20 Yanvar tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda göstərdiyi milli iradənin təzahürüdür. O çətin günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, öz müstəqillik və suverenlik iradəsini nümayiş etdirdi.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün söyləyib.
O bildirib ki, Bakıda sovet əsgərləri amansız davrandılar, qadın, kişi, gənc və yaşlı demədən insanları gülləyə tutdular. 130 nəfərdən çox insan şəhid oldu. 700-dən çoxu yaralandı.
"Bu tarix həm də Azərbaycanın milli hökumətinin formalaşması və bu günlərə gəlməsi baxımından son dərəcə önəmli və anlamlıdır. 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edərək, həm də şəhidlərin arzusunu yerinə yetirmiş oldu. Biz onlara çox şey borcluyuq. Azad və müstəqil Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı daim yaşasın”, - deyə səfir vurğulayıb.
ZÜMRÜD