Bazar günü günü, 08 noyabr 2026
     

Zəngəzur dəhlizinin açılışına bu nə hazırlıqdır...

Image


"Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsi yaranacaq". Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Zəngəzur dəhlizinin strateji əhəmiyyətli olduğunu xüsusi vurğulayıb: "Qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm türk respublikaları ilə, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq". Qeyd edək ki, Türkiyə dəmir yolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir. Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, dəmiryolu şəbəkəsi 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndiriləcək. Bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib. Ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb. Erməni mediası yazır ki, bütün bunlar Zəngəzur dəhlzinin açılacağının qaçılmaz olduğunu göstərir. Ermənistanın "Hayeli" nəşri bu xüsusda qeyd edir: "Xəbər lenti müxtəlif "alqış"larla doludur. Vaşinqtondan Moskvaya, Moskvadan Brüsselə qədər hər yerdən Ermənistan və Azərbaycanı əsirlərin mübadiləsinə, sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə və bu kimi hadisələrə, onların perspektivlərinə görə alqışlayan alqış var". Nəşr qeyd edib ki, hamı sevinir, xoşbəxtdir, yolka ucalır, işıqlar yanır: "Lakin bu əhatəli "alqışlar" elədir ki, ikinci prezident Robert Köçəryanın analoji münasibətlə etdiyi müşahidəni xatırladır. Köçəryan bildirirdi ki, dəfn zamanı heç kim mərhuma sağlamlıq arzulamır. Praktikada birtərəfli variant müzakirə olunur və nəzərdən keçirilir: Ermənistan vasitəsilə Azərbaycan-Türkiyə əlaqəsi. Yeri gəlmişkən, qeyd edək ki, bəzilərinin həyəcanlandırdığı Ermənistan-Türkiyə sərhədinin açılması yalnız bir məna kəsb edəcək: artığını deməsək, Ermənistanın istehsalı və iqtisadi zəifləməsi". Elə erməni politoloq Qarik Keryan da qeyd edir ki, dəhliz mütləq açılacaq: "Bundan başqa, Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Qarabağda ermənilərin yaşadığı evlərin qorunması, infrastrukturun saxlanılması buna hesablanıb. Azərbaycan bununla ermənilərin geri qayıtmasına şərait yaratdığını göstərir və azərbaycanlıların da Qərbi Azərbaycana qayıtması hüququna malik olduğunu irəli sürür". Keryan bildirir ki, azərbaycanlıların müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər: "Daha sonra müəyyən xoşagəlməz hadisələr baş verərsə, azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi məsələsini irəli sürəcəklər. Bunun üçün beynəlxalq müşahidəçilərə ehtiyac var. Türkiyə dərhal prosesə qoşulacaq. Yəni azərbaycanlılar kütləvi şəkildə geri qayıdıb müdafiəsiz yaşamayacaqlar. Əliyev bütün bunları çox məharətlə addım-addım planlaşdırıb". Keryanın fikrincə, azərbaycanlılar sərhəd bölgələrinə - Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. O hesab edir ki, Azərbaycan-Ermənistan sülh danışıqları Rusiya-Ukrayna müharibəsi başa çatana qədər uzana bilər: "Bundan sonra regionda güc balansı müəyyənləşəcək və daha çox təsir rıçaqlarına malik olan tərəf diktə edəcək, digərləri həmin şərtlərlə imza almalı olacaq. Hətta Qərbin şərtləri ilə indi nəsə imzalasaq belə, üç ay sonra Rusiya ayağa qalxsa və bölgəyə qayıtsa, bu razılaşmalar kənara atılacaq". Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı vasitəçilik ətrafında gedən geosiyasi mübarizə haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar da proseslərin Zəngəzur dəhlzinin açılması ilə nəticələnəcəyini bildirib. O, bu xüsusda açıqlamasında qeyd edib: "Hazırda Ermənistan və Azərbaycan arasındakı vasitəçilik məsələsində də geosiyasi rəqabət var. Çünki Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin doğuracağı nəticələr gələcəyə və beynəlxalq sistemin yenidən qurulacaq arxitekturasına öz təsirini göstərəcək. Məsələ yalnız Türkiyə ilə Azərbaycan üçün yox, eyni zamanda ABŞ, Aİ, Rusiya, Çin və İran üçün də son dərəcə həssasdır. Bütün bunlar fonunda imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizi üzərində çox böyük bir siyasi mübarizə var. Zəngəzur Orta Dəhlizin əsas hissəsidir və onun açarını əldə etmək üçün mübarizə gedir. Burada belə bir sual ortaya çıxır: Ermənistan kimin proksi dövləti olacaq? Türkiyə və Azərbaycan Ermənistana müharibənin nəticələrinin doğurduğu haqları və verilən sözləri özündə birləşdirən sülh müqaviləsi təklif edir. Belə ədalətli sülh müqaviləsinin Ermənistanın özünə də faydası var. Əks halda isə imzalanacaq sülh müqaviləsi İrəvanı boğacaq. Özləri də bunu çox yaxşı bilirlər. Ancaq ölkənin çox böyük asılılığı var və indiki məqamda Rusiyanı ciddi şəkildə narahat edəcək formada üzlərini Atlantika alyansına çeviriblər. Burada da Rusiya və Atlantika alyansı arasında çəkişmənin olduğunu görürük. Türkiyə isə bütün hallarda Azərbaycanın haqlarının, milli təhlükəsizlik maraqlarının öz əksini tapdığı sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu ifadə edir. Rəsmi İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmasının yolu Bakıdan keçir. Digər halda isə Ermənistana yol verilməyəcək. Bir maraqlı faktı xatırlatmaq istəyirəm: ABŞ Yaxın Şərq üçün "əhəmiyyətli", Mərkəzi Asiya üçün isə "strateji" ifadəsini işlədir. Yuxarıda da qeyd etdiyim kimi, əsas mübarizə dəhlizin açarı uğrunda gedir. Çünki həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi bizim coğrafiyamızdan keçir. Hər kəs gedən mübarizənin öz mənfəətlərinə, hesablarına uyğun şəkildə bitməsini istəyir. Böyük rəsmi isə həm Ukrayna, həm Qəzzada gedən müharibəni, həm də Qarabağda son aparılan lokal antiterror tədbirlərini birləşdirməklə oxumaq və görmək mümkündür".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ