənişlər də edilib: “S-400-lə bağlı dostlarımız artıq müqaviləni imzalayıb. Məndə olan məlumata görə, artıq girov da qoyulub. Bundan sonra Rusiyanın bizə borcunu ödəməsi prosesi olacaq. Bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə qəti mövqeyimiz var”. NATO radarları ilə Rusiyadan alınacaq sistemin bir-birinə uyğun gəlməyəcəyi barədə yayılan məlumatlara münasibət bildirən Türkiyə prezidenti deyib: “Bu qərarı azadlığımıza uyğun şəkildə qəbul edəcəyik. Ölkəmizin müdafiəsi və təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq”.

Rusiyanın "TASS" agentliyinin informasiyasına görə, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də ABŞ-ın bu sövdələşməyə qarşı atdığı addımların əhəmiyyətsiz olduğunu bildirib: “Müqavilə artıq imzalanıb və icrası istiqamətində hazırlıq gedir. S-400 mürəkkəb sistemlərdəndir. Onun texniki vasitələrinin yığılması üçün müəyyən zaman tələb olunur. Müqaviləyə əsasən qəbul edilən bütün qərarların streteji maraqlarımıza uyğun gəlməsinə tam təminat verə bilərəm. Bəzi Qərb dövlətlərinin bununla bağlı Türkiyəyə təzyiqlər etməsi isə tam başadüşüləndir”.

Məhz belə bir vaxtda məlum olub ki, ABŞ Müdafiə Nazirliyi NATO-nun standardlarına uyğun olan ballistik raketdən müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün işləri sürətləndirib. Pentaqonun sözçüsü Coni Mişel bu xüsusda bildirib: “Türkiyənin səlahiyyətli nümayəndələrinə S-400 raketdən müdafiə sistemlərinin alınması haqqında narahatlıqlarımızı bildirdik. NATO ilə uyğunlaşan raket sistemi Türkiyəni yerləşdiyi bölgədə bütün təhdidlərdən qorumaq üçün ən yaxşı alternativ kimi qalmağa davam edir. ABŞ və Türkiyənin müdafiə və hərbi ticarət sahəsində dərin və önəmli münasibətləri var. Türkiyə raketdən müdafiə sektorunun daha geniş və uzunmüddətli ehtiyacları üçün, ABŞ daxil, bütün NATO müttəfiqləri ilə birgə sistemləri istifadə etməyə davam edir. Buna görə də ABŞ imkanı daxilində Türkiyəyə satılan müdafiə sistemlərinin çatıdırılması işlərini sürətləndirəcək”. Pentqaon sözçüsü, həmçinin, Türkiyə ilə ortaq razılaşmaların və müttəfiqliyin ABŞ üçün önəmli olduğunu vurğulayıb. Beləliklə, ABŞ öz raketdən müdafiə sistemlərini Ankaraya satmaqla S-400 anlaşmasını pozmaq istəyir.  Amma Ankaranın buna gedəcəyi inandırıcı sayılmır. Çünki ortada acı Çin təcrübəsi var. Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib. Tenderdə birinci yeri Çinin CPMIEC, ikinci yeri ABŞ-ın “Raytheon”, üçüncü yeri Avropa konserni “EuroSAM", dördüncü yeri Rusiyanın “Rosoboronexport” şirkəti tutub. Bu mərhələdə Rusiya şirkəti ilə danışıqlar tamamilə kəsilmişdi. ABŞ, Avropa və Çinlə danışıqlar davam etdirilmişdi. Türkiyə son mərhələdə Çin şirkəti ilə müqavilənin imzalanması üçün masaya oturmuşdu. Çinlə aparılan danışıqlar NATO ölkələrinin, ABŞ-ın  təsiri ilə nəticəsiz qaldı. ABŞ Türkiyəyə ”Patriot" raketlərini çatdıracağını bildirsə də, sonradan vədinə əməl etmədi. Bundan sonra Ankara Rusiya ilə hərbi sahədə də əməkdaşlığa xüsusi diqqət yetirdi. 2016-cı ilin avqustunda Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması və prezidentlərin görüşü iki ölkənin hərbi əməkdaşlığını gündəmə gətirdi. Görüşdən bir neçə gün sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüşündə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Türkiyənin xarici işlər naziri, ABŞ və Avropa texnologiya transferinə müsbət yanaşmadığı üçün, NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii olduğunu deyib. Noyabr ayında isə Türkiyənin müdafiə naziri Fikri İşık Türkiyənin S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında niyyətini dilə gətirib.Türkiyəli səlahiyyətlilər bildirirlər ki, indiki mərhələdə NATO-nun təzyiqləri nəzərə alınmayacaq.

Qeyd edək ki, bir S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı, yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Patriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir. S-400  600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə ötən ay imzalanıb. İndi bu istiqamətdə atılan real adımlar ABŞ-da ciddi narahatlıq yaradıb. Görünür, bu məsələ ilə bağlı Türikyəyə təzyiqlər daha da artacaq. Sözügedən məsələdə erməni lobbisinin əlinin olması da istina olunmur. Çünki Ermənistan da Rusiyanın Türkiyəyə S-400 raketləri satmasına qarşıdır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ