Bazar günü günü, 08 noyabr 2026
     

Bakıda COP29 fransızları niyə "qarın ağrısına" salıb?..

Image


"Azərbaycanın bütün uğurları, o cümlədən də 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi Fransanı, fransız siyasətçiləri ciddi narahat edir" 

Fransalı siyasətçilərin Azərbaycana qarşı düşmən münasibəti günü-gündən daha iyrənc şəkil alır. Ölkəmizin COP29-a ev sahibliyi etməsi məsələsi isə onların rahatlığını tamamilə əllərindən alıb. Paris meri, həmişəki kimi, yenə də öz çirkin oynunu oynayır.

Belə ki, Paris meri Ann Hidalqo və bir sıra digər fransız siyasətçiləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 2024-cü ildə Bakıda keçirilməsinə qarşı çıxıblar. Bu barədə "La Tribune" qəzeti yazıb.

Fransa mediası da fransız siyasətçiləri kimi ənənəvi qərəzindən əl çəkmək istəmir, günü-gündən dozanı daha da artırır. Azərbaycana qarşı düşmən münasibət sərgiləyən qəzet bu xəbəri "Bakıda COP29: utanc və şərəfsizlik görüşü" başlığı ilə dərc edib. Nəşrdə bildirilib ki,  Azərbaycan dekabrın 11-də COP29-a ev sahibi kimi seçilib. Qəzet vurğulayır ki, "qalıq yanacaqlardan imtina edərək qlobal istiləşmə ilə mübarizə aparan ölkələr və icmalar üçün bu çox pis xəbərdir, çünki Azərbaycan iqtisadiyyatının 90%-i neft və qazdan asılıdır". 

Hidalqodan başqa, BMT-nin iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı birgə məktubu Fransa Senatındakı Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo, Hauts-de-France regionu Şurasının prezidenti Ksavye Bertran, baş nazir Ksavye Bertrand imzalayıb. Antiazərbaycan mövqeyi tutan qəzet qeyd edir ki, məlum kağız parşasına həmçinin Lle-de-France bölgəsinin Valeri Pecresse, Occitanie Regional Şurasının sədri Karol Delqas, Marsel merinin birinci müavini Mişel Rubirola, Montpellier meri Michael Delafosse və Strasburq meri Jeanne Barseghian imza atıb. 

COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsi fransız siyasətçiləri nə üçün narahat edir? 

"Bütün hallarda Fransanın cəhdləri heç bir nəticə verməyəcək, əvvəlcədən iflasa məhkumdur" 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, bizim uğurlarımız Fransanı, fransız siyasətçilərini, şəhər merlərini narahat edə bilməz. "Çünki Fransa kimi ölkələr Azərbaycanın keçmiş münaqişəsinin həllini gözləmirdi, onların planlarında belə bir səhifə yox idi. Onlar düşünürdülər ki, keçmiş Qarabağ münaqişəsi sonsuza qədər davam edəcək. Bu yolla onlar həm Azərbaycanda, həm də Cənubi Qafqazda baş verən proseslərə istədikləri formada, istədikləri zaman müdaxilə edə bilərlər. Amma günlərin birində biz onların o məkrli planlarını pozduq, onların vasitəçilik mandatı ilə həll olunmalı olan münaqişəni öz gücümüzə həll etdik. Bu, Fransanın ovqatını təlx edib, onu ciddi şəkildə narahat edir. Eyni zamanda bundan sonra onlar havadarlıq etdikləri Ermənistana heç bir dəstək göstərə bilmirlər. Təsəvvür edin, onlar bütün platformalardan, bütün imkanlarından, rıçaq və resurslarından istifadə edirlər, amma Azərbaycana qarşı Ermənistanın maraqlarına uyğun heç bir addım ata bilmədilər. Təbii ki, bu da onları ciddi şəkildə narahat edir"-deyə bildirən X.Bəşirov qeyd etdi ki,  İkinci Qarabağ müharibəsi dövründə Fransa prezidenti E.Makronun hansı bəyanatlar verdiyi, hansı fikirlər səsləndirdiyi, hansı addımlar atdığı, nələrə cəhd göstərdiyini biz də, bütün dünya da izlədi. "Makron dünya dövlətlərinə Azərbaycanın bu addımlarının beynəlxalq hüquqa "zidd" olması ilə bağlı çağırışlar edirdi. Amma heç nəyə nail ola bilmədi. Bundan sonra artıq onlar Ermənistana dəstək göstərmək üçün əllərində olan bütün imkanlardan istifadə etməyə cəhd göstərirlər. 2020-ci ilin dekabrında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərdilər. Növbəti il Azərbaycanda keçiriləcək COP29-la bağlı narahatlığını dilə gətirən Paris meriyasında belə keçən dövrdə Azərbaycana qarşı sənəd qəbul etdilər. Bundan sonra Fransanın hər iki parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul edildi. Bunlar Fransanın daxilində baş verənlərdir. Bundan sonra BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycana qarşı qətnamə qəbul olunmasına cəhd göstərdilər. Avropa Parlamentində antiazərbayan qətnamənin qəbul edilməsinə çalışdılar. Hətta Frankfoniya kimi humanitar təşkilatda Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə nail olmağa cəhd göstərildi. Yəni bütün bu addımları atan Fransa dövləti Azərbaycanın uğurlarını həzm edə bilmir. Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq formalaşdırıb, özünün ərazilərinin işğalına son qoyub, öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini təmin edib və bundan sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu nəinki yerə düşüb, Fransa və onun kimi ermənipərəst dövlətlərin apardıqları kampaniyalara baxmayaraq Azərbaycanın, onun Prezidneti İlham Əliyevin nüfuzu günü-gündən artmaqdadır. Avropa İttifaqına üzv olan dövlətlərlə, Qərb ölkələri, eləcə də   dünyanın ayrı-ayrı dövlətləri, ayrı-ayrı regionları, Mərkəzi Asiya, Afrika, Yaxın Şərq və sairlə bizim münasibətlərimiz Fransanın cəhdlərinə zidd olaraq daha da yüksəlib, inkişaf edir. Azərbaycanın bütün uğurları, o cümlədən də 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi  Fransanı, fransız siyasətçiləri ciddi narahat edir.

Burada bir məsələ də var. Fransanın Azərbaycana Qarabağdan könüllü getmiş 15 – 20 min erməniyə görə "insan hüquqlarından", "haqq və ədalətdən" dərs keçməsinə cavab olaraq dövlətimiz bu ölkənin özünün beynəlxalq hüququn bütün qaydalarını pozması ilə bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.  Fransanın soyqırım, ayrı-ayrı dövlətlərə təcavüz cinayətləri, xalqların müstəqilliyinin boğulması ilə bağlı faktlar, milyonlarla insanın qanına qəltan edilməsi, onların məhv olunması, eləcə də bu gün də müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi atdığı addımları qeyd etmək olar. Bakı Təşəbbüs Qrupunun yaradadılması və bu qrupun Fransanın müstəmləkəçilik cinayətlərinə görə həmin o müstəmləkə siyasətinə tuş gələn dövlətlərdən və xalqlardan üzr istəməsi ilə bağlı prosesin reallaşdırılması istiqamətində atdığı addımlar var. Bu gün Bakı Təşəbbüs Qrupu çox aktiv şəkildə fəaliyyət göstərir. Təbii ki, bütün bu məqamlar Fransanı ciddi şəkildə narahat edir. Amma hər bir halda COP dünyada çox nüfuzlu tədbirlədən biridir. Bu gün dünyada iqlim dəyişikliyi  ilə bağlı çox ciddi proseslər gedir. İqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasına tərəfdar dövlətlərin artıq 29-cu iclası keçiriləcək. Bu təşkilat Fransada yaranıb. Rəsmi Parisin yaratdığı, lakin iştirak etmədiyi 28-ci iclasda Azərbaycan çox aktiv şəkildə iştirak etdi. Dubayda keçirilən COP28-də Azərbaycanın iştirakı, Prezident İlham Əliyevin çox yüksək səviyyəli görüşlər keçirməsi, orada Azərbaycanla Səudiyyə Ərəbistanı, BƏƏ və Avstraliya arasında  sənədlərin imzalanması və bir sıra digər ciddi addımların atılması, təbii ki, Fransa tərəfini ciddi şəkildə narahat edir. Fransa düşünür ki, Azərbaycan Ermənistan üzərində qələbə çalmaqla özünün qələbəsini bu gün beynəlxalq aləmdə rahat şəkildə qəbul etdirir, təsdiqlədir. Əslində isə bu heç də rahat şəkildə baş vermir, Azərbaycan bu istiqmaətdə çox düzgün, çox məntiqli və ardıcıl praqmatik siyasət və doğru diplomatiya yürüdür. Bu da Fransa kimi dövlətlərin narahatlığına səbəb olur. Bu gün  dünyadakı iqlim dəyişikliyinin mənfi meyllərindən olan Fransa tərəfi həmin o iclaslarda iştirak etmir, kənardan baxır. Amma dünyanın iqlim dəyişikliklərinə heç bir mənfi təsir etməyən, ağac əkən, ekologiyaya müsbət təsir göstərən addımlar atmaqla Azərbaycan bu prosesə töhfə verir. Üstəlik də, azad olunmuş ərazilərdə  alternativ və bərpa olunan enerji resurslarının istismarı, eləcə də "Yaşıl enerji"nin Avropa məkanına ixrac edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar Fransanı sevindirmək əvəzinə narahat edir, təlaşa salır. Ona görə də düşünürəm ki, Fransa tərəfin bu narahatlığı səbəbsiz deyil. Bütün hallarda Fransanın cəhdləri heç bir nəticə verməyəcək, əvvəlcədən iflasa məhkumdur"-deytə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ