Bazar günü günü, 08 noyabr 2026
     

Putin hədələdi - ABŞ dərhal Rusiya sərhədlərində hərbi bazalar yerləşdirdi...

Image


Ukrayna münaqişəsi səbəbindən gərginləşən Rusiya-Qərb münasibətləri özünün daha dramatik mərhələsinə qədəm qoymaqdadır. Buna səbəblərdən biri Rusiyanın düşmən  qismində gördüyü NATO-ya yeni üzvlərin qəbul edilməsidir. Söhbət Finlandiya və İsveçrədən gedir.

Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin olduca sərt açıqlamalar verib. Belə ki, Putin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sözügedən ölkəni təhdid edib, Qərbi bütün bunlara görə ittiham edib: "Onlar Finlandiyanı NATO-ya sürüklədilər. Bizim hər hansı mübahisəmiz olub? Bütün mübahisələr, o cümlədən ərazi mübahisələri çoxdan, XX əsrin ortalarında həll olunub. Münasibətlər ən mehriban və ciddi idi. Amma indi vəziyyət dəyişir". Putin Finlandiyanı hərbi əməliyyatlarla hədələməkdən də çəkinməyib: "Heç bir problem yox idi, indi olacaq. Çünki biz Leninqrad Hərbi Dairəsi yaradacağıq və orada müəyyən hərbi hissələri cəmləşdirəcəyik. Bu onlara lazım idi? Yanaşmaları cəfəngiyatdır". Eyni zamanda Putin əmin edib ki, NATO ilə münaqişə istəmir. O iddia edib ki, münaqişəni NATO ölkələri özləri yaradır və Rusiya üçün "strateji məğlubiyyət" istəyir: "Kimlə problemimiz var idi? Heç kimlə. NATO ölkələri Rusiya kimi rəqib istəmədikləri üçün bizimlə problem yaradırlar". Xatırladaq ki, 2023-cü ilin aprelində Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub. İsveç də alyansa qoşulmağı planlaşdırır, lakin hazırda onun üzvlüyü Türkiyə tərəfindən bloklanır. Belə bir vaxtda Finlandiya Rusiyanı qəzəbləndirəcək daha bir addım atıb. Belə ki, Finlandiya Birləşmiş Ştatlarla hərbi əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıb. Bu, Putinin Finlandiyanın NATO üzvlüyünə qəbulu ilə bağlı sərt bəyanatından sonra olub. Finlandiyanın müdafiə naziri Antti Hakkanen Vaşinqtonda imzalama mərasimindən sonra deyib ki, bu sənəd ABŞ-ın Finlandiyanın və bütün Şimali Avropanın təhlükəsizliyinə sadiqliyini ehtiva edir. Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Müdafiə Əməkdaşlığı Sazişi adlanan bu sənəd Finlandiya və ABŞ arasında ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Nazir vurğulayıb ki, Vaşinqton və Helsinki arasında ikitərəfli müdafiə əməkdaşlığını əks etdirən bu sənəd Finlandiyanın NATO üzvü kimi təhlükəsizlyinin təminatını daha da artıracaq. ABŞ dövlət katibi Entoni Blinken bu sənədin imzalanmasını tarixi an və Finlandiyanın NATO-ya böyük töhfəsi adlandırıb. Blinken əlavə edib ki, Finlandiya indi Ukraynada baş verənləri hər kəsdən yaxşı başa düşür. Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib ki, Helsinki Vaşinqtonla 1990-cı illərdən əməkdaşlıq edir və bu əməkdaşlıq olmasaydı, bugünkü imzalanma da olmazdı. Bu razılaşma ABŞ-a Finlandiya boyunca hərbi qurğu və bazalara giriş verir. Bunun sayəsində ABŞ Finlandiyanın müdafiə avadanlığını modernləşdirəcək, hərbi bazaları lazımi materiallarla təchiz edəcək. Razılaşma ABŞ gəmilərinə, təyyarə və zirehli texnikasına bu bazalara giriş hüququ verir. Bu sazişdə Finlandiyanın uzaq şimalındakı Laplandiya bölgəsi xüsusi olaraq qeyd edilir.

Sazişə Finlandiyanın 15 hərbi bazasından 5-i daxil edilib. ABŞ silahlı qüvvələri bu hərbi bazalardan istifadə hüququ əldə edib. Bu beş bazadan biri də Qərbi Avropada ən böyük hərbi təlim poliqonu olan Rovayarvidir. Bu təlim mərkəzinin sahəsi 1070 kvadrat kilometrdir və 3500 əsgərin iştirakilə manevrlərin keçirilməsinə imkan verir. Sazişə Laplandiya Hərbi Hava Komandanlığının bazası və Rovaniyemidəki Cager Briqada Qarnizonu daxildir. Filandiyanın F-18 qırıcı donanması bu bazada yerləşir və yaxın gələcəkdə təkmil F-35 təyyarələri də bura gətiriləcək. Sənəddə ölkənin ən şimal nöqtəsindəki İvalo sərhəd qoşunları bazasının adı çəkilir. Bu baza Rusiya sərhədinin 50 kilometrliyindədir. Finlandiya-ABŞ hərbi sazişindən bir neçə gün əvvəl Vaşinqton İsveçlə belə bir əməkdaşlıq sazişi imzalayıb. Bunlar fonunda Norveç, Finlandiya və İsveç Rusiya ilə sərhəddə özləri üçün müəyyən məhdudiyyətlər tətbiq edirlər.  Bunlar fonunda demək olar ki. Qərb-Rusiay çəkişməsi Ukrayndan sonra Rusiya ilə sərhəf NATO ölkələrinə daşınacaq. Bu o zaman baş verir ki, ABŞ və Qərb, faktiki olaraq, Ukraynanı tərk etmək üzrədir. Ukrayna ordusu son vaxtlar Qərbdən yetərincə hərbi yardım ala bilmir. ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsində Ukraynaya yardım məqsədilə cəmi 900 milyon dollar nəzərdə tutulub. Halbuki, Ağ Ev gələn il Ukraynaya 70 milyard dollarlıq hərbi yardım paketi vəd etmişdi. Kreml təmsilçiləri sülh danışıqlarına başlamaq üçün Ukrayna savaşının əvvəlində irəli sürdükləri şərtləri təkrarən gündəmə gətirməkdədirlər. Əsas tələblərdən biri isə məhz Ukraynanın tamamilə tərksilah edilməsi ilə birbaşa bağlıdır. Hesab edilir ki, Qərbin Ukraynada Rusiyaya uduzması şimal qonşumuzla həmsərhəd NATO ölkələrinin perspektivdə daha çox Moskvanın təzyiqləri ilə üz-üzə qalmasını şərtləndirir. Ukraynalı hərbi ekspert Oleq Jdanov bu xüsusda bildirir ki, alyans Ukraynadakı müharibədən uzaqlaşır: "Nəzərinizə çatdıraq ki, NATO bizə heç bir avadanlıq, silah və ya sursat vermir. NATO müharibənin ilk ayında dərman, yanacaq şəklində 50 tonluq humanitar yardım etdi. Sonra da müharibədən uzaqlaşmağa başladı. Biz NATO blokundan kənarda birbaşa tərəfdaş ölkələrimizlə işləyirik. Ona görə də NATO-nun qəti addım atmaqdan niyə belə qorxduğunu izah etməyə çalışdım. Çünki bu münaqişəyə cəlb olunmaq istəmir". Jdanov hesab edir ki, alyans Ukrayna konfliktinin dünya müharibəsinə çevriləcəyindən qorxur və hadisələrin bu cür inkişafı ilə Kreml rəhbəri Putin "qırmızı düyməni" basıb nüvə zərbəsi endirə bilər. Ekspert əlavə edib ki, hazırda Rusiya NATO-nu münaqişəyə təhrik edərək, cavab addımları atmaq istəyir: "Rusiya NATO-nu qəti addım atmağa təhrik edir, sonra Putin onları təcavüzdə ittiham edəcək, özünü sülhməramlı kimi təqdim edəcək və danışıqlar prosesini təklif edəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ