Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycançılıq ideyası milli inkişafın əsas hərəkətverici qüvvəsidir

Image


İdeya, ideologiya sosial transformasiyalar üçün əsas şərtlərdən biri kimi çıxış edir. Təsadüfi deyil ki, transformasiya özü ilkin olaraq sosial inkişaf nəzəriyyələrinin ideoloji aspektlərinin təhlilini nəzərdə tutur. Çünki onun çərçivəsində sosial dəyişikliklərin strategiyası və taktikası formalaşır. Eyni zamanda, əminliklə iddia etmək olar ki, dünya fəlsəfi, ictimai-siyasi və iqtisadi fikrində, istər klassik, istərsə də müasir, ictimai inkişafa dair bütün nəzəriyyələr həmişə xalqın keçmişini, bu gününü və gələcəyini "ideoloji cəhətdən rəngləndirir".

Cəmiyyətlər bu fonda reallığın müəyyən ideoloji modellərini istifadə edirlər. Bütöv, formalaşmış ideologiya həmişə bu və ya digər "gələcəyin ideal obrazını" sosial reallığa çevirmək istəyi ilə birlikdə böyük sosial modernləşmə kimi də özünü göstərir. Elə azərbaycançılıq ideyasına bu prizmadan da nəzər salmaq olar.

Milli birliyin təməl daşı

Bu gün Azərbaycan cəmiyyətinin bütün mənəvi resursunu uğurlu, rəqabətədavamlı, sıçrayışlı inkişaf üçün səfərbər edən milli ideologiya kimi azərbaycançılıq müstəsna rol oynayır.  Məhz bu ideologiyanın mövcudluğu milli inkişafın iqtisadiyyatda, geosiyasətdə, elmdə, incəsənətdə və digər sahələrdə real modernləşmə sıçrayışları üçün əsas şərtdir.

Artıq sübut olunub ki, ilhamverici ideologiyanın olmaması ictimai şüurda, dövlət və ictimai həyatın bütün sahələrində "tarixi itkilərin" və deqradasiya proseslərinin əsas səbəbidir. İdeologiyanın sosial hadisə kimi spesifikliyi də çox mühümdür.  O, hər hansı bir cəmiyyətdə, istənilən siyasi rejimdə mövcuddur və daha çox təəccüblüdür ki, hər bir insan daim hər hansı bir ideologiyanın təsir dairəsindədir. Bir qayda olaraq, o, ideallarının və dəyər oriyentasiyalarının formalaşmasına təsir edən ideoloji məlumatların müəyyən hissələrini qəbul edərək bunu hiss etmir, çünki bu proses adətən fiziki şəkildə əks olunmur. Eyni zamanda, ideologiya müəyyən biliklər toplusu, konkret informasiya sistemi kimi özünəməxsus maddi ifadə formalarına, konkret mənbələrə, istiqamətlərə, təsir obyektlərinə malikdir. Mənəvi mədəniyyətin fenomeni kimi ideologiyanın empirik nümayəndələri aydın müəyyən edilənə qədər bu və ya digər ideologiyanın cəmiyyətdə yayılması üzrə fəaliyyətlər belə deməkolarsa, kor-koranə, aşağı səmərəliliklə həyata keçirilir. Çünki bu halda, bir qayda olaraq, adekvat vasitələr, formalar mövcuddur və yetrıli üsullar tapılmamış olur. Amma o, aydın müəyyən ediləndən sonra vəziyyət dəyişir. Bu səbəbdən ideologiya öz təbiətinə görə subyektiv bilik olmaqla, elm tarixində daima siyasətlə məşğul olan müəlliflərin əsasən tendensiyalı tədqiqat obyektinə çevrilib. Ancaq yenə də elmi ədəbiyyatda ideologiyanın mənəvi mədəniyyət hadisəsi kimi mahiyyəti ilə bağlı obyektiv araşdırmalar hələ də azdır. Burada digər vacib məqam budur ki, istənilən sosial bilik potensial olaraq ideolojidir, lakin o, müəyyən sosial hadisələri müəyyən qrupların ehtiyacları nöqteyi-nəzərindən qiymətləndirirsə, onun əsasında siyasi biliklərin inkişafı üçün istifadə olunan konstruktiv ideyalar formalaşırsa, bu zaman ideologiyaya çevrilir. O, sonda cəmiyyətin, dövlətin inkişafında mühüm rol oynayır, milli həmrəylik yaradır. Yenə azərbaycançılıq ideyası bunun faktiki sübutlarından biridir. Xüsusən də qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və azərbaycançılıq ideologiyası var. Beləliklə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmizin inkişafına öz töhfəsini verir.

Azərbaycançılıq ictimai fəaliyyətin leytmotivinə çevrilib 

İdeologiya ictimai prosesləri əks etdirən və təsvir edən hal olaraq obyektiv həqiqəti əks etdirməlidir. Çünki ideologiya, doğrudan da, öz təbiətinə görə subyektiv bilikdir. Öz növbəsində, hər hansı yanlış, maraqlı, qərəzli biliklər də həmişə ideologiya rolunu oynaya bilməz. Cəmiyyətin inkişafının istənilən tarixi mərhələsində bir-biri ilə rəqabət aparan bir neçə ideologiya arasında reallığı ən adekvat əks etdirən və sivilizasiyanın inkişafının obyektiv qanunlarına ən uyğun olan belə bir ictimai hərəkat üçün istiqamətlər təklif edənlər ola bilər. Məhz bu ideologiyalar həqiqət meyarına cavab verir, deməli, elmi xarakter daşıyır. Bu baxımdan, elmi ideologiya anlayışı mühüm metodoloji məna daşıyır, çünki belə bir anlayış müəyyən bir sinfin və ya sosial qrupun əks olunan subyektiv marağının obyektiv meyllərlə üst-üstə düşdüyü ideologiyalara aid edilə bilər. O, cəmiyyətin inkişafında mühüm rola malikdir.

Bu yanaşma ideologiyanın müsbət məqamlarını təmsil edən komponentlərini, ona səfərbərlik funksiyasını yerinə yetirməyə imkan verən, kütlələri mütərəqqi transformativ hərəkətlərə ruhlandıran konstruktiv ideyaları adekvat qiymətləndirməyə imkan verir. Beləliklə, bu və ya digər ideologiya həqiqi bilik formasında meydana çıxa bilər. İstənilən ideologiya daim modernləşməli və yenilənməlidir, doqmaya çevrilməməyə çalışmalıdır. Azərbaycançılıq ideologiyasının üstünlüyünü şərtləndirən məqamlardan biri də elə budur. Bu ideologiyanın informasiya sistemi kimi strukturlaşdırılması da mümkündür. Elmi ədəbiyyatda ideologiyanın tərkib hissələrini kütləvi şüura yaxınlaşma dərəcəsindən asılı olaraq onun üç əsas səviyyəsi şəklində təcrid etmək qəbul olunur. İdeologiyanın birinci, ən yüksək səviyyəsi siyasi hərəkatların əsas prinsiplərini müəyyən edən nəzəri-konseptualdır. Bu məqsədlə müvafiq humanitar elmlərdən əldə edilmiş biliklərdən istifadə edilir. İkinci səviyyə proqram xarakterli və siyasidir. Bu zaman siyasi partiya və hərəkatların proqramlarında onların həyata keçirilməsinin müəyyən dövrünə uyğun gələn məqsəd və vəzifələr şəklində ümumi ideya və prinsiplər konkretləşdirilir. İdeologiyanın üçüncü səviyyəsi adi, aktual, siyasi hərəkətlərin konkret iştirakçılarının fərdi və qrup şüuru səviyyəsində özünü göstərir. İdeologiyanın əsas komponentləri onun oriyentasiya altsisteminə daxil olan ideya və ideallardır ki, bu da maraqları bu ideologiyada əks olunan siniflərin və sosial qrupların strateji məqsədlərini müəyyən edir. Azərbaycançılıq ideologiyası qeyd edilənlər fonunda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə, həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir. Azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi bu mənada təbiidir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ