Bazar günü günü, 11 oktyabr 2026
     

Son üç ayda ilk Tramp-Putin danışığında “İranın əvəzinə Ukrayna bazarlığı?”...

Image


Bəhruz Quliyev: “Bütün bu amillər göstərir ki, “ABŞ İranla məşğul olsun, Rusiya isə Ukraynada sərbəst hərəkət etsin” kimi sadələşdirilmiş formul...”

Rusiya prezidenti Vladimir Putin Trampa İrandakı müharibəyə son qoymaq üçün variantlar təklif edib. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ prezidentləri dekabr ayından bəri ilk telefon danışığında İran və Ukraynadakı müharibələri müzakirə ediblər. Putinin köməkçisi Y.Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin martın 9-da amerikalı həmkarı Donald Trampla telefon danışığında İrandakı münaqişənin tez bir zamanda həlli üçün təkliflər irəli sürüb. Bir neçə Rusiya KİV-i Uşakovun açıqlamalarına istinadən xəbər verir ki, söhbətin əsas mövzuları ABŞ-İsrail müharibəsi, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.

Kremlin məlumatına görə, Putin Ukraynada sülh yolu ilə həllə nail olmaq üçün ABŞ-ın və şəxsən Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Trampın təşəbbüsü ilə keçirilən söhbət təxminən bir saat davam edib və Kremlin açıqlamasına görə, "işgüzar, səmimi və konstruktiv" olub.

Uşakovun sözlərinə görə, 2025-ci ilin dekabr ayından bəri ilk telefon danışığı zamanı Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və “uzunmüddətli razılaşmaya nail olmaqda” maraqlı olduğunu bildirib.

Vaşinqton hələ ki, Trampın təşəbbüsü ilə baş tutan Putinlə telefon danışığı ilə bağlı şərh verməyib.

Tramın istəyi ilə gerçəkləşən bu telefon danışığı beynəlxalq mediada geniş müzakirəyə səbəb olub və bir sıra suallar yaradıb. Tramp nədən bu danışığa zərurət hiss edib? Təxminən hansısa razılaşmalar mümkündür? Ola bilərmi, onlar arasında Ukraynanın İranla dəyişdirilməsi barədə razılaşma olsun? Yəni ABŞ Rusiya prezidentinə təklif etsin ki, İranı mən tutum, sən də Ukraynada istədiyini et? Belə bir razılaşma, belə bazarlıq ola bilərmi? Ukrayna və İranla bağlı bazarlıq mümkündürmü? Yəni Putinlə Tramp belə bir sövdələşməyə gedə bilərmi?

“Son günlər beynəlxalq mediada müzakirə olunan ən mühüm məsələ ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığıdır. Belə ki, bu danışıqda liderlər arasında Ukrayna müharibəsi və İran ətrafında yaranmış gərginlik müzakirə olunub. Kremlin nümayəndəsi Yuri Uşakov bildirib ki, bu, son aylarda liderlər arasında ilk geniş məzmunlu telefon danışığı olub və regional münaqişələr əsas gündəm mövzularından birini təşkil edib.

Bu danışıq beynəlxalq ekspert dairələrində mühüm sual doğurur ki, ABŞ və Rusiya arasında Ukrayna və İran məsələləri üzrə geosiyasi bazarlıq mümkündürmü? Başqa sözlə, böyük güclər dünya siyasətində yeni təsir zonalarının bölüşdürülməsi istiqamətində gizli və ya yarıaçıq razılaşmalara gedə bilərmi?

Düşünürəm ki, əslində dünya siyasətinin tarixində bu cür proseslər yeni deyil. Bütün dövrlərdə böyük dövlətlərin qlobal təsir zonalarını müəyyənləşdirdiyi mühüm mərhələlər olur.

Bu gün də müəyyən mənada tarixi proseslərin davamı kimi Ukrayna müharibəsi və İran ətrafında artan gərginlik qlobal güclər arasında yeni balans axtarışının göstəricisi kimi qiymətləndirilə bilər”. Bu fikirləri baki-xeber.com-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

“Hesab edirəm ki, ABŞ üçün Ukrayna məsələsi Avropanın təhlükəsizlik sistemi ilə bağlı strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, İran məsələsi Yaxın Şərqdə qüvvələr balansı, enerji marşrutları və nüvə təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Bu iki mövzunun eyni telefon danışığında müzakirə olunması təsadüfi görünmür.

Bəzi analitiklər hesab edirlər ki, Vaşinqton və Moskva arasında dolayı razılaşma modelləri müzakirə oluna bilər. Belə modellərdə tərəflər açıq şəkildə “münaqişə mübadiləsi” etməsələr də, müəyyən regionlarda qarşılıqlı güzəşt və ya təsir zonalarının qeyri-rəsmi şəkildə tanınması kimi mexanizmlər ortaya çıxa bilər.

Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın siyasi yanaşması da diqqət çəkir. Tramp beynəlxalq münasibətlərdə daha çox pragmatik və sövdələşmə əsaslı diplomatiyanın tərəfdarı kimi tanınır. Onun siyasətində bəzən böyük güclər arasında “böyük razılaşmalar” vasitəsilə münaqişələrin idarə olunması ideyası ön plana çıxır.

Digər tərəfdən, Vladimir Putin üçün Ukrayna məsələsi Rusiyanın təhlükəsizlik strategiyasının mərkəzi elementidir. Moskva postsovet məkanında öz təsir imkanlarını qorumağa çalışır və bu istiqamətdə Qərblə uzunmüddətli geosiyasi rəqabət aparır.

Bütün bu amillər göstərir ki, “ABŞ İranla məşğul olsun, Rusiya isə Ukraynada sərbəst hərəkət etsin” kimi sadələşdirilmiş formul real siyasətdə açıq şəkildə elan olunmasa da, böyük güclər arasında yeni geosiyasi balansın formalaşdırılması cəhdləri tamamilə istisna edilə bilməz.

Belə görünür ki, dünya siyasəti yenidən böyük dövlətlərin strateji razılaşmalarının müəyyən etdiyi mürəkkəb mərhələyə daxil olur. Bu prosesdə Ukrayna və İran kimi regional münaqişələr təkcə yerli problemlər deyil, həm də qlobal güc balansının yenidən qurulmasının əsas elementləri kimi çıxış edir.

Başqa sözlə desək, beynəlxalq münasibətlər sistemində baş verən son hadisələr bir daha göstərir ki, dünya siyasətində bəzən münaqişələr yalnız hərbi və ya regional problemlər deyil, həm də böyük güclərin qlobal təsir dairələri uğrunda apardıqları strateji oyunun tərkib hissəsidir,"- deyə şərhçi əlavə etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ