“Axios” ABŞ rəsmisi və şuranın üzvü olan dörd ölkənin diplomatlarına istinadən xəbər verir ki, Ağ Ev 19 fevralda Qəzza Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır.
Ağ Ev bu görüşdən Qəzza atəşkəs saişinin ikinci mərhələsinin həyata keçirilməsini irəli aparmaq və onun yenidən qurulması üçün vəsait toplamaq üçün istifadə etmək istəyir.
Şuranın hazırda 27 üzvü var (Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla - red.) və Tramp onun sədridir. BMT Təhlükəsizlik Şurası ona Qəzza atəşkəs sazişinin həyata keçirilməsinə nəzarət etmək, eləcə də idarəetmə və yenidənqurma məsələləri üzərində işləmək səlahiyyəti verib.
Tramp administrasiyası liderləri dəvət etmək və logistika məsələlərini müzakirə etmək üçün onlarla ölkə ilə əlaqə saxlamağa başlayıb.
Onlar bu yaxınlarda Trampın şərəfinə adını dəyişdirdiyi Sülh İnstitutunda görüşməyi planlaşdırırlar.
Tahir TAĞIYEV