Bazar günü günü, 08 noyabr 2026
     

Kremlin bircə hərəkəti və... Ermənistan iqtisadiyyatı... yoxdur

Image


Məlum olduğu kimi, Ermənistanın dövlət büdcəsi 2024-cü il üçün kəskin şəkildə artırılaraq  7,77 milyard dollara çatıb. 2023-cü ildə bu rəqəm 6,3 milyard olub. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2022-ci ildən başlayaraq, belə demək olarsa, sıçrayışla böyüməyə başlayıb. Amma bütün bunların arxasında duran səbəb Ermənistanda heç də daxili istehsalın, xidmət sektorunun böyüməsi deyil.

Artıq məlum həqiqətdir ki, regionda Rusiya-Ukrayna münaqişəsindən  ən çox "qazanan" ölkə Ermənistandır. Ötən il ixrac üzrə rekord səviyyəyə çıxan Ermənistan bu il də həmin tendensiyanı davam etdirdi. Bu ilin ilk altı ayında ixrac üzrə yeni tarixi rekord əldə olundu. Ölkənin ixracı 3,27 milyard dollara çatdı. Lakin ixracın strukturuna daha detallı baxsaq, bir sıra təzadlı məqamlar ortaya çıxır. Bu, Ermənistandan yüksək texnoloji məhsulların ixracının kəskin artmasıdır. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə ölkənin maşın, avadanlıq və mexanizmlər ixracı 8,4 dəfə, yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı isə 14,8 dəfə artıb. Hətta Ermənistan müdafiə sənayesi üçün yarımkeçirici ixrac edən əsas ölkələr arasında 4-cü pilləyə yüksələ bilib. Halbuki, Ermənistan bu həcmdə məhsul istehsal etmək iqtidarında deyil. Elə bunlar fonunda hesab edilir ki, Ermənistanda iqtisadi tənəzzül də hər an mümkündür. Rusiyaya ixrac həcmi azalsa, Ermənistanı iqtisadi kollaps gözləyir.  Bundan başqa, Ermənistanı iqtisadi fəalkətə sürükləyəcək digər faktorlar da var. Parlamentin "Hayastan" fraksiyasının deputatı Tadevos Avetisyan bu xüsusda dövlət borcuna diqqət edir: "Oktyabrda Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollar təşkil edib. Həm də ölkədə iqtisadi artım templəri aşağı düşür. Rusiya-Ukrayna münaqişəsinin yaratdığı xarici amillərin təsiri ilə Ermənistanın əvvəlki iki ildə qeydə alınmış yüksək iqtisadi artımının qısamüddətli xarakter daşıması artıq reallıqdır. Xüsusən bu ilin ikinci rübündən etibarən iqtisadi fəallıq durmadan azalmağa başlayıb. 2022-ci ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM artımı 12,3 faiz olub, 2023-cü ildə isə müqayisəli göstərici 2,8 faiz azalıb. Oktyabr ayında Ermənistanın iqtisadi fəaliyyət indeksində keçən ilin eyni ayı ilə müqayisədə artım 17,5 faiz təşkil edib ki, bu da sonradan 2023-cü ildə üç dəfə azalıb, oktyabrda 6 faiz təşkil edib. Üstəlik, 2023-cü ildə ÜDM-in ikirəqəmli artıma yaxın olduğu şəraitdə belə, oktyabr ayına olan məlumata görə, Ermənistanın dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 11 milyard 116 milyon ABŞ dolları təşkil edib. 2022 oktyabr ayında da keçən ilin eyni dövrü ilə müqayisədə dövlət borcu təxminən 10 faiz artaraq 10 milyard dollar həddini keçib".

Ermənistanın Məhsul İstehsalçıları Birliyinin sədri, erməni ekspert Vazgen Səfəryan da çox maraqlı nüanslara diqqət edir: "Paradoksaldır, amma bu gün Ermənistan iqtisadiyyatı inkişaf edir, lakin sənaye inkişaf etmir, baxmayaraq ki, iqtisadiyyatın lokomotivi sənayenin özü olmalıdır. Bizdə isə bunlar ticarət və xidmət sektorudur". Erməni ekspert bu istiqamətdə ciddi addımlar atılmasa da, Ermənistan hakimiyyətinin mis-molibden zavodu tikmək vədlərini xatırladıb: "Bu bizə elektrotexnika, maşınqayırma və digər sahələrin inkişafı üçün istifadə oluna biləcək təmiz mis istehsalı səviyyəsinə çatmağa imkan verəcək. Bu problemi dövlət həll etməlidir. Düzgün diqqət göstərilsə, biz qonşu ölkələrdə olmayan sənaye müəssisələri yarada bilərik. Amma Ermənistan hökumətinin sektora diqqəti yetərli deyil".  Indilikdə isə sanksiyalar səbəbindən yarımkeçiricilər, yüksək texnoloji avadanlıqlar, maşın və mexanizmlər, hava, su və quru nəqliyyat vasitələri və yüksək texnoloji məhsulları birbaşa olaraq idxal edə bilməyən Rusiya bunu Ermənistan vasitəsilə edir. Rusiya isə Ermənistana münasibətini dəyişir. Özü də bu o fonda baş verir ki, Ermənistan iqtisadiyyatının şah damarları və əsas qolları Rusiyanın əlindədir. Kreml istədiyi zaman rıçaqlarını işə salaraq, Ermənistanın iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Məsələn, Yuxarı Lars keçid məntəqəsi ətrafında baş verənlər bunun sübutudur. O səbəbdən Ermənistan istənilən vaxt kollapsla üzləşə bilər. Kremlə qarşı soyuq münasibət və addımlar Ermənistan iqtisadiyyatını məhvə sürükləyə bilər. Moskva hələlik susur və cəza tədbirlərinə əl atmır. Amma istənilən an rıçaqlarından istifadə edərək, Ermənistanda iqtisadiyyatı alt-üst edə bilər. Rusiyalı politoloq Yevgeni Mixaylov Kremlin belə bir addım atmasını mümkün sayır: "Ermənistan Rusiyaya həm ticari baxımdan, həm də ölkəmizə köçən vətəndaşları ilə bağlıdır. Bu səbəbdən Ermənistan iqtisadiyyatı ayaqda durur. Bir çox erməni Rusiyada işləyir və vətəndəki qohumlarına pul göndərir. Qərbin Ermənistanla oyunu bitəndə Ermənistan yenə də Moskvaya boyun əyməli olacaq, amma ümid edirəm ki, indi etdiklərinə görə Paşinyana heç nə olmayacaq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ