Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya XİN Ermənistanın 3 ildə bütün razılaşmaları necə pozduğunu təhlil etdi...

Image


Təbriz Musayev: "Ola bilsin, Paşinyan Sankt-Peterburq tədbirinə qatılmasın" 

"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar qüvvədə qalır və onları inkar etmək cəhdləri son dərəcə təhlükəlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova ötən 3 ildə Ermənistanın razılaşmaları necə pozduğunu bir-bir sadalayıb: "İrəvandakı bəzi siyasətçilər Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərindən şikayətlənir, 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlərin "effektiv olmamasından" danışırlar. Bu məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsidir. Bu müqavilələr qüvvədə qalır, tərəflərdən heç biri imzasını geri götürməyib".

Zaxarova qeyd edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsi olmadığı halda üçtərəfli razılaşmalardan imtina etmək cəhdləri son dərəcə təhlükəlidir: "Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risqlərlə nəticələnəcək. Rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb. İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilmərik. Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu".

Rusiya XİN rəsmisi vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində məhz İrəvan dəfələrlə baş nazir müavinlərinin həmsədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupu vasitəsilə əldə olunmuş konkret razılaşmalara çıxışı "dondurub": "O cümlədən, Ermənistan tərəfi neçə aylardır 10 noyabr 2020-ci il tarixli yüksək səviyyəli bəyanatın 9-cu bəndinin müddəalarına əməl etməkdən boyun qaçıraraq, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına mane olur. Məsələ ondadır ki, Ermənistan tərəfi 2022-ci ilin oktyabrında Praqada Aİ-nin himayəsi altında keçirilən sammitdə Qarabağla bağlı mövqeyini 180 dərəcə dəyişərək, onun Azərbaycana mənsub olduğunu tanıyıb və Avropa İttifaqından olan müşavirlərin təkidi ilə "unudulub". Ən azı, "bu regionun erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini lazımi şəkildə təmin etmək zərurətini qeyd etmək lazımdır. Bu qərar Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazidə vəziyyəti kökündən dəyişdi".

Zaxarova onu da qeyd edib ki, 2021-ci ilin noyabrında üç liderin razılaşdığı Rusiyanın məsləhət yardımı ilə real delimitasiya işlərinin reqlamentini Ermənistan hələ də təsdiqləməyib. Ermənistan tərəfi Aİ missiyasını respublikaya dəvət etmək naminə KTMT-nin sərhəd zonalarında vəziyyətin sabitləşdirilməsi mexanizmlərindən imtina edib. 

Göründüyü kimi, bütün mövqelər üzrə həm Ermənistanın buraxdığı səhvləri vururlar, həm də sülh danışıqlarında Avroittifaqın və ABŞ-ın fəallaşmasına qarşı açıq mövqe qoyurlar. Bütün bunlardan sonra yenə bəyan edirlər ki, sülh danışıqlarını Moskvada bərpa edək və başlayaq. 

"Məhz bu səbəbdən Zaxarova Ermənistan hakimiyyətinə yönəlik tənqidin dozasını artırıb"

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Zaxarovanın bu dərəcədə sərt və kartları açaraq Ermənistanı ittiham etməsi Sankt-Peterburq görüşünə hesablanıb: "Rusiya MDB liderlərinə Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət göndərib. Məsələ ondadır ki, sözügedən tədbir dekabrın 25-26-da keçiriləcək. Hələlik, Paşinyan xaric, bütün MDB liderləri tədbirə qatılacaqlarını bəyan ediblər. Paşinyanın tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bir açıqlama yoxdur. Belə bir ehtimal var ki, ola bilsin, Paşinyan Sankt-Peterburq tədbirinə qatılmasın. Bundan Rusiya çox narahatdır. Fikrimcə, məhz bu səbəbdən Zaxarova Ermənistan hakimiyyətinə yönəlik tənqidin dozasını artırıb. Bu, bir növ təzyiqdir ki, Paşinyan Sankt-Peterburqa gəlsin. Paşinyan ora gedərsə, istisna deyil ki, onun Putinlə danışıqları çox gərgin keçəcək. Çünki Avroittifaqın müşahidə missiyasının üzvlərinin sayını artırması və hərbi müstəvidə əlaqələrin genişləndirilməsi Rusiyanı getdikcə bərk narahat edir. Üstəlik, Zaxarovanın səsləndirdiyi tezislərdə bu daha qabarıq şəkildə özünü göstərir. Paşinyan Sankt-Peterburqa getməyəcəksə, bu, Putinin nüfuzuna güclü zərbə olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan MDB ilə yanaşı, KTMT və Avrasiya Birliyinin üzvüdür. Zaxarova növbəti dəfə Rusiyanın vasitəçi olmağa hazır olduğunu bəyan etsə də, Paşinyan Vaşinqton və Brüsselin moderatorluğunda maraqlıdır. Bir sözlə, bütün bunlar Paşinyana təzyiq edilməsinə hesablanıb".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ