Bazar günü günü, 08 noyabr 2026
     

Son etap - Sülh müqaviləsində Bakının bütün istəkləri əks olunacaq...

Image


Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində iki ölkə tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanatdan sonra sülh müqaviləsinin yaxın tezlikdə imzalanmasının mümkülnlüyü barədə maraqlı fikirlər səslənir. 

Yaxın tezlikdə belə bir müqavilənin imzalanma ehtimalı isə yüksək dəyərləndirilir. Amma təbii ki, prosesə əngəl olmaq istəyənlər də var.

Məhz belə bir vaxtda Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb. Belə ki, "Qraparak" nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib. Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: "Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq".  Daha sonra vurğulanır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir: "1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır". Bu günlərdə Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olublar. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Geqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi. Amma ermənistanda o da qəbul edilir ki, Bakı ilə razılaşmamaq İrəvan üçün faciə olacaq. Məsələn, erməni politoloq Arutyun Mkrtçyan bu xüsusda qeyd edir: "Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Bizim Qarabağ məsələsində müttəfiqimiz yox idi. Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Bu mütəxəssisləri sözlərinə diqqət etməyə çağırıram. Əslində, birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək? Axı, söhbət əsirlərin qaytarılmasından gedir; söhbət müharibədən qat-qat yaxşı olan danışıqlardan gedir. Bu ekspertlərə sual vermək istərdim: 32 əsirimizi danışıqlardan sonra geri qaytarmağın nəyi pisdir? Hətta güzəştlər bahasına olsa da, biz sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq. Sülh müqaviləsinin imzalanmasına gəlincə, İrəvan daxilində Qarabağın buraxılmış "parlamenti"nin keçmiş "deputatları" yenidən bu məsələsinin yükünü Ermənistanın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın "müstəqilliyi" məsələsində bizim müttəfiqimiz yox idi". Digər erməni politoloq Akop Badalyan isə vurğulayır ki, vəziyyət pisləşəcəyi halda Ermənistanın köməyinə heç kim gəlməyəcək: "Özümüzü aldatmayaq: Ermənistanda xarici təsir həmişə yüksək olub. İrəvanda hakimiyyətdə qalmaq məsələsi xarici mühitdən asılı olacaq və bu gün İrəvanda yaranmış vəziyyət hamı üçün faydalıdır. Bundan başqa, Ermənistanda doğrudan da hakimiyyətə gəlib məsuliyyəti öz üzərinə götürmək istəyən siyasi qüvvə yoxdur. İndi Paşinyan Qərbi regiona cəlb etməyə çalışır, amma Qərbin buna imkanı və istəyi yoxdur, hər şey söz üzərində qurulub, praktikada konkret addım görünmür. Ermənistan KTMT əleyhinə bəyanatlarla Qərbi məcbur etməyə çalışır, Qərb isə sadə bəyanatlarla cavab verir. Cənubi Qafqazda Rusiya olmasa belə, regiona gələn istənilən yeni oyunçu Türkiyə və Azərbaycanla razılığa gəlməlidir. Yalnız bu halda təhlükəsizlik sahəsində yeni oyunçu meydana çıxa bilər. Söhbət Fransadan gedir. Ona görə də bizim xəyali məntiqimizlə bu ola bilməz. Rusiya yoxdursa, o zaman bu, Türkiyə, Azərbaycan və İranla müqaviləsi olan ölkə olmalıdır. Hazırda Ermənistan hakimiyyəti öz bəyanatları ilə bizi illüziyalara qərq edir. İllüziyaların tələsinə düşməmək və fəlakətdən qaçmaq üçün vəziyyəti dəyərləndirməyi bacarmalıyıq".

Hazırda vəziyyətin Ermənistanın lehinə olmadığını bu ölkənin müxalif qüvvələri daha çox diqqət mərkəzinə gətirir. Bunu parlamentin "Hayastan" fraksiyasından olan deputat Artur Xaçatryan da xüsusi olaraq vurğulayır: "Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin siz təkbaşına ona arxalana bilməzsiniz, çünki hakimiyyətdə kimin olmasından çox şey asılıdır". Xaçatryanın fikrincə, ölkə qlobal oyunçuların maraqlar balansından və ya ziddiyyətlərindən ya faydalana, ya da zərər çəkə bilər. Onun sözlərinə görə, Azərbaycan bu mərkəzlərin heç biri ilə münaqişəyə girmədən həm Qərblə, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib. Ermənistan hakimiyyəti nə birindən, nə də digərindən heç bir geosiyasi mənfəət əldə etmədən ölkəni Moskva ilə kollektiv Qərbin qarşıdurma meydanına çevirib. Siyasətçi hesab edir ki, Ermənistan rəhbərliyi ortabab siyasət aparırsa, xarici mühitin günahı yoxdur. Rusiyalı politoloq Modest Kolerov isə vurğulayır ki, bu şəraitdə Bakı Zəngəzur dəhlizi ilə bağlı da istəyinə nail olacaq: "Bakıda dəfələrlə gündəmə gətirilən Zəngəzur dəhlizi onların daxili məsələsidir, ancaq formal mənada. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də 2 məsələni həll etmək məqsədi daşıyır: birincisi, Naxçıvana nəzarəti 100 faiz bərpa etmək - indi Azərbaycan bunu Türkiyə ilə bölüşməlidir, bu da Naxçıvanın coğrafi baxımdan uzaq olması ilə bağlıdır. İkinci: dəhliz müəyyən edildikdə, Heydər Əliyev ideyasına, Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq. Bunun üçün İlham Əliyevə geniş azadlıq lazımdır. Mən Azərbaycan müxalifətinin Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmıram - saxtakarlıqdan danışırlar. Əliyev artıq qalib gəlibsə, niyə saxtakarlığa əl atmalıdır? İnsanlar onsuz da onu seçməkdən məmnun olacaqlar. Onun növbədənkənar seçkilərə getməsi özünə maksimum sərbəstlik vermək istəməsindən xəbər verir. Və düşünməli, başa düşməlisiniz ki, o hansı problemi həll etmək üçün bu sərbəstliyi əldə etmək istəyir. Ermənistanla bağlı bunu Zəngəzur itkisi ilə ifadə etmək olar".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ