Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Həmrəylik və milli birliyimiz müstəqilliyimizi gücləndirir

Image


“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”
Ümummilli Lider Heydər Əliyev

Qalib Azərbaycan xalqı Zəfərimizin 5-ci yubiley ilində Dünya Azərbaycanlılarının Həmrəylik Gününü həmişə olduğu kimi milli birlik, sarsılmaz güc və dayanıqlı sülh təntənəsi ilə qeyd etməyə hazırlaşır.

Azərbaycan dövlətinin azərbaycançılıq və milli dövlətçilik təfəkkürünün formalaşmasında həmrəylik və milli birlik hərəkatı müstəsna rol oynamışdır. Bu ideoloji hərəkatın möhkəm bünövrəsi və legitim əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində formalaşıb. 1970‒80-ci illərdə Heydər Əliyev böyük qətiyyət və cəsarətlə xalqın tarixi yaddaşının qorunması, milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, mədəniyyətinin tərəqqisi, Azərbaycanın dünyada tanınması uğrunda yorulmaz fədakarlıqla çalışırdı.

Keçmiş imperiyanın amansız təqiblərinə baxmayaraq, onun azərbaycançılıq ideyasını geniş təşviq etməsi, elmi-mədəni-humanitar intibaha yol açması və milli dəyərləri bərqərar edərək yaşatması milli həmrəylik üçün möhkəm zəminlər yaradırdı. Ulu Öndərin müxtəlif yerlərdə yaşayan azərbaycanlı incəsənət xadimləri, ziyalılar və görkəmli ictimai xadimlərlə əlaqələri sistemləşdirməsi faktiki olaraq diaspor fəaliyyətinin bariz təzahürləri idi və azərbaycanlılarının tarixi Vətənə bağlılığını artırırdı. Yüzlərlə azərbaycanlıya ölkədən kənarda ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanının yaradılması, elmi-mədəni təşkilatlarda çalışmalarının təmin edilməsi uzaqgörən strateji xətt kimi azərbaycanlılar arasında milli-mədəni, elmi-ictimai əlaqələrin güclənməsinə xidmət edirdi.

Ümummilli Liderin azərbaycançılıq məfkurəsi ötən əsrin 90-cı illərində müstəqillik mübarizəsi ilə tamamlanaraq dünya azərbaycanlılarının birliyi ideyasını da mühüm mərhələyə çatdırdı. Milli Müstəqilliyimizin əsası Naxçıvandan başladığı kimi həmrəylik yolunun istinadgahı da Muxtar Respublikaya bağlıdır. Həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da keçirilən iclasda dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Həmin qərarla ilk həmrəylik bayramı Naxçıvanda qeyd olundu.

Həmrəylik təqviminin dekabrın 31-i kimi müəyyənləşməsi isə təsadüfi deyildi. Sovet imperiyası süqut etdikdən sonra dekabrın son günlərində şaxtalı havada Araz çayının hər iki tayında yaşayan azərbaycanlılar milli vahidlik, Vətənin bütövlüyü amalı nümayiş etdirərək Azərbaycanı iki yerə bölən sərhəd tikanlarını dağıdaraq birləşdilər. Uzun illər bir-birinə həsrət qalan həmvətənlərin izdihamlı möhtəşəm yürüşü birlik və bütövlük şüarını, vahidlik əzmini dünyaya nümayiş etdirdi. Bu baxımdan, Həmrəylik günü birləşmə amalının möhtərəm simvolu kimi tarixə yazıldı.

Beləliklə, Naxçıvandan başlanan həmrəylik hərəkatı Azərbaycan xalqını vahid ideologiya ətrafında sıx birləşdirdi və Naxçıvan Ali Məclisinin həmrəyliklə bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Ali Sovetinə müraciəti dekabrın 25-də dəstəkləndi. Ali Sovet dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasını rəsmiləşdirdi. Dünyanın 70-dən yuxarı ölkəsində məskunlaşan 50 milyondan çox azərbaycanlının vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.

Həmrəylik ideyasını milli məfkurəmizdə əbədiləşdirən Ulu Öndər bu birliyin institusional xarakter alması üçün də səylərini əsirgəmədi, onun möhtəşəm adına və qüdrətinə sığınan dünya azərbaycanlılarının təşkilatlanması tarixi-siyasi yekun nöqtəsinə çatdı. 2001-ci il noyabrın 9‒10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi müxtəlif qitələrdə yaşayan soydaşlarımızın milli ideya ətrafında birliyinin güclənməsini, mütəşəkkilliyi və fəallığının artmasını təmin edən hadisəyə çevrildi.

Heydər Əliyev bu tarixi hadisəni belə qiymətləndirirdi: “Bu gün keçirilən qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni bir mərhələnin başlanğıcıdır”.

Qurultaydan sonra Ulu Öndərin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təsisatlanması prosesini daha da möhkəmləndirdi.

Heydər Əliyevin həmrəylik hərəkatı və missiyası Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilərək daha da möhkəmlənməkdədir. Onun təşəbbüsü ilə 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan təşkilatlanması istiqamətində yeni addım oldu.

Dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının və xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin, milli birliyinin güclənməsinə öz töhfəsini verməkdədir. Eləcə də, 2019-cu ildə təsis edilmiş “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı bu sahəyə dövlət dəstəyinin ünvanlılığının göstəricisidir.

Azərbaycan diaspor hərəkatı strategiyasını həm də türk dövlətləri, ələlxüsus da qardaş Türkiyə ilə “Bir millət, iki dövlət” prinsipi əsasında koordinasiyalı şəkildə həyata keçirir. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi.

2022-ci ilin noyabrında Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə Görüşündə mühüm mesajlar verən cənab Prezident “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur” fikirləri ilə Vətəndən kənarda yaşayan həmvətənlərimizin milli kimliyinin, hüquq və mənafelərinin, ana dilinin qorunması uğrunda sarsılmaz qətiyyətinin ifadəsi hesab oluna bilər.

TDT-yə üzv ölkələrin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 2025-ci dekabr 2-də Budapeşt şəhərində keçirilmiş VII görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilməsi isə diaspor fəaliyyətində yeni möhtəşəm səhifənin açılması deməkdir.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər də soydaşlarımızın bütün hüquqi-siyasi təminatlarının yaradılmasında əzmkarlığın və həmrəylik hərəkatının hüdudsuz inkişafındakı qüdrətinin nümunəsidir.

Dünya Azərbaycanlılarının I Qurultayından sonra dövlətimiz ötən 20 ildə güclənərək öz ərazi bütövlüyünü bərpa edərək Həmrəyliyin ən ali Zirvəsinə çatdı. Bütün dünya azərbaycanlılarının ən müqəddəs arzusu olan torpaqlarımızın azad edilməsindən sonra 2022-ci il aprelin 22-də Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçirildi. Tədbiri Zəfər Qurultayı adlandıran Prezident İlham Əliyev bildirirdi ki,

“Bu gün bütün həmvətənlərimiz üçün böyük xoşbəxtlik günüdür, qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq”.

Ramid Namazov
Milli Məclisin deputatı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ