Bazar günü günü, 08 noyabr 2026
     

"Xalqımız növbədənkənar prezident seçkilərində Qalib Prezidentinə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq" - Vüqar Rəhimzadə

Image


Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu milyonların sevgisini, xalqın inamını, etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi.

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Hansı sahəyə nəzər salsaq bu reallıqların diktə etdiyi yenilikləri, təkmilləşməni görürük. Bu gün ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu, eyni zamanda, milyonların sevgisini, xalqın inamını və etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi. Növbədənkənar prezident seçkilərini, cənab İlham Əliyevin yekdilliklə Prezidentliyə namizəd irəli sürülməsini şərtləndirən amillər, təbii ki, bugünkü reallıqlarımızdır.

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev böyük inamla və uğurla ölkəmizi strateji hədəflərə doğru aparır. Bu siyasi kursun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılması və inkişafını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin genişləndirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu. Ötən 20 ilin uğurlarının təhlili fonunda böyük əminliklə və qürurla qeyd edə bilərik ki, Heydər Əliyev siyasi kursuna əsaslanan hər bir vəd konkret əməli işə söykənir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını uğurla həyata keçirir. Sözügedən konsepsiyaya uyğun olaraq iqtisadi tərəqqi hər bir inkişafın əsası kimi dəyərləndirilərək bu sahədə biri-birindən əhəmiyyətli addımlar atılır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Ötən dövrdə ölkədə yüzminlərlə yeni iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi minimuma endirilib, sahibkarlığın və bütövlükdə özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin uğurla reallaşdırılan strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm amil kimi çıxış edib və xarici ölkələrin iqtisadi maraqları bizim milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Azərbaycan təşəbbüsçüsü və təşkilatçısı olduğu Cənub Qaz Dəhlizini, onun əsas seqmentləri olan TANAP, TAP kimi nəhəng enerji layihələrini icra edib. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması ilə Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Azərbaycanın enerji sektorunda əldə edilən gəlirlərin düzgün istiqamətləndirilməsi və onun xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondunda toplanılan vəsaitlərin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bütün bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətliliyini qoruyan iqtisadiyyata malik olması ilə liderliyini qoruyur. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin müəllifi olduğu və uğurla reallaşdırdığı təkmil iqtisadi inkişaf modelinin nəticəsidir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Məhz bütün bunların sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı, arzuolunan tərəfdaş kimi böyük nüfuz sahibi olub. Eyni zamanda, Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Belə bir fakt da qürurvericidir ki, bu gün ölkəmiz müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Bunu sübut etmək üçün təkcə Azərbaycanın son zamanlar ev sahibliyi etdiyi və ya fəxri qonaq qismində qatıldığı mötəbər beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin müdrik şəxsiyyət kimi təqdimatını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, Vətən və xalq sevgisi tamamlayır. Xalqımız dünyanın ən xoşbəxt xalqıdır ki, Azərbaycan müasir tarixinin çox qısa bir zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurdu və bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin parlaq Liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil ölkəmizin firavan gələcəyinə uzanan Zəfər yolunu inamla davam etdirir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın, onun Liderinin prinsipial mövqeyinin bir daha şahidinə çevrildi. Dünya ictimaiyyəti bir daha belə bir reallığın şahidi oldu ki, 30 il davam edən işğal dövründə güclənən, qüdrətlənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın və dövlətin maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən cənab İlham Əliyev kimi yenilməz Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Məhz bu faktorların sayəsində Vətən müharibəsində qazanılan parlaq Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə milli həmrəyliyi daha da möhkəmləndirdi. Azərbaycan xalqını Qalib xalq kimi dünyaya təqdim etdi.

Vüqar Rəhimzadə bildirib ki, şübhəsiz, 20 ilin uğurlarını, cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amilləri bir açıqlama çərçivəsində tam şəkildə əhatə etmək mümkün deyil. Bu baxımdan ki, onların miqyası o qədər genişdir ki, sadalamaqla bitməz. Tarixi proseslər sübut edir ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Lider hər zaman dövrün tələblərinə uyğun islahatları ilə davamlı uğurları təmin etməyi bacarır. Son 20 ildə titanik fəaliyyəti ilə belə bir Lider olduğunu sübut edən dövlət başçısı İlham Əliyev özünün də dediyi kimi, xalqımızın gələcəyi ilə bağlı "Nəyi, nə vaxt və necə etməyi" çox gözəl bilir. Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının Sərəncamı da özündə mühüm məqamları, çağırışları ehtiva edir. Təbii ki, bütün vədlərin, vəzifələrin icra edilməsi növbəti dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə 2018-ci il prezident seçkilərindən sonrakı dövrün hədəflərinin reallığa çevrildiyi bir daha təsdiqlənir. Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Novbəti mərhələ Böyük Qayıdış Proqramının uğurla başa çatması, həmçinin Qərbi Azərbaycana qayıdışımızla çoxəsrlik tariximizə yeni Zəfər salnaməsi kimi yazılacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ