Bazar günü günü, 08 noyabr 2026
     

İsrail əsgərlərinin "Anadolu" müxbirinə qarşı vəhşiliyi böyük həyəcan doğurub...

Image


İsrail əsgərləri Türkiyənin Anadolu Agentliyinin foto-müxbiri Mustafa Harufa hücum edib. TurkicWorld xəbər verir ki, hadisə bir qrup fələstinlinin Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cövz bölgəsində namaz qılmaq üçün toplaşdığı zaman baş verib.

İsrail polisi hadisəni izləyən AA foto-müxbiri Harufa əvvəlcə silah çəkib, sonra onu yerə yıxaraq təpikləyib.

Məlumata əsasən, jurnalist xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 18 min 787-ə çatıb.

İsrail əsgərləri Anadolu Agentliyinin Qüdsdəki fotomüxbirini vəhşicəsinə döyüb. Üstəlik, İsrail naziri həmin əsgərin guya yaralandığını iddia edib və onu xəstəxanada ziyarət edib. Yəni əsgərin müxbiri döyməsini dəstəkləyib. 

Jurnalistə bu qəddar münasibət nəyin təzahürüdür?

Samir Adıgözəlli:"O kadrları gördüm və çox üzücü mənzərə idi" 

İSBAM sədri Samir Adıgözəlli "Bakı-Xəbər"ə şərhində "O kadrları gördüm və çox üzücü mənzərə idi. Bu halın baş verməsi təəssüf doğurur. Çünki İsrail kimi nüfuzlu bir dövlətin hərbiçilərinin sivilə, xüsusən də jurnalistə o cür yanaşması, döyməsi üzücü bir hal kimi qəbul olunur. Jurnalistin olduğu ərazi müharibə ərazisi sayıla bilər, amma bütün hallarda Anadolu Agentliyinin əməkdaşı, yaxud bir başqa  media nümayəndəsi  münaqişə zonasından hansı şəkildə reportaj hazırlamalı, çəkiliş aparmalı  olduğunu yaxşı bilir. Müxbirin peşə fəaliyyətini yerinə yetirdiyi yerin qadağan olunmuş yer olduğunu deyə bilmərik. Bu orada peşə fəaliyyəti ilə məşğul olub. Bu gün Qəzza ilə bağlı məsələyə Türkiyə və İsrailin yanaşmasının nəticəsidir ki, müxbir orada hərbə-zorbaya məruz qalıb. Ola bilsin, hansısa ölkənin başqa bir ölkədən xoşu gəlmir, amma bu münasibət müxbirə qarşı yönəlməməlidr. Jurnalistlərin peşə hüquqları beynəlxalq konvensiyalarla qorunur, informasiya yaymaq onun hüququdur"-deyə bildirdi.

S.Adıgözəlli təəssüflə qeyd etdi ki, belə münaqişələrdə kifayət qədər jurnalist yaralanır, zədələnir, öldürülür. Müsahibimizin sözlərinə görə, hər bir dövət jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirmək üçün şərait yaratmalıdır. 

Azər Həsrət: "Bu hadisə qəbuledilməzdir və hadisəni törədənlər də mütləq cəzalandırılmalıdır" 

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində "İstənilən halda jurnalistə, informasiya toplayan şəxsə qarşı vəhşilik, zorakılıq məqbul deyil. Mən özüm şəxsən o hadisənin videosunu da izləmişəm. Həqiqətən də orada Anadolu Agentliyinin foto-müxbirinə qarşı açıq-aşkar hücum var. İsrail hərbiçiləri, sərhəd  polisləri jurnalistə açıq şəkildə hücum edir. Jurnalistin əlində silahı yoxdur, sadəcə informasiya toplayır, İsrail mediası onu Fələstin jurnalisti kimi təqdim edir. O həqiqətən də fələstinlidir, amma Anadolu Agentliyi üçün   də işləyir. Bu hadisə qəbuledilməzdir və hadisəni törədənlər də mütləq cəzalandırılmalıdır. Biz yenə də İsrail mediasının yaydığı məlumatlardan oxuyuruq ki, həmin o iki zabit vəzifəsindən uzaqlaşdırılıb, onlar barəsində araşdırma başladılıb. Yəni dövlət, hüquq-mühafizə orqanları bunu təqdir etmir. Əslinə qalanda, o görüntülərə baxanda da  bəlli olur ki, burada təqdir olunası heç nə yoxdur. Arzu və tələb edirik  ki, jurnalistə qarşı bu cür vəhşi davranış İsrail dövlətinin müvafiq qurumları tərəfindən uyğun şəkildə qiymətləndirilsin"-deyə bildirdi.

A.Həsrətin sözlərinə görə, jurnalistə qarşı belə əməllərin törədilməsini heç kim, heç yerdə məqbul saya bilməz, o cümlədən də biz. "Əlbəttə, başa düşürük ki, münaqişə bölgəsidir, nəsə baş verə bilər. Amma bu cür açıq şəkildə jurnalistin üstünə getmək, onu avtomatın qundağı ilə vurmaq, sonra yerə yıxıb təpikləmək, bütün bunları göz önündə etmək, eyni zamanda jurnalistin müqavimət göstərmədiyi şəraitdə bunları etmək artıq məqbul deyil. Ümid etmək istəyirik ki, İsrail dövləti və dövlətin müvafiq qurumları bununla bağlı tədbir görəcək. Sözsüz ki, o zabitlərin işlərindən uzaqlaşdırılması və barələrində araşdırma başladılması yaxşı haldır, amma yetərli deyil. Gözləyək ki, araşdırma bəlli bir nəticəyə gələcək və həmin adamlar layiq olduqları cəzanı alacaqlar"-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ