Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ Ukraynanı tək buraxır, Avropa da eyni addımı atsa...

Image


ABŞ Senatı ölkənin oktyabrın 1-dən başlamış cari maliyyə ili üçün müdafiə siyasəti haqqında qanunu dəstəkləyib. Bu qanun cari maliyyə ilində müdafiə üçün rekord 886 milyard dollarlıq büdcə ayrılmasını nəzərdə tutur. Qəbul edilmiş büdcə ötənilkindən 3 faiz çoxdur.

Bu büdcə sənədi hərbi qulluqçuların maaşlarının 5.2 faiz artırılmasını nəzərdə tutur ki, bu da son 20 ildən çox müddətdə ən böyük artımdır. Büdcə layihəsi həm Demokratların, həm də Respublikaçıların əhəmiyyətli dəstəyi nəticəsində qəbul olunub. Nümayəndələr Palatası da  büdcəni qəbul edib. Bundan sonra sənəd imzalanması üçün prezident Co Baydenə təqdim olunacaq. Ağ Evin daha əvvəl bildirdiyi kimi, Amerika lideri Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində 800 milyon dollar məbləğində yardımı əhatə edən sənədi də təsdiq edəcək. Bu proqram birbaşa Pentaqonun ehtiyatlarından Ukraynaya bu və ya digər avadanlığın verilməsini deyil, ABŞ Müdafiə Nazirliyinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur. Yəni həmin məbləğ daha çox ABŞ şirkətlərinin mənafeyinə xidmət edəcək. Büdcə sənədində Ukraynanın Təhlükəsizliyinə Dəstək Təşəbbüsünün 2026-cı ilin sonunadək uzadılacağı və bu məqsədlə Kiyevə 300 milyon dollar veriləcəyi qeyd olunub. Bu, Bayden administrasiyasının Ukraynaya yardım üçün istədiyi 61 milyard dollarla müqayisədə kiçik rəqəmdir. Senatın qəbul etdiyi büdcə qanununda Ukrayna üzrə baş müfəttiş vəzifəsinin yaradılması nəzərdə tutulur. Bu müfəttiş Ukraynanın ABŞ vergiödəyəninin pullarını necə xərclədiyinə nəzarət edəcək. Bütün bunlar o deməkdir ki, ABŞ-ın Ukraynaya maliyyə yardımları kəskin azalır. Əvəllər on milyardlarla ölçülən bu yardımlar indi bir neçə 100 milyon dollara kimi kəskin azalır. Ekspertlər qeyd edir ki, bu hal Ukraynanın Rusiyaya qarşı savaşına təsir edəcək. Artıq cəbhədə vəziyyətin dəyişməsi də bütün bunların göstəricisi hesab olunur. Belə ki, ruslar yenidən təşəbbüsü ələ alıb, Ukraynanı məhvə sürükləyirlər.  Rusiya Prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında isə bildirib ki, yalnız biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq. Onun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyib: "Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi, Ukraynanın denasifikasiya və demilitirizasiyasıdır". Rusiya prezidenti ölkədə səfərbərliyin ikinci dalğasının olub-olmayacağına da aydınlıq gətirib: "Bizdə qismən səfərbərlik oldu. Həmin səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırıldı. Həmin insanlar möhtəşəm döyüşürlər. Onlardan 14 nəfəri Rusiya qəhrəmanı adını alıb". Putin bildirib ki, səfərbərlikdən əlavə, ölkə vətəndaşları könüllü şəkildə də orduya yazılırlar və onların sayı 500 mini keçib. Ona görə də hazırda səfərbərliyin ikinci dalğasına ehtiyac yoxdur. Heç şübhəsiz, Ukraynada sülh danışıqlarını əngəlləyən, bu ölkənin cəbhədə Rusiyaya uduzmasını şərtləndirən başlıca səbəb ABŞ-ın Kiyevi tədricən yalnız qoymasıdır. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-dan daha çox hərbi yardım almaq üçün Vaşinqtona səfəri də istənilən nəticəni verməyib.  

Xatırladaq ki, Zelenski həm ABŞ Prezidenti Co Bayden, həmçinin Senat və Nümayəndələr Palatasının liderləri ilə görüşüb. O, ABŞ-da Konqresin maneəsi ilə üzləşən 61.4 milyard dollarlıq yardım planı üçün danışıqlar aparıb. Lakin Konqresdə Respublikaçılar Ukraynaya yardım ayrılmasına skeptik yanaşır. Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenski ilə görüşdən sonra deyib ki, Bayden administrasiyası heç bir nəzarət olmadan, qalib gəlmək üçün aydın strategiya olmadan milyardlarla əlavə dollar istəyir. Onun sözlərinə görə, Respublikaçılar Meksika ilə sərhəddə təhlükəsizliyin artırılmasını, Ukraynanın qələbəsi üçün aydın strategiya və Kiyevə silah tədarükünə nəzarət tələb edirlər. Conson Meksika ilə sərhəddə təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən narkotik və insan alveri ilə bağlı cinayətlərin sayının artmasına görə ABŞ prezidenti Co Baydenin siyasətini tənqid edib. Ağ Evdə Zelenski ilə görüşən Bayden bu fonda xəbərdarlıq edib ki, Ukraynaya əlavə hərbi yardım göstərməsələr, Rusiyaya "Milad hədiyyəsi" verəcəklər. Buna rəğmən, bəzi respublikaçılar, xüsusən də keçmiş prezident Donald Trampla ən yaxın əlaqələri olanlar daha çox yardımın əleyhinədirlər. Onlar deyirlər ki, hər hansı əlavə pul ölkə daxilində immiqrasiya siyasətinə edilən dəyişikliklərlə birləşdirilməlidir. Respublikaçı senator Ron Conson deyib: "Mən bilirəm ki, hamı Ukraynanın qalib gəlməsini istəyir. Mən bunu sadəcə olaraq kartlarda görmürəm". ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə qeyd edir ki, gələn ilin yanvarından ABŞ Konqresi bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası Ukraynaya yeni silah paketləri göndərmək imkanını itirəcək. Onun sözlərinə görə, qanunvericilər Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək: "Beləliklə, yanvar ayından etibarən bizim artıq Ukraynaya silah göndərmək və sonra öz ehtiyatlarımızı artırmaq üçün vəsaitimiz olmayacaq". Bu şəraitdə Zelenski daha çox Avropadan yardım almağa çalışır. Amma artıq bir sıra Avropa ölkələri də Ukraynaya yardımları azaldır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ