Bazar günü günü, 08 noyabr 2026
     

Tarixdə ilk Rusiya-Ermənistan "ictimai forumu" - Paşinyandan əllərini üzüblər...

Image


Mətin Məmmədli:"Görsənir ki, Birinci Ermənistan-Rusiya ictimai forumunu keçirməklə Ermənistan ictimai rəyinə təsir etməyə cəhd edilir, pozitiv mesajlar verilməyə çalışılır"

Rusiya və Ermənistan arasında münasibətlərin soyuq olduğu bir vaxtda Rusiya İctimai Palatasının dəstəyi ilə "Birgə" İctimai Təşkilatı və "Beynəlxalq Əməkdaşlıq Liderləri"  tərəfindən Moskvada "Prezident" mehmanxanasında Rusiya-Ermənistan Birinci İctimai Forumu keçirilib. 

Forumda dövlət və ictimai xadimlər, tədqiqatçılar və politoloqlar iştirak edib. Bu barədə "Dialoq" ictimai təşkilatı məlumat yayıb.

Forumu açan xeyriyyəçi və ictimai xadim Mher Avetisyan qeyd edib ki, qlobal qarşıdurma şəraitində qardaş Ermənistan-Rusiya münasibətlərini qorumaq və inkişaf etdirmək, onları anti-Rusiya əhval-ruhiyyəsindən, Qərbin Ermənistan və Rusiyanı bu işə cəlb etmək cəhdlərindən qorumaq lazımdır. 

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy da bəyan edib ki, Rusiya və Ermənistan bu çətin dövrdə bir yerdə olmalıdır:

"Forum platforması vətəndaş cəmiyyətinə Rusiya ilə Ermənistan arasında əməkdaşlığın qurulmasına öz töhfəsini verməyə imkan verdi. İki ölkənin ümumi tarixi gələcək birgə inkişaf üçün möhkəm təməldir. Rusiya və Ermənistan çiyin-çiyinə getməlidir".

Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov qeyd edib ki, diaspor Vətənə ümumi məhəbbəti birləşdirən insanlardır.

"Məhz qarşılıqlı fəaliyyətimizdə, əməkdaşlığımızda siyasətçilərin bəzən hələ də tapa bilmədiyi vacib cavabları tapa biləcəyik".

Dövlət və siyasi xadim, Rusiya Federasiyasının keçmiş Baş naziri Sergey Stepaşin öz növbəsində qeyd edib ki, bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər yeni inkişaf mərhələsinin başlanğıcındadır:

"Forumun keçirilməsi ölkələr arasında keyfiyyətcə fərqli münasibətlərin yaranmasına, Rusiya ilə Ermənistanın qarşılıqlı fəaliyyətində aktual problemlərin həllinə və iki ölkənin strateji yaxınlaşması yollarının işlənib hazırlanmasına töhfə verəcək".

Rusiya-Ermənistan münasibətlərinin indiki mərhələsində Birinci "Rusiya-Ermənistan"  İctimai Forumunun keçirilməsinin mənası nədir? Bunun arxasında nə dayanır? 30 illik müstəqillik dövründə ilk dəfədir ki, Rusiya və Ermənistan belə bir forum keçirir, əvvəl bu cür forum keçirilməyib. Onun təşkil edilməsində məqsəd nədir?

Şərhçilərin fikrincə, bu, bir neçə amillə bağlıdır. Onların qənaətinə görə, demək Ermənistanda hakimiyyət artıq üzünü Qərbə tutub, o tərəfə gedir. Bu halda Rusiyanın ümidi iştimaiyyətə qalıb və indi də Rusiya və Ermənistan ictimaiyyəti arasında münasibətlər qurmaq istəyirlər. Çünki artıq Ermənistan hakimiyyətindən əllərini üzüblər. Əslində bu forumun arxasında dayanan bu amildir. Eyni zamanda ictimai forumda çıxış edən adamların hamısı erməni milyarderləri, oliqarxları, pullu şəxslərdir. Burada ikinci istiqamət odur ki, bu milyarderlərin sırasında Ermənistanda növbəti hakimiyyət namizədi hazırlayırlar. Üçüncüsü isə Ermənistanda xalqı, cəmiyyəti toparlayıb Paşinyana qarşı qaldırmaq istəyirlər. Bu proseslərin arxasında duran bunlardır.

"Bu forumun ictimaiyyətə yönəldiyi gizli deyil" 

Məsələyə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli baki-xeber.com-a bildirdi ki, Birinci Ermənistan-Rusiya İctimai Forumunun keçirilməsi heç də təsadüfi deyil, Rusiya İctimai rıçaqlardan istifadə etmək yolu ilə Ermənistanı təsir dairəsində saxlamaq istəyir. "İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərdə davamlı problemlər meydana çıxıb. Xüsusən son aylarda bu problemlər daha da kəskinləşib, Rusiya və Ermənistan hakimiyyətləri bir-birini qarşılıqlı olaraq ittiham edirlər. Münasibətlər bir xeyli gərginləşib. Amma bütün bunlarla bərabər hesab edirəm ki, xüsusilə Rusiya öz ənənəvi təsirini Ermənistan üzərində itirmək istəmir, çalışır ki, Ermənistanı bütün vasitələrlə öz təsir dairəsində, öz orbitində saxlasın"-deyə M. Məmmədli qeyd etdi.

M.Məmmədli hesab edir ki, mövcud vəziyyətdə bu forumun keçirilməsi Rusiyanın məhz bu məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, bütün problemlərə baxmayaraq, Rusiya Ermənistanla münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu sübut etməyə, yaxın olduqlarını təsdiqləməyə çalışır. "Bu forumu keçirməklə Ermənistan ictimai rəyinə təsir göstərməyə çalışır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə, daha dəqiq desək, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda kəskin antirusiya mövqeyi, ab-havası formalaşıb. Görsənir ki, Birinci Ermənistan-Rusiya ictimai forumunu keçirməklə Ermənistan ictimai rəyinə təsir etməyə cəhd edilir, pozitiv mesajlar verilməyə çalışılır".

M.Məmmədli qeyd etdi ki, bu gün Qərbə doğru yön alan və Rusiyadan qopmaq üçün bütün imkanlarını ortaya qoyan Paşinyan hakimiyyətindən əli üzülən Rusiya erməni milyonçularının vasitəsilə Ermənistan cəmiyyətinə nüfuz etməyi hədəfləyib.

"Bu forumun  ictimaiyyətə yönəldiyi gizli deyil. Cəmiyyətə nüfuz səbəbindən belə forumlar təşkil olunur. Başqa məsələlər də var. Rusiya baş nazirinin müavini də Ermənistanda səfərdədir, Ermənistan hökuməti ilə danışıqlar aparır". 

 Onun fikrincə, Rusiya-Ermənistan siyasəti  "qamçı və kökə" siyasətini xatırladır. "Yəni bir tərəfdən qarşılıqlı ittihamlar səsləndirilir, digər tərəfdən belə forum keçirilir, tamam başqa bir siyasət diqqəti çəkir. Təbii, bu ənənəvi olaraq bir imperiya siyasətidir. Məqsəd də ilk növbədə, qeyd etdiyimiz kimi, Ermənistanı öz təsirində saxlamaqdır"-deyə M. Məmmədli bildirdi.

İradə SARIYEVA

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ