Bazar günü günü, 08 noyabr 2026
     

Cümhuriyyətimizin banisinin adını hələ düz yazmağı bacarmırıq - Məmməd, ya Məhəmməd...?

Image


Faiq Ələkbərli: "Rəsulzadənin adının Məhəmməd olaraq yazılması çox önəmlidir və düzgün olanı budur"

Müasir tarixçilərimizin, tarixi araşdırma ilə məşğul olan şəxslərin əksəriyyəti Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurucusu M.Ə.Rəsulzadə ilə bağlı yazmağa maraq göstərirlər. Ancaq bəzən bu da müəyyən tarixçilər tərəfindən qısanclıqla qarşılanır. 

Hətta belə eşidirik ki, bəzi tarixçilər ümumiyyətlə Rəsulzadə mövzusunu "özəlləşdirib" və istiqamətdə tədqiqat aparan, kitab yazan şəxslərə qarşı aqressivlik də edirlər. Kimin necə yanaşmasından asılı olmayaraq, Rəsulzadənin adından tutmuş irsinə, fəaliyyətinə qədər hər şey o dövrü araşdıran tarixçilər tərəfindən tədqiq edilməlidir. Amma ölkədə bu qədər Rəsulzadəşünas, Cumhuriyyətşünas  olduğu halda, təəssüf ki, hələ də AXC qurucusunun adı hələ də düzgün yazılmır. Tədqiqatçıların təqdimatında fərqliliklər var. 

Bu gün Rəsulzadəninin adının hansı formada - "Məmməd", yoxsa "Məhəmməd" yazılmalı olduğu və onun adını "Məhəmməd" şəklində ilk dəfə elmi dövriyyəyə kimin gətirdiyi məsələsi geniş müzakirə olunur. Hətta bu müzakirələr ölkənin üç professoru arasında gərginliyə səbəb olub. Professor Nəsiman Yaqublu digər professorlar Qulu Məhərrəmli və Cəmil Həsənli ilə razılaşmır, heç onlar da N.Yaqublunun fikrini əsaslı saymırlar. Professor Nəsiman Yaqublunun "Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" paylaşımından sonra məsələ böyüyüb. Ona ilk reaksiyanı C.Həsənli verib: "Bu günlərdə sosial mediaya göz gözdirəndə Nəsiman bəy Yaqublunun belə bir paylaşımı ilə rastlaşdım "Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə".

2001-ci ildə Azərbaycan tarixində ilk olaraq bu dissertasiyam M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı olan müdafiə işim oldu. Diqqət edirsinizsə, burada da "Məhəmməd" yazılıb və hələ 2001-ci ildə bu ad öz elmi təsdiqini alıb.
 Şübhəsiz ki, Nəsiman bəyin Rəsulzadə irsinin araşdırılmasında və təbliğində böyük əməyi var. Lakin Rəsulzadənin adının "Məmməd" yox, "Məhəmməd" kimi yazılmasının məhz 2001-ci ildə onun dissertasiya və avtorefaratında "öz elmi təsdiqini" tapması bir az həqiqətə uyğun deyil. 1991-ci ildə Nəsiman bəyin "Məmməd Əmin Rəsulzadə" kitabı nəşr olunub. 1992-ci ildə isə mərhum professor Şirməmməd Hüseynov Rəsulzadənin əsərlərinin birinci cildini (Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. I cild (1903–1909). Toplayanı, tərtib və transliterasiya edəni Şirməmməd Hüseynov; Transliterasiya redaktorları Malik Qarayev, Məmmədəli Müsəddiq; Redaktor Elmira Məmmədyarova. Bakı, Azərnəşr, 1992, 470 s.) nəşr etməklə "Məmməd" və "Məhəmməd" məsələsi həll edildi..."

C.Həsənlinin açıqlamasına dərhal cavab verən N.Yaqublu onun yazdıqlarının əksini yazıb: "...İlk öncə yazdığım fikir belədir ki, Azərbaycan tarixi sahəsində "Azərbayan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda 2001-ci ildə müdafiə etdiyim dissertasiya işi həqiqətən ilk elmi təsdiqini alan araşdırmadır. Yəni söhbət tarix elmindən gedir və bu sahədə mənim bu mövzum ilk müdafiə işidir. Və həmin zamana qədər ikinci belə bir (söhbət tarix elmindən və birbaşa M.Ə.Rəsulzadə mövzusundan gedir) mövzu varsa C.Həsənli bizə təqdim etsin. Edə bilməz, çünki yoxdur. Və təbii ki, filologiya sahəsində V.Sultanlı, fəlsəfə sahəsində F.Ələkbərli bu mövzuda uğurlu müdafiələr ediblər və hər ikisi "Məhəmməd Əmin Rəsulzadə" yazıblar. Fikrim budur ki, tarix sahəsində bu ad elmi dövriyyəyə mənim müdafiəmdən sonra daxil edilib. "Məhəmməd" adı isə o zamana qədər təbii ki, yazılırdı. Söhbət elmi dövriyyəyə daxil edilməkdən gedir. İstək, arzu bir şeydir, elmi təsdiqi almaq isə bir başqadır. Onda nə üçün tədqiqatçılara elmi adlar verilir, mövzuları təsdiqlənir, müdafiə şuralarında müdafiə prosesləri aparılır? Ali Attestasiya Komissiyası təsdiqləyir, elmi jurnallarda məqalələr tələb edilir və.s. Bunu anlamaq üçün ali təhsil diplomuna sahib olmaq da yetərlidir.

Bəli, Sovetlər Birliyi dövründə adlarımız təhrif olunurdu - "Məhəmməd" adını "Məmməd"olaraq yazırdıq,"Yusifbəyli"ni "Usubbəyli" yazırdıq və s. Ancaq indi müstəqilliyinin 32-ci ilini yaşadığımız Azərbayanda ruslaşdırılmış adlardan uzaqlaşıb doğma adlarımıza tədricən qayıtmalıyıq. Buraya əlavə etsək ki, Azərbaycan Nazirlər Kabinetinin Terminologiya Komissiyasının mövcud tövsiyyəsi olduqdan sonra ki, "Məmməd" "Məhəmməd" yazılsın onda burda nə problem var ki? Anlaşıqlı şəkildə bunu etmək olar. Bəli, biz də Sovetlər Birliyi dövründə "Məmməd" yazmışıq, indi isə bu nöqsanı aradan qaldırırıq. Bundan ötrü problem yaratmağa nə ehtiyac? Elmin də, tarixin də inkişafı araşdırmalardan, yanlışlıqların aradan qaldırılmasından keçir.

C.Həsənliyə xatırladıram ki, M.Ə.Rəsulzadənin təqdimatında "Məhəmməd" adını ilk dəfə yazan professor Asif Rüstəmli olub. C.Həsənli isə yanlış olaraq bu adı ilk dəfə professor Ş.Hüseynovun 1992-ci ildə yazdığını qeyd edir. C.Həsənliyə xatırladıram ki, professor A.Rüstəmli M.Ə.Rəsulzadənin "Azərbayan Cümhuriyyəti" kitabını 1990-cı ildə "Elm" nəşriyyatında 55 min tirajla nəşr etdirib və o kitabda "Məhəmməd Əmin Rəsulzadə" yazılıb...

Qulu Məhərrəmli isə məqam gözləyirmiş kimi C.Həsənlinin bu yanlış təqdimatına az qalıb ürəyinin də şəklini qoysun və belə bir atmaca atıb ki, "Nəsiman Yaqublunun Qulu Məhərrəmlinin kitabı dərdi var". Əvvəla, kim hansı kitabı yazır bu onun öz işidir. Mən heç yerdə Q.Məhərrəmlinin və onun kitabının adını çəkməmişəm. Sadəcə olaraq ümumi problem kimi yazmışam ki, şəxsiyyətin adını düzgün yazaq. Qeyd edirəm ki, yaradıcılığmın, tarixi və elmi fəaliiyətimin 30 ilindən çoxunu həsr etdiyim, arxiv və kitabxanalarda keçirib topladığım, ictimaiyyətə çatdırdığım "Azərbayan Cümhuriyyəti" və "M.Ə.Rəsulzadə" mövzusu həqiqətən mənə doğmadır. Və görəndə ki, bu sahə ilə məşğul olmayan adam indi bu mövzudan yazır, onda əlbəttə ki, Q.Məhərrəmlinin dediyi kimi bu "dərd"ə çevrilir. Yenə Q.Məhərrəmlinin "dərdə" çevrilən bir fikri də maraqlıdır. Yazır ki, bu kitabı hazırladım ki, M.Ə.Rəsulzadəni gənclər arasında daha da geniş təbliğ edim, təbliğatı gücləndirim, az qala yazır ki, məşhurlaşdırım və s. Maraqlıdır, məgər bu sahənin dəyərli tədqiqatçıları az iş görüblərmi ki, Q.Məhərrəmlinin kitabına bu qədər ehtiyac olsun? Bu sahədə Azərbaycanda 1988-ci ildən başlayaraq Mövsüm Əliyev, Asif Rüstəmli, Nəsib Nəsibli, Nəsiman Yaqublu, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Teyyub Qurban, Aydın Balayev, Cəmil Həsənli, Yadigar Türkel, Vaqif Sultanlı, Faiq Ələkbərli, Nəcibə Bağırzadə, Ədalət Tahirzadə, Vüqar Əhməd, Dilqəm Əhməd, Ceyhun Nəbi və digər araşdırmaçılar ciddi tədqiqatlar aparıb ictimaiyyəti bilgiləndiriblər. Bu qədər böyük tədqiqatçıların zəhmətini kənara qoyub az qala belə bir fikrə gəlmək ki,"onu gənclər arasında mən məşhurlaşdıracağam" ciddi deyil. Və xüsusən o halda ki, bu tədqiqatçıların həmin mövzu ilə bağlı yazılarının və əsərlərinin sayı onlarladır, onda Q.Məhərrəmlinin bu fikri qeyri-ciddi fakta çevrilir..."

N.Yaqublunun qeydləri ilə bağlı professor Qulu Məhərrəmli ilə əlaqə saxladıq. Q.Məhərrəmli bildirdi ki, bu barədə açıqlama vermək istəmir. 

Qeyd edək ki, Q.Məhərrəmli yeni kitabına "Məmməd Əmin Rəsulzadə" adı verib. Q.Məhərrəmli bir neçə gün əvvəl mətbuata açıqlamasında ad mübahisəsinə  "Biz bunu çox götür-qoy etdik, ad necə yazılsın. Mərhum professorumuz Şirməmməd Hüseynovun seçilmiş əsərlərində Məhəmməd Əmin yazılıb. Amma bizim kitabın hədəfi gənclərdir, yeniyetmələr, yuxarı sinif şagirdləridir. Bunu nəzərə alaraq belə qərara gəldik ki, Məmməd Əmin Rəsulzadə yazılsın. Türkiyədə nəşr olunan kitablarda, müxtəlif dərgilərdə, M.Ə.Rəsulzadənin özünün məqalələrində imzası Məmməd Əmindir – Mehmet Emin. Düzdür, bu, elmi yanaşma deyil, amma biz təcrübədən çıxış etmişik. Rus dilinə tərcümədə də Maqomed və ya başqa formada yazılmır, "Mamed Emin Rasulzade", yazılır. Mən də bu variantın, Məmməd Əmin Rəsulzadə yazılmasının tərəfdarıyam"-deyə aydınlıq gətirib.  

"...İndi yazılan kitablara "Məmməd Əmin Rəsulzadə" adının verilməsini düzgün hesab etmirəm"

Qalmaqala səbəb olan məsələ ilə bağlı müstəqil bir ekspertin - AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərlinin fikrini öyrəndik. F.Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, Rəsulzadənin adının ətrafında bu qədər ajitoj yaratmaq düzgün deyil. "Cumhuriyyət qurucusunun adı Məhəmməd Əmin Rəsulzadədir və bu cür də yazılmalıdır. Ona Məmməd, yaxud Məmməd Əmin Rəsulzadə demək, bu şəkildə yazmaq doğru deyil. Onun bioqrafiyasında da adı Məhəmməd yazılıb. Bilirik ki, Məhəmmədin Məmmədə çevirilməsi sovet dövründə baş verib. Deyək ki, düzdür, Türkiyədə də Məhəmməd Əmin adı "Mehmet Emin"ə çevrilib, amma orada da yaxşı olardı ki, Mühammed yazaydılar. Rəsulzadənin adının Məhəmməd olaraq yazılması çox önəmlidir və düzgün olanı budur. O vaxtilə əsərlərini də bu adla yazıb. Azərbaycanda da, Türkiyədə də, Qacarlar dövlətində olanda da Məhəmməd Əmin Rəsulzadə kimi tanınıb, tarixə düşüb".

"Məmməd", yaxud "Məhəmməd" məsələsinə gəlincə. F.Ələkbərli qeyd etdi ki, Sovet dövründə "Məhəmməd" adı "Məmməd"ə çevirildiyi üçün müstəqiliyin ilk illərində təqdimatda müəyyən yanlışlıq olub. F.Ələkbərli qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyəti, Azərbaycan Respublikası da müstəqilliyin ilk dövründə Azərbaycan Demokratik Respublikası kimi təqdim olunurdu. "Dövlət müstəqiliyimizin bərpasından sonra Asif Rüstəmli də, Şirməmməd Hüseynov da, Nəsiman Yaqublu da, sonrakı dövrdə mən də bu mövzuda yazdım. Mən fəlsəfi yöndə yazmışam. Bu baxımdan, bizim qiymətləndirməmiz məhz Məhəmməd Əmin Rəsulzadə üzərində dayanmaq oldu. Rəsulzadənin adının düzgün yazılışı öz təsdiqini tapandan sonra indi yazılan  kitablara "Məmməd Əmin Rəsulzadə" adının verilməsini düzgün hesab etmirəm. Bu yanlışdır. Bu, hər kəs tərəfindən Məhəmməd Əmin Rəsulzadə olaraq qəbul edilməlidir və bu cür yazılmalıdır. Ümid edirəm ki, belə də olacaq" - deyə F.Ələkbərli qeyd etdi.

O, sonda bildirdi ki, Rəsulzadə irsi ilə bağlı araşdırmalı çox məsələlər olduğu halda niyə məhz ad məsələnin gündəmə gətirilməsi suallar doğurur...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ