Bazar günü günü, 08 noyabr 2026
     

Ukrayna çox ağır durumda - Qərbli müttəfiqlərin xəyanəti...

Image


Son günlərdə Rusiya-Ukrayna savaşının gedişində təşəbbüsü yenidən rusların ələ aldığına dair gələn məlumatların sayı artmaqdadır. Bunun ümdə səbəblərindən biri Qərbin tədricən Ukraynanın arxasından geri çəkilməsidir. 

Digər tərəfdən, Rusiyaya qarşı mübarizədə Qərb taktikası da özünü doğrultmur.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov bunlar fonunda NATO-nun hərbi təlimatlarının işləmədiyini bildirib. O, rəsmi Kiyevin əks-hücum üçün bəslədiyi ümidlərin özünü doğrultmadığını söyləyib: "Həddindən artıq optimizm Kiyevin səhvidir. ABŞ-dan yardımın gecikməsi isə faciəvi deyil. Heç olmasa müəyyən qədər hərbi maliyyənin gələcəyinə ümid edirəm". Amma reallıq fərqli mənzərə yaradır. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Zalujnı hələ oktyabr ayında "The Economist" dərgisinə müsahibəsində cəbhədə "tez və gözəl" sıçrayışların olmayacağını,  müharibənin çıxılmaz duruma gəlib çatdığını demişdi. Onun bu sözləri Kiyevdə birmənalı qarşılanmamış, Qərbdə isə Ukraynaya hərbi və iqtisadi yardımlarla bağlı narahatlığı bir az da artırmışdı. Hətta prezident Volodimir Zelenski Zalujnının sözlərinə etiraz edərək müharibənin çıxılmaz durumda olmadığını deyib. Ancaq dekabrın 1-də o, savaşın yeni mərhələyə daxil olduğunu bildirib. Bunu adi ukraynalı əsgərlər də bildirir. Onlardan biri olan Maksim adlı 28 yaşlı əsgər "Free Europe" radiosuna bildirir ki, Donbas yaxınlığındakı Ukrayna mövqeləri Rusiyanın tammiqyaslı hücumuna daha çox məruz qalır: "Bu durumda Avdeyevka rusların əlinə keçə bilər". Avdeyevkanın itirilməsi prezident seçkiləri ərəfəsində Putinə simvolik qələbə hədiyyə etmək demək olardı. Bu, Ukraynanı müdafiəsinin mühüm bir elementindən də məhrum qoyardı. ABŞ və Avropada Ukraynaya dəstəyin sürdürülməsinə qarşı çıxan skeptiklərin öz arqumentlərini gücləndirməsi də bir yandan öz işini görür. Ukraynada yeni müharibə strategiyasına dair söz-söhbətin artmasının bir səbəbi də budur. Burada xatırladaq ki, ötən ay Zelenski Donbasda, eləcə də Rusiya və Belarusla sərhədlərdə əsas müdafiə xətlərinin üzərində sürətlə geniş istehkamlar şəbəkəsinin tikintisi ilə bağlı planları açıqlayıb: "Ölkəmizin yetərincə mina və betonu olacaq". İndi daha çox diqqət Donetsk regionunun Rusiya işğalındakı mərkəzindən şimalda yerləşən Avdeyevkaya yönəlib. Avdeyevkanı qərb səmtindən dövrələyən Oçeretino ərazi icmasının rəhbəri Mikola Kovlenko  deyib ki, yeni müdafiə xətləri üzərində iş artıq irəliləyib. Avdeyevka civarlarında irəliləməyə çalışan Rusiya qoşunları hücumun önündə tank və zirehli piyada maşınlarından yararlanır. Onların bu hücumları, hələ ki, piyadaların, artilleriya və dronların köməyi ilə dəf edilir. Canlı qüvvə problemi ilə üzləşsə də, bu hücumlarda Rusiya qoşunlarının say üstünlüyü var. Avdeyevkaya hücumlar Baxmut istiqamətindəki hücumları yada salır. Bu ərazidən daha şimalda yerləşən Baxmut şəhəri aylarla sürən ağır döyüşlərdən sonra may ayında rusların əlinə keçib. Anton adlı artilleriyaçı sözügedən radioya açıqlamasında Ukrayna topçu birliklərinin geniş yayılmış mərmi qıtlığı ilə üzləşdiyini deyir. Avropa İttifaqı ölkələrinin öz vədini yerinə yetirməsi - gələn ilin yazınadək Ukraynanı bir milyon mərmi ilə təchiz etməsi real görünmür. Digər tərəfdən, Rusiya Şimali Koreyadan aldığı mərmilər və daxili hərbi istehsalı gücləndirməsi sayəsində sursat baxımından öz durumunu xeyli yaxşılaşdırıb. Antonun döyüş yoldaşı, dron operatoru Mikita deyir ki, ukraynalılar dronların tanınması və dron hücumları sahəsindəki üstünlüyünü əldən verib. Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun taktikasını köçürərək sabit dron təchizatını təmin edib və effektiv elektron döyüş birlikləri yaradıb, beləliklə də, döyüş meydanını "mat üçün ümidin az olduğu şahmat taxtası"na döndəriblər. Qərbin vəd etdiyi F-16 döyüş təyyarələri də hələ Ukraynaya verilməyib. Rusiya ön xəttin üzərindəki səmada dominantlığını sürdürməkdədir. Rusiya təyyarələrindən atılan yüksək dəqiqlikli iri bombalar tədricən Donbasın şəhər və kəndlərini yerlə bir edir. Ukrayna hökumətinə bağlı araşdırma qurumu olan Milli Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Mikola Byelyeskov qeyd edir: "Problemin özəyi strategiyada deyil, resursların çatışmamasındadır. Biz artıq öyrəndik ki, klassik hücum hər iki tərəfin imkanları xaricindədir, ancaq yeni taktikalar qurula bilər". Almaniyada fəaliyyət göstərən Kil Dünya İqtisadiyyatı İnstitutunun yeni araşdırmasına görə, Qərb ölkələrinin Ukraynaya yeni vəd etdiyi yardımın həcmi bu ilin avqust-oktyabr aylarında ən aşağı səviyyəsinə enib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, az qala, 90 faiz daha az deməkdir. ABŞ prezidenti Co Baydenin Ukraynaya milyardlarla dollarlıq əlavə yardım cəhdləri aylardır dalana dirənib. Daha doğrusu, onun Konqresdən tələb etdiyi 110 milyard dollarlıq yardım paketi – bunun 61 milyardı Ukrayna, qalanı İsrail və digər xərclər üçün nəzərdə tutulub – ötən həftə Senatdan keçməyib. Özlərinin immiqrasiya islahatı ilə bağlı tələblərini irəlilətməyə çalışan respublikaçılar buna imkan verməyiblər. Ağ Ev dekabrın 4-də ötən il ayrılan 45 milyard dollarlıq yardım paketinin bu ayın sonunadək tükənəcəyini bildirib. 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş, hazırda Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının təhlilçisi Con Hörbst qeyd edir: "Bu, Moskvanın 10 ilə yaxındır sürən savaşının və iki illik iri müdaxiləsinin başlanmasından bəri ən təhlükəli andır. Amerikanın Ukraynaya dəstəyi azalmasa, Ukrayna son nəticədə müharibədən qalib çıxacaq. Bizim yardımımız kəskin azalsa, yaxud yoxa çıxsa, Ukrayna müharibədə yenilmək təhlükəsi ilə üz-üzə qalacaq". Gələn ilin noyabrında keçiriləcək seçkilər yaxınlaşdıqca ABŞ-da siyasi çəkişmələr daha da kəskinləşə bilər. Bununla yanaşı, Hörbst Konqresin Ukraynaya daha bir yardım paketini təsdiqləməsi ehtimalının 50 faizdən yüksək olduğunu düşünür. Ancaq o və bir çox digər mütəxəssislər bunun Yeni ildən tez baş verməyəcəyini söyləyirlər. Savaşın gedişatı və nəticələri ilə bağlı Putinin Zelenskidən daha az basqı ilə üzləşəcəyi düşünülür. Rusiyalıların çoxu müharibənin bitməsini istəyir, ancaq təhlilçilər deyir ki, Kreml istənilən nəticəni vətəndaşlara qələbə kimi sırıya bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ