Bazar günü günü, 08 noyabr 2026
     

Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirildi - FOTO

Image


Dekabrın 18-də Azərbaycan Mətbuat Şurasında "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının müzakirəsi keçirilib. Şuranın və Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşmiş toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb. 

R.Məcid bildirib ki, ADU-nun Elm və Təhsil Nazirliyi ilə birlikdə ərsəyə gətirdiyi kitabın layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. 

MŞ sədri müzakirəsi keçirilən nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdəki ingilisdilli mətbuatda Azərbaycan haqqında yayımlanmış məqalələrin yer aldığını vurğulayaraq, onların toplanıb bir araya gətirilməsi işinin yaxın tariximizin öyrənilməsinə əvəzsiz töhfə kimi qiymətləndirib. O bildirib ki, kitabda Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi daxili və xarici siyasi kursun çətinliyi ingilisdilli media orqanlarının təqdimatlarında aşkar görünməkdədir. Eyni zamanda, ötən əsrin 90-cı illərində düçar olduğumuz acınacaqlı vəziyyətlə bağlı epizodlar də kitabda yer almaqdadır ki, bu isə tariximizə fərqli baxışın ortaya qoyulması nöqteyi-nəzərdən müstəsna əhəmiyyətə malikdir. 

Kitabın ibrətamizliyini vurğulayan R.Məcid deyib ki, Azərbaycan xarici jurnalistlərin nəşrdə toplanmış təsvirlərindəki məğlubiyyətə uğramış xalq təqdimatlarının ağırlığını 2020-ci ilin İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə aradan qaldırmağı bacardı. Bu isə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa, xüsusən də Qarabağ davasına Prezident İlham Əliyevin sadiqliyinin göstəricisidir. 

MŞ sədri çıxışında, həmçinin, müzakirəsi aparılan kitabda toplanmış materialları Qərb jurnalistikasının spesifik yanaşma tərzinin öyrənilməsi baxımından da mühüm mənbə olduğunu vurğulayıb. O, media təmsilçilərimizin, eləcə də ali məktəblərin jurnalistika fakültələrinin tələbələrinin ona marağını şərtləndirən məqamlara diqqət çəkib. 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının media ictimaiyyətində müzakirəsinin əhəmiyyətindən söz açıb. O, nəşrə jurnalist baxışının zəruriliyini əsaslandırıb. Akademik çıxışında, habelə, kitabdakı ayrı-ayrı materiallara əsasən haqqında bəhs edilən dövrü iki hissəyə bölüb: Birincisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkədəki çətin durumu aradan qaldırmaq yönümlü fəaliyyəti. İkincisi isə Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması. M.İmanov bu iki mərhələyə münasibətdə xarici mediadakı jurnalist yanaşmalarının həmin dövrlə bağlı dolğun nəticələr çıxarmağa imkan yaratdığını diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov çıxışına müzakirəsi keçirilən nəşrlə bağlı rəhbərlik etdiyi qəzetin 17 dekabr 2023-cü il tarixli sayında məqalənin yayımlandığına dair məlumat verməklə başlayıb. O bildirib ki, kitab "Heydər Əliyev ili"nə ən böyük töhfələrdən biridir, Ümummilli liderin Azərbaycan naminə nəhəng xidmətlərinə dəyərin göstəricisi olmaqla, yüksək qədirbilənlik nümunəsidir. 

Ə.Amaşov çıxışında, eyni zamanda, 1993-2003-cü illər dövrü ilə bağlı ingilisdilli mətbuatla yanaşı, digər dillərdəki media orqanlarının materiallarının toplanmasına ehtiyacın duyulduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, ADU akademik Kamal Abdullanın rəhbərliyi ilə bu işi də yüksək səviyyədə həyata keçirəcək.

MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, müzakirəsi aparılan kitabdakı materiallarla tanışlıq gözlər önündə Azərbaycanın çətin və məhrumiyyətli dövrünü canlandırır. Bu mərhələdə ölkəmizin informasiya blokadası şəraitində olduğunu xatırladan A.Aşırlı deyib ki, həmin zaman kəsiyinin tarix kimi öyrənilməsi üçün mövcud istiqamətdəki xarici mənbələrin də nəzərdən keçirilməsi mütləqdir. O, müzakirəsi keçirilən nəşrin bu baxımdan müstəsna əhəmiyyətinin olduğunu vurğulayıb. 

Tanınmış teleaparıcı, politoloq Tofiq Abbasov 1993-cü ildə Azərbaycanın informasiya baxımından geriliyinin ayrı-ayrı məqamlarına diqqət çəkərək bildirib ki, o dövrdə beynəlxalq mediada Azərbaycanla bağlı həqiqətələr təhrifə məruz qalırdı. Ulu öndər Heydər Əliyev isə vəziyyəti dəyişmək üçün böyük səy göstərirdi. 

Ümummillik liderin həm xarici səfərlərdə, həm də daxildə jurnalistlərlə daimi təmas saxladığından söz açan T.Abbasov vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti ölkəmizə dair reallıqları, Qarabağ həqiqətlərini usanmadan beynəlxalq ictimaiyyətə çatdırdığı kimi, Prezident İlham Əliyev də 44 günlük müharibə müddətində eyni addımı atdı. Beləliklə, hər iki müharibə kontekstində Azərbaycan informasiya blokadasından qurtuldu. 

Politoloq, eyni zamanda deyib ki, "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabı respublikamızın on illik semantikasına işıq salan dolğun materiallar toplusu kimi böyük əhəmiyyətə malikdir. 

ADU-nun prorektoru, Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin idarəçilik dövrünə ekskurs edərək bildirib ki, bu dahi şəxsiyyət həmin illərdə çox böyük çətinliklərə sinə gərib. Dahi liderin yorulmaz əməyinin, misilsiz xidmətlərinin nəticəsi idi ki, ölkəmiz beynəlxalq miqyasda tanındı. Müzakirəsi keçirilən nəşrdəki materiallar da tanınmanın məziyyətli anlarının təsvirlərindən ibarət olmaqla, Heydər Əliyevin ruhuna dərin ehtiramın nümunəsidir. 

ADU-nun "Azərbaycan obrazı" Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent Aqil Şahmuradov çıxışında "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının ərsəyə gəlməsi ilə bağlı məziyyətlərdən söz açıb, mövcud istiqamətdəki fəaliyyətin xüsusiyyətlərini diqqətə çatdırıb. 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filalogiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova da nümayiş etdirdiyi slaydda kitabın hazırlanması ilə əlaqədar işlərin müxtəlif spesifik tərəfləri barədə məlumat verib, beynəlxalq medianın Azərbaycana 1993-2003-cü illərdəki yanaşması ilə hazırkı dövrdəki baxışın müqayisəli təhlilini diqqətə çatdırıb. 

"Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabı layihəsinin icraçı koordinatoru, ADU-nun "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə   doktoru Aqşin Rüstəmovun çıxışında da nəşrin ərsəyə gəlməsindəki ayrı-ayrı məqamlar yada salınıb. O, həmçinin, ADU-nun rektoru, akademik Kamal Abdullanın aparılan işə yüksək diqqət göstərdiyini bildirib, bunu uğurun təminatı kimi dəyərləndirib. 

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı isə çıxışında informasiya savaşının mühüm xüsusiyyətlərindən söz açaraq, Birinci və İkinci Qarabağ müharibəsinə mövcud nöqteyi-nəzərdən yanaşmalardakı xarakterik cəhətləri sadalayıb.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ