Cümə günü, 16 oktyabr 2026
     

Olmayan istehsalı vergidən azad etdilər - məmurların xarici maşınlara qoyduğu milyonlar kəsilməsə, yerli istehsal olmayacaq...

Image


Prezidentin məntiqi sadə idi: əgər dövlət qurumları, məmurlar və iri şirkətlər xaricdən mebel, texnika və digər avadanlıq alırsa...

2026-cı ildən etibarən Azərbaycanda yerli istehsal olunan minik avtomobillərinin satışı Əlavə Dəyər Vergisindən (ƏDV) tam azad ediləcək. Bununla yanaşı, yük avtomobilləri və onların ehtiyat hissələrinin idxalına da vergi güzəştləri tətbiq ediləcək.

Qərar 2026-cı il dövlət büdcəsi zərfi çərçivəsində təqdim olunub və məqsədi yerli istehsalın stimullaşdırılması, sənaye sektoruna investisiyaların artırılması və daxili bazarın genişləndirilməsidir.

Lakin əsas sual qalır: bu qərar real iqtisadi nəticə verəcəkmi? Azərbaycanda yerli avtomobil istehsalı hansı səviyyədədir və ƏDV-dən azadolma sənayenin inkişafına həqiqətən təkan verə biləcəkmi?

Hazırda ölkədə avtomobil istehsalı əsasən Naxçıvan Avtomobil Zavodu (NAZ), “AzSamand”, “Azərmaş” (Gəncə) və “Azermash Industrial Group” müəssisələrində həyata keçirilir.

Amma bu müəssisələrin faktiki illik istehsal gücü 10–15 min ədəd civarındadır və real satış bu göstəricinin yarısından da azdır.

Məsələn, 2023-cü ildə Azərbaycanda 43 min yeni avtomobil satılıb, lakin yerli istehsalın payı cəmi 8–10% təşkil edib.

“Azərmaş”ın istehsal etdiyi Khazar markalı avtomobillərin satışı 2019-cu ildən sonra kəskin azalıb.

Satışın zəifləməsinin əsas səbəbləri zəif marketinq, məhdud servis şəbəkəsi, ehtiyat hissələrinin çatışmazlığı və ən əsası, dövlət qurumlarının belə yerli avtomobillərə maraq göstərməməsidir.

Rəsmi statistik göstəricilər sənayenin sabit inkişaf mərhələsinə keçmədiyini təsdiqləyir. 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 2 309 ədəd minik avtomobili istehsal olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1% azdır.

Eyni dövrdə 220 ədəd yük avtomobili istehsal olunub ki, bu da ötən illə müqayisədə 43,6% azalma deməkdir. 2024-cü ilin yanvar-sentyabr aylarında 3 623 minik avtomobili istehsal edilib. Bu, 2023-cü illə müqayisədə 71,7% artım deməkdir.

Bununla belə, istehsal həcmi ümumi bazar tələbatına nisbətdə çox kiçik qalır. Yəni artım tempində müəyyən dövri sıçrayışlar olsa da, ümumi istehsal səviyyəsi sabit deyil, kütləvi bazar formalaşmayıb.

2020-ci ildə avtomobil parkının 79%-i 10 ildən çox “yaşlı” avtomobillərdən ibarət idi. Bu fakt göstərir ki, ölkədə avtomobil yenilənməsinə böyük potensial var, lakin yerli istehsal bu tələbi qarşılamır.

Ən böyük ziddiyyət dövlət strukturlarında müşahidə olunur.

Məsələn, “Azəristiliktəchizat” ASC 2025-ci il buraxılışlı, 2.2–2.5 hibrid mühərrikli xidməti avtomobil almaq üçün 100 min 100 manatlıq tender elan edib. Yeni təyin olunan rəhbər sələfinin avtomobilini bəyənmir və bahalı xarici markalı avtomobil almağa üstünlük verir.

Bu, təkcə bir hadisə deyil. Hər il dövlət qurumları yüzlərlə xidməti avtomobil alır və onların böyük əksəriyyəti xarici markalardır – Toyota, Hyundai, Kia, Mercedes, BMW və s.

Beləcə, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait yerli sənayeni gücləndirmək əvəzinə xarici istehsalçılara axır.

Əgər dövlət orqanları “xidmət avtomobilləri” üçün yerli istehsal məhsullarını seçsəydilər, bu, sənayemiz üçün real, sabit və uzunmüddətli tələbat bazası yaradar, istehsalçılar üçün investisiya cəlbediciliyini artırardı.

İllər əvvəl prezident bir iqtisadi müşavirədə dedi ki, nəyə görə məmurkar milyonlarla vəsait xərcləyib xarici mebel alır, həmin vəsaiti yerli məhsula qoymaq daha səmərəli olmazmı?

O, həmin çıxışında xüsusilə idxaldan asılılığın azaldılması, yerli istehsalın stimullaşdırılması və dövlət vəsaitlərinin ölkə daxilində dövriyyəyə cəlb olunması zərurətini vurğulamışdı.

Prezidentin məntiqi sadə idi: əgər dövlət qurumları, məmurlar və iri şirkətlər xaricdən mebel, texnika və digər avadanlıq alırsa, bu zaman ölkədən valyuta çıxır, yerli istehsalçı isə zərər görür. Halbuki, həmin milyonlarla manat yerli istehsal müəssisələrinə yönəldilsə, həm daxili iqtisadi dövriyyə artar, həm iş yerləri və vergi gəlirləri çoxalar, həm də ölkədən valyuta axını azalardı.

Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində "lokalizasiya" (yerli istehsalın genişləndirilməsi) və "Made in Azerbaijan" strategiyasının əsas ideoloji dayaq nöqtələrindən birinə çevrildi.

ƏDV-dən azadolma qiymətləri müəyyən qədər aşağı salacaq, lakin bu, sənaye inkişafı üçün yalnız ilkin şərtdir.

Avtomobil sənayesinin uğuru vergi deyil, sistemli sənaye siyasəti, dövlət sifarişləri və texnoloji inkişaf strategiyası ilə müəyyən olunur.

1970–1990-cı illərdə İtaliya hökuməti “Fiat” konsernini dövlət sifarişləri, subsidiyalar və köhnə avtomobillərin utilizasiyası proqramı ilə dəstəklədi.

Dövlət köhnə avtomobilini təhvil verən vətəndaşa yeni yerli avtomobil üçün 15–20% endirim verirdi.

Nəticədə həm avtomobil parkı yeniləndi, həm də daxili bazar canlandı.

Türkiyədə “TOGG” layihəsi sadəcə vergi güzəşti ilə deyil, enerji subsidiyaları, logistika dəstəyi, texnopark infrastrukturu və dövlət sifarişləri ilə inkişaf etdirilib.

Türkiyə hökuməti dövlət qurumlarına TOGG markalı avtomobillərdən istifadə etməyi tövsiyə edir. Bu, istehsal üçün daxili satış bazası yaradıb və “Made in Türkiye” brendinin dəyərini artırıb.

- Qanunla dövlət qurumlarına yerli avtomobillərə üstünlük vermək tələbi qoyulmalıdır. Bu, sabit tələbat yaradaraq istehsalçıya investisiya cəlb etmək imkanı verər.

- Köhnə avtomobilini təhvil verən vətəndaşlara yeni yerli avtomobil alarkən dövlət tərəfindən 10–20% endirim və ya subsidiya verilməsi daxili bazarı canlandırar, ekoloji fayda yaradar.

- Xarici brendlərlə (“Kia”, “Peugeot”, “BYD” və s.) birgə istehsal və komponent bazasının qurulması vacibdir.

Hazırda yerli komponent payı 10–15%-dən yuxarı deyil – bu göstərici ən azı 40%-ə çatdırılmalıdır.

- Dövlət tenderlərində “xarici avtomobil” seçimi yalnız texniki əsaslandırma ilə mümkündür.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi və Dövlət Statistika Komitəsi illik istehsal və satış hesabatlarını ictimaiyyət üçün açıq şəkildə paylaşmalıdır.

ƏDV güzəşti mühüm addımdır, lakin yeganə həll deyil. Əgər dövlət qurumları, məmurlar və dövlət sifariş sistemi yerli istehsala real dəstək verməsə, bu güzəştlər sadəcə kağız üzərində qalacaq.

Azərbaycanın avtomobil sənayesi potensiala malikdir, lakin bu potensialı reallaşdırmaq üçün iqtisadi mexanizmlərlə yanaşı, idarəetmə mədəniyyəti, şəffaflıq və strateji planlaşdırma da dəyişməlidir.

Əks halda, “yerli avtomobil” ideyası bir daha rəsmi sənədlərdə yazılan, lakin real bazarda görünməyən layihələrdən birinə çevriləcək.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ