Bazar günü günü, 08 noyabr 2026
     

Yeni ATƏT yaranacaq - aktiv iş aparılır...

Image


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) təhlükəsizlik strukturu kimi Rusiya üçün heç bir əlavə dəyər vermir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında "Hökumət Saatı"nda çıxışında bildirib.

Onun sözlərinə görə, ATƏT heç vaxt təşkilata çevrilməyən bir struktur kimi, bütün funksiyalarını yerinə yetirməyi dayandırıb.

Rusiyalı nazir vurğulayıb ki, ATƏT-i asanlıqla manipulyasiya oluna bilən qeyri-müəyyən, amöb vəziyyətdə saxlamaq Qərb üçün sərfəli olub: "Silahlanmaya nəzarət, informasiya mübadiləsi, şəffaflıq, etimadın möhkəmləndirilməsi sahəsində çoxlu faydalı sazişlər var idi. Onların hamısı Qərb tərəfindən məhv edildi və ya zibilliyə göndərildi. Ona görə də təhlükəsizlik təşkilatı olaraq ATƏT bizə əlavə dəyər gətirmir". Eyni zamanda Lavrov qeyd edib ki, Avrasiya qitəsinin qalan hissəsində Avrasiyanın təhlükəsizliyi ilə məşğul olmaq üçün şərait yetişib. Avrasiya təhlükəsizliyi üçün yeni təşəbbüslər haqqında danışan Rusiya XİN başçısı Qazaxıstanın təşəbbüsünü - Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair görüşü də xatırladıb. Bildirib ki, Qazaxıstan indi onu təşkilata çevirmək istəyir. Lavrov əmin edib ki, Moskva Astananın bu cür planlarını dəstəkləyir, ancaq bu, Avrasiya təşkilatı olmalıdır. Onun fikrincə, avropalılar Avrasiya qitəsinin bu təbii rəqabət üstünlüklərindən imtina etmək qərarına gəldilər və rəqabət qabiliyyətlərinin bunu gizlətməyən amerikalılar tərəfindən boğulmasına üstünlük verdilər: "Ona görə də biz çalışırıq ki, Avrasiyanın təhlükəsizliyi reallığa çevrilsin. Biz özümüz heç kimdən məsafə saxlamayacağıq. Sadəcə olaraq, öz təhlükəsizliyini başqalarının hesabına təmin etmək istəməyənlərlə, Avrasiya qitəsində ATƏT-dən fərqli olaraq təhlükəsizliyin bölünməsi prinsiplərini həyata keçirənlərlə təhlükəsizlik quracağıq. Hansı ki, həmin prinsiplər ATƏT tərəfindən elan olunub, sonra NATO tərəfindən tapdanıb. Bu proses Ukraynada bizə qarşı müharibənin başlaması ilə bitib". Lavrovun bu fikirlərindən belə bəlli olur ki, Rusiya ATƏT-in bir təşkilat olaraq artıq ömürünü başa vurduğunu hesab edir. Bu səbəbdən onun əvəzlənməsi istiqamətində iş aparılır. Açılış adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olan ATƏT-in fəaliyyəti həqiqətən də ciddi tənqid obyektidir. Bu qurumun yaratdığı Minsk qrupu uzun illər ərzində Qarabağ münaqişəsini həll edə bilmədi. ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, yaxud da oynamaq istəmədi. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Sonda Azərbaycan məsələni güc yolu ilə çözdü. Bu səbəbdən də ATƏT, onun Minsk qrupu 28 illik fəaliyyəti dövründə məsul olduqları işlə bağlı heç nə ilə yadda qalmadı. Onlar hər zaman Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə göz yumub, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Fəaliyyəti ikili standartlar üzərində qurulan ATƏT-in Minsk qrupunun öz üzərinə götürdüyü missiyanı Azərbaycan 44 gün ərzində öz gücünə hərbi-siyasi yolla həll etdi. Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda müzəffər Azərbaycan ordusunun qüdrəti nəticəsində həll olundu.

Hazırda görünən odur ki, ATƏT bir beynəlxalq təşkilat olaraq özünü doğrultmur və üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirə bilmir. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının Skopye toplantısındakı çıxışında bu fonda qeyd edir:  "Bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi". Məhz belə hallar indi ATƏT-in başqa qurumla əvəzlənməsi kimi məsələləri gündəmə gətirir.  Hazırda dünyada baş verən mürəkkəb proseslər və böhranlar beynəlxalq təşkilatların işinə də mənfi təsir göstərməkdədir. Bu baxımdan ATƏT-də olan vəziyyət də bunu deməyə əsas verir. Qeyd edək ki, qurum 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında yaradılıb. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ilk görüş sözügedən tarixdə Finlandiya və şəxsən prezident Urho Kekkonenin təşəbbüsü ilə Helsinkidə keçirilib.  30 iyul - 1 avqust 1975-ci il tarixində keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktını, məhşur Helsinki müqaviləsini imzalayıblar. 1994-cü ildə keçirilən Budapeşt sammitində isə təşkilat Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılmağa başlanıb. Hazırda 57 üzv dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin başa çatmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. Amma Rusiyanın yuxarıda qeyd edilən yanaşması artıq ATƏT-in də tarixin arxivinə qovuşa biləcəyini istisna etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ