İstanbulda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında görüş keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi, siyasi, iqtisadi və regional əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, habelə Türk Dövlətləri Təşkilatındakı koordinasiya məsələləri ilə bağlı mövzuları müzakirə ediblər.
Həmçinin, Yaxın Şərqdə davam edən hərbi gərginlik barədə fikir mübadiləsi aparılıb.
ZÜMRÜD