Bazar günü günü, 08 noyabr 2026
     

Belə yanaşma Mişelin "tərəfsiz vasitəçilik" səylərini sarsıdır - "1 yox, 2 milli azlıq var..."

Image


Abutalıb Səmədov: "Ermənistanın yanında olması heç kəsdə şübhə doğurmur və Qərbi azərbaycanlılara münsibətin kökündə də bu durur"

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Azadlıq" radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrıseçkiliyə yol verib. Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

"Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.

Avropa İttifaqının bu cür ayrıseçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrıseçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır", - qurumdan bildirilib.

Qeyd edək ki,  Şarl Mişel "Azadlıq" radiosuna müsahibəsində sülh sazişində Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə aid ayrıca maddənin  olub-olmayacağı ilə bağlı fakir bildirib: "Mən məsələni qəlizləşdirməmək üçün detallara çox varmaq istəməzdim. Amma indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın. O ki qaldı Qarabağ ermənilərinə, Avropa İttifaqı bu məsələni hərtərəfli diqqətdə saxlayır, biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəsi olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik". 

Qərbi Azərbaycan İcması vaxtilə Mişelə müraciət edib ki, azərbaycanlıların da Ermənistana qayıdışına dəstək verilsin. Amma buna baxmayaraq, neçə dəfədir ki, Mişel ermənilərin Qarabağa qayıdış məsələsini qaldırır, amma azərbaycanlıların məsələsini qaldırmır. Halbuki, Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, bu məsələ sülh sazişində bircə yolla əks oluna bilər - ermənilərlə paralel olaraq azərbaycanlıların da qayıdışı olmalıdır, olmazsa, bu, sülh sazişində əks oluna bilməz. Amma Mişel hələ də azərbaycanlıların qayıdış məsələsinə reaksiya vermir. Gördüyünüz kimi, Ş.Mişel "Azadlıq" radiosuna müsahibəsində açıq deyir ki, ya  Qarabağ ermənilərinin qayıtmaq, ya da ən azı turist kimi səyahət etmək, getmək hüquqları olmalıdır. Amma yenə də Qərbi azərbaycanlılar haqda qəti şəkildə danışmır. 

Niyə Qərbi azərbaycanlıların qayıdış məsələsinə toxunulmur, Mişel nə üçün həmişə birtərəfli danışır, erməniləri deyir, azərbaycanlıları demir? Səbəb nədir ki, həmişə belə mövqe tutulur?

"…Qərbi azərbaycanlılarla bağlı məsələni heç müzakirə etmək istəmirlər" 

"Alyans" strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Ş.Mişelin "Azadlıq" radiosuna verdiyi son müsahibə Azərbaycan-Ermənistan sülh danışıqlarının bugünkü durumuna Qərbin münasibətini nümayiş etdirdi. "Yeri gəlmişkən, müsahibədə bizi sevindirən müəyən məqamlar da oldu.  Qərbin erməni mövqeyində dayanması, erməniləri müdafiə etməsi bizim üçün yenilik deyil, bu həmişə belə olub. Qərb qısa fasilələrlə həmişə Ermənistanı dəstəkləyib. Ancaq Şarl Mişelin "Azadlıq" radiosuna verdiyi müsahibə açıq şəkildə göstərdi ki, Avropa İttifaqı ermənilərin istəklərini rellaşdırmaqda acizdir. Ermənilər nə qədər istəsə də və Qərb də bu istəkləri reallaşdırmağa çalışsa da, sülh sazişində müəyyən erməni istəklərinin yer alması mümkünsüzdür. Şarl Mişel Qarabağdan gedən ermənilərin qayıtmaq hüququndan danışdı, ancaq onu da əlavə etdi ki, heç olmasa turist kimi getmək imkanları olsun. Real olanı da budur. Azərbaycanı tərk etmiş ermənilərin artıq bir hissəsi Ermənistanı da tərk edib. Onların sayı ilk gündən artıq 20 minə yaxınlaşırdı. Sonradan erməni mənbələri  o rəqəmləri səsləndirməkdən imtina etdilər. Ancaq Ermənistan ərazisində qalan Qarabağ ermənilərinin böyük hissəsi, təbiidir ki, geri qayıtmaq istəmir. Yaxud o halda geri qayıtmaq barədə düşünə bilərlər ki, ABŞ-ın və Aİ-nin Qarabağda müəyyən missiyası, yaxud sülhməramlıları olsun. Yalnız bu halda onların bir hissəsi geri qayıtmaq barədə düşünə bilər. Ancaq Azərbaycan buna qəti şəkildə etiraz edir. Geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin geri qayıtmaq hüququnu Azərbaycan hakimiyyəti tanıyır və onların təhlükəsizliyini də Azərbaycan dövlətinin təmin edəcəyini deyir. Təbii ki, hər hansı kənar qüvvəyə ehtiyac olmadan. Mişelin bu müsahibəsi də göstərdi ki, deysən, bu reallığı Avropa İttifaqı artıq qəbul edib. Ümid edək ki, bu belədir"-deyə bildirən A.Səmədovun fikrincə, ancaq bütün hallarda reallıq ondan ibarətdir ki, Qarabağdan gedən  ermənilərinin böyük hissəsi artıq Qarabağa qayıtmayacaq, Qarabağda onların törətdikləri rəzalət bundan sonra təkrar olunmayacaq. "Şarl Mişel müsahibəsində ermənilərin hüquqlarının təmin olunmasından da danışdı, amma xüsusi qeyd etdi ki, onlar Azərbaycan konstitutsiyasında təsbit olunmuş hüquqlarla təmin oluna bilərlər, bunu Azərbaycan hakimiyyəti etmək əzmindədir. Bu da bizi qane edən məsələdir. Çünki həmişə ermənilər üçün əlahiddə, dünyada heç kimin malik olmadığı hüquqların tanınması təklifləri olub. Azərbaycandan həmişə tələb olunub ki, ermənilər üçün dünyada  heç bir etnik azlığın malik olmadığı üstünlüklər müəyyən olunsun. Ş.Mişelin müsahibəsində maraqlı cəhətlərdən biri də Qarabağ erməniləri ilə bağlı məsələnin sülh sazişində öz əksini tapıb-tapmaması məsələsi oldu. Təbii, ermənilər  istəyirlər ki, sülh sazişində bu  müddəa olsun. Azərbaycan Prezidenti də açıq şəkildə dedi ki, ya Qarabağdan gedən ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana qayıtması ilə bağlı sülh sazişinə  heç bir müddəa salınmır, bu orada öz əksini tapmır, ya da hər ikisi əks olunur. Şarl Mişelin müsahibəsindən belə nəticəyə gəlmək olar ki, Qərb sülh sazişinə ermənilərin Qarabağa qayıtmaq məsələsini daxil etməmək barədə  Azərbaycanın təklifini qəbul edib. Müsahibədən belə görsənir. Ancaq axıra qədər bu mövqedə dayanarlarmı? Bunu yaxın günlər göstərəcək. Şarl Mişelin müsahibəsi, təbiidir ki, bizdə müəyyən ümidlər yaratdı. Çox güman ki, ermənilərə də müəyyən   məsələləri anlamaqda kömək edəcək. Qərb ədalət mövqeyinə, beynəlxalqn hüququn tələblərinə yaxınlaşmağa cəhd göstərir və ümid edək ki, sona qədər beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinə çalışacaq, erməni mövqeyində  durmaq şakərindən imtina edəcək, anlayacaq ki, beynəlxalq hüquq prinsiplərinin gözlənilməsi, ədalətli mövqenin tutulması sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Sonda Şarl Mişelin müsahibəsində bir cümlə də xüsusi qeyd olunmalıdır. O dedi ki, sülh sazişinin harada imzalanması əsas deyil, əsas məzmundur. Ümid edək ki, Qərb sona qədər bu mövqedə duracaq, bölgəmizi Rusiya ilə qarşıdurma poliqonuna çevirməyəcək və anlayacaq ki, sülh sazişinin imzalanması və onun reallaşması üçün neytral ölkənin seçilməsi, yaxud sazişin sərhəddə imzalanması ən düzgün qərar olardı. Ümid edək ki, Qərb sazişin mütləq onun ərazisində imzalanması şərtini irəli sürməyəcək. Azərbaycan Prezidentinin təklif etdiyi kimi, ya Gürcüstanda, yaxud sərhəddə sülh sazişinin imzalanması variantına dəstək verəcək. Hər halda Şarl Mişelin müsahibəsi bu istiqamətdə müəyyən ümidlər yaratdı. İnanmaq istərdik ki, yenidən Qərb öz mövqelərindən imtina edib danışıqlarda yeni böhran yaratmaq yolunu seçməyəcək".

Mişelin müsahibəsində Qərbi azərbaycanlıların geri qayıdış hüquqlarının təmin olunması məsələsinə toxunmamasına gəlincə, A.Səmədov "Əslinə qalsa, həmin müsahibədə Şarl Mişel heç bir suala cavab verməyib, suallardan yayınıb. Orada Qarabağa qayıdışla bağlı sual verildiyinə, o suala da çox anlaşılmaz  cavab verdiyinə görə Qərbi azərbaycanlılar məsələsinə toxunmayıb. Ancaq onsuz da biz onların mövqeyini bilirik. Bilirik ki, Avropa İttifaqı da, Birləşmiş Ştatlar da hər addımda Ermənistana dəstək verirlər. Qranadada Azərbaycan olmadan Ermənistanın təklif etdiyi üç prinsipin altından həm Şarl Mişel, həm Almaniyanın kansleri Şolts, həm də Fransa prezidenti Makron qol çəkdi. Onların Ermənistanın yanında olması heç kəsdə şübhə doğurmur və Qərbi azərbaycanlılara münasibətin kökündə də bu durur. Ancaq əsas məsələ odur ki, Şarl Mişel ermənilərin Qarabağa qayıtmaq ehtimalının çox aşağı olduğunu dedi…Burada Şarl Mişelin mövqeyi aydındır. Aydın məsələdir ki,  onlar Qərbi azərbaycanlılarla bağlı məsələni heç müzakirə etmək istəmirlər. Bu məsələni müzakirə etmək istəmədiklərinə görə  də, Qarabağ ermənilərin qayıtması məsələsində də çox təkid etmirlər. Başa düşürlər ki, əks halda Azərbaycan da həmvətənlərimizin geri qayıtmaq məsələsini qalıdracaq, bu da onlar üçün qəbuledilməzdir"-deyə bildirdi.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ