Cümə axşamı günü, 03 sentyabr 2026
     

"Rəsulzadənin məzarı başında dedim ki, rahat ol, Xankəndimizə də bayraq sancıldı" - Hikmət Xudiyev

Image


"Mən tariximizə qürur gətirəcək bu tarixi hadisəni Ankarada eşitdim və Vətən təşnəsi ilə seyr etdim"

 "Böyüyüb ərsəyə çatdığım evin yaxınlığında Azərbaycan Bayrağını gördükcə..."

Müsahibimiz Xankəndi şəhərində doğulub böyüyən, Xankəndi Pedaqoji İnstitutunun məzunu, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevdir (Cəmilzadə). H.Xudiyevlə Xankəndinin dünənindən və bugünündən danışdıq... 

- Hikmət müəllim, heç ağlınıza gələrdimi ki, bir gün Xankəndi  azad ola bilər?

- 44 günlük müharibəyə qədər Xankəndinin azad olması, ulularımızın əmanəti olan bu gözəl və bənzərsiz diyarda Azərbaycan Bayrağının dalğalanması ağlıma gəlməsə də, işğalın ilk günlərindən uca Allahın ilahi qüdrətinin ədalətinə həmişə ümidli olmuşam.                                                       

- Prezident İlham Əliyev Xankəndiyə bayraq sancanda hansı hisslər keçirdiniz?

- Mən  tariximizə qürur gətirəcək bu tarixi hadisəni Ankarada eşitdim və Vətən təşnəsi ilə seyr etdim. Əməkdar jurnalist olsam da, o an keçirdiyim hissləri vəsf etməyə acizəm. Bir zamanlar  Azərbaycana qarşı qanlı çinayətlərin mayasının qoyulduğu, ətrafında ağrılı-açılı anlar yaşadığımız "obkom"un binası adlanan inzibati binanın qarşısında Azərbaycan Bayrağının ucalmasını seyr edərkən gözlərimə inana bilmirdim. Qeyri-ixtiyari olaraq "Allahu əkbər!" hayqırtımdan ətrafımdakılar da çaş-baş qalmışdı. O tarixi anları ekran qarşısında izləyərkən sevincdən yaşaran gözlərimin önünə bir anlığa 1945-ci ilin yayında Moskvada keçirilən Qələbə paradı gəldi. Xankəndidə müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan Bayrağını ucaldanda qürur hissi keçirdim ki, Stalin kimi xalqına Qələbə sevincini yaşadan qalib, əzəmətli və qüdrətli dövlət başçımız var. 

Yəqin mənimlə razılaşarsınız ki, Xankəndinin düşməndən təmizlənməsi digər rayonlarımızın işğaldan azad olunmasından daha möhtəşəm bir tarixi hadisədir. Bu hadisə sanki  bir fəthdir. Müzəffər Ali Baş Komandaımızın  Xankəndiyə bayraq sancması ilə kirovların, mikoyanların, mirzoyanların, orconikidzelərin, qorbaçovların və s. milli maraqlarımıza qarşı törətdikləri əməllərinin nəticələri tarixin arxivinə atıldı. 

- Bayrağın dalğalandığını görəndə ürəyinizdən nə keçdi?

- Diqqətinizə çatdırım ki, müzəffər Ali Baş Komandaımızın  Xankəndidə bayraq taxdığı yerlə mənim 1989-ci ilə qədər yaşadığım evin arası çox yaxındı – məsafə 100 metr ola, ya olmaya. Böyüyüb ərsəyə çatdığım evin yaxınlığında Azərbaycan Bayrağını gördükcə, o tarixi anların nəhəng möhtəşəmliyini və əzəmətini duyduqca ürəyimdən keçirdi ki, kaş Qarabağ nisgili ilə dünyasını dəyişən valideynlərimiz, digər doğmalarımız, dostlarımız da Xankəndidə, məhz Xankəndidə Azərbaycan Bayrağının dalğalanmasının sevincini yaşayaydılar.

Mən Xankəndidəki paradı seyr edərkən sonsuz sevinc hissi keçirtdim ki, onilliklər boyu azərbaycanlıların çıxmadığı tribuna arxasında sevimlimiz, fəxarət ünvanımız İlham Əliyev paradı qəbul edir.

Müzəffər Ali Baş Komandaımızın  Xankəndiyə bayraq sancmasından sonra mən M.Ə.Rəsulzadənin məzarını ziyarət etdim. Bir sıravi vətəndaş olaraq məzar önündə pıçıldadım ki, "Rahat uyu, Xankəndidə də üçrəngli bayrağımız ucaldı!" və Uca Allahdan dilədim ki, o bayraq bir daha enməsin.

- Siz həm Xankəndidə anadan olmusuz, həm də ali təhsilinizi Xankəndi Pedaqoji İnstitutunda almısınız... Bu ali məktəbi necə xatırlayırsınız?

- Bəli, ilk ali təhsilimi ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti illərində - 1973-cü ildə yaradılmış Xankəndi Pedaqoji İnstitutunda almışam. Bu təhsil ocağında gəncliyimizin ən xoş anları keçsə də, burda da "xalqlar dostluğu" pərdəsi arxasında gizlənmiş separatçı qüvvələrin fəaliyyətini daim hiss etmişik. 1988-ci ilin may ayında azərbaycanlı müəllim və tələbələr institutdan qovuldular. Həmin o müdhiş anlarda tarix fakültəsinin dekanı, ağdamlı Süleyman Zeynalov başda olmaqla, sinəsini vəhşiləşmiş ermənilərin  qarşısına verərək azərbaycanlı tələbə qızların şərəf və ləyaqətini qoruyan müəllərimizi böyük ehtiram və sevgi ilə xatırlayıram. Və hesab edirəm ki, həmin günü o müəllimlər özlərinin qeyrət təəssübkeşlikləri ilə tələbələrinə 4 illik tədris dövründə öyrətdiklərindən daha vacib məsələləri anlatdılar, vətənpərvərlik dərsi keçdilər. 

- Tələbə vaxtı erməni tələbələrlə münasibətlər necə idi? Yoldaşlıq, dostluq edirdizmi?

- Bütün şagird və tələbə yoldaşlarım, məni tanıyanlar bilir ki, mənim Xankəndidə heç bir erməni ilə nəinki dostluğum, heç adi tanışlıq münasibətim də olmayıb, o cümlədən də tələbəlik illərində də.  Mən asudə vaxtlarımı Şuşada, daha çox isə Ağdamda keçirmişəm. 

- Sonuncu dəfə Xankəndidə nə vaxt olmusunuz?

- 1989-cu ilin əvvəllərində. O anların da acı xatirələri  qəzetə sığan mövzu deyil, İradə xanım... 

- Ermənilər Xanın kəndinin adını dəyişib ona  quldur Şaumyanın adını verib  Stepanakert etmişdilər. Bu gün Şaumyanın da heykəli götürülüb, Stepanakert də tarixin qaranlığına yuvarlanıb. Bunları duymaq necə bir hissdir?

- Bəli, AK(b)P  1923-cü il 18 sentyabr tarixli iclasının qərarı ilə Xankəndinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Təəssüf ki, bu qərara imza atanlar arasında azərbaycanlılar da olub.  Bu, tarixi bir ədalətsizlik idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi"… xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. "Stepanakert" sözü bolşevik Stepan Şaumyanm adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız adamların qanını axıtmışdır, a zərbaycanlılara qarşı soyqırımı törətmişdir".

Şaumyanın heykəlinin uçurulmasına gəldikdə isə, bu xəbər "canıma sarı yağ kimi yayıldı".  Xankəndidə, ətraf yaşayış məntəqələrində də Şaumyanın heykəli kimi milli məfkurəmizə zidd olan çox şeylər dəyişməlidir.  İndi Xankəndi və ətrafdakı yaşayış məntəqələrinin "libası" dəyişdirilməli, Qarabağın hər qarışından Azərbaycan ətri gəlməlidi.

- Uzun illər sizin doğma şəhərinizdə separatçılar gəzib-dolaşırdı, bunu necə qarşılayırdınız? "Miatsum" Xankəndidə başladı, erməni separatçıları bu şəhərdə öz çirkin mahiyyətləruni ortaya qoydu. Yadınızda nə qalıb o illərdən?

- Əsrlərdir ki, zaman bizim əlehimizə işləyib. Başqa cür ifadə etsək, uzun illər ermənilərin Qarabağda at oynatmasının qarşısını ala bilməmişik, bu və digər səbəblərdən milli maraqlarımıza laqeyd olmuşuq. Tarixə nəzər salaq. 

Qarabağ heç bir vaxt ermənilərin vətəni olmayıb. XIX əsrin əvvəllərində ermənilər İrandan köçürülərək Xankəndidə yerləşdirilib və burada etnik tərkibi dəyişib. 1813-cü ildə Xankəndidə heç bir erməni  yaşamadığı halda, artıq 1847-ci ildə burada 80 erməni ailəsi yaşayırdı. Beləliklə, zaman-zaman Qarabağda, o cümlədən Xankəndidə ermənilər yerləşdirilərək ulularımızın əmanəti olan torpaqlarımızı ələ keçirtmək üçün min cür fitnə-fəsada əl atdılar. Azərbaycanda 1920-ci ilin aprel çevrilişindən sonra Xankəndidə həyata kecirilən tədbirlər ermənilərin qol-qanadını açdı. Sovet rejimi qurulduqdan sonra ermənilərin ərazi iddiaları yenidən baş qaldırdı. Keçmiş "Dağlıq Qarabağın" hər yerində erməni quldur dəstələrinin fəaliyyəti genişləndi. Onlar yerli azərbaycanlıları talayır, ev-eşiklərini yandırdılar, mal-qaralannı, qoyun surulərini qarət etdilər. Erməni quldurlarının məqsədi "Dağlıq Qarabağda", o cümlədən Xankəndidə yaşayan azərbaycanlıları tamamilə məhv etmək və bu ərazini Ermənistanla birləşdirmək idi. Çox təəssüflər olsun ki, Bakı bu cür taleyüklü anlarda Xankəndinin "birinci şəxsləri"ni yalnız millətçi ermənilərdən təyin edirdi. Onların şovinist əməlləri sayəsində Xankəndinin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ulularımızın yadigarı olan bu şəhərdə ancaq erməni xətti qabardılırdı.  Çirkin niyyətlərini həyata keçirtmək üçün Xankəndinin irili-xırdalı bütün təşkilatlarına rəhbər  vəzifələrə ancaq erməni millətindən olan şəxslər təyin olunurdu. Biz azərbaycanlılar isə həmişə bunun acısını yaşadıq və nəhayət "Miatsum"  iddiası ilə başlayan proseslər bizi kitablara sığmaz faciələrə məruz qoydu, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıq. 

İndi biz Azərbaycan xalqı olaraq tarixdən ibrət götürməli, gələcəkdə də Qarabağ faciələrinin yaşamamaq üçün buraxılan səhvləri təkrar etməməliyik.

- Qarabağ Universiteti yaradılır, Xankəndinin mədəni, təhsil mühiti canlanır.  Münasibətiniz?

- Qarabağ Universitetinin yaradılması uzaqgörənliliklə, özü də tək təhsil istiqamətində deyil, Qarabağın ümumi inkişafı üçün atılmış doğru bir addımdır. Əminəm ki, yaxın gələcəkdə Xankəndi elm, mədəniyyət mərkəzi kimi tanınacaq. 

- Xankəndi sizin üçün nə deməkdir? 

-Xankəndi gəncliyimin ən xoş çağlarını, həyatımın ən müdhiş anlarını özündə ehtiva edən bir şəhərdir.

- Ora qayıtsanız ilk görəcəyiniz iş nə olar?

- Kərkicahan qəsəbəsindəki məzarlığa gedib hələ uçaq ikən çiyin verdiyim atamın məzar daşını axtaracam. (Elə bu sətirləri yazarkən Xankəndidən xəbər aldım ki, Azərbaycan qəbiristanlığı torpaqla örtülərək tanınmaz hala salınıb. Budur erməni xisləti!) 

- Ən çox nəyi xatırlayırsınız və yaddaşımızda hansı məqamları silmək istəyirsiz ki, o yada düşəndə Xankəndi ilə bağlı acı duyğular verir?

- Mən hələ uşaqlıq illərindən hiss edirdim ki, yaşadığım Xankəndi Azərbaycanın milli maraqlarına qarşı köklənmiş bir şəhərdir. Bu qənaətə gəlməyim təsadüfi deyildi. Erməni uşaqları bizi nifrətlə "türk" adlandırıb, bizimlə yoldaşlıq etmir, oynamırdılar. Ağlım kəsəndən hiss edirdim ki, ermənilər, ziyalısından tutmuş fəhləsinədək  hamısı Ermənistandan xüsusi məqsədlərlə Xankəndiyə gəlmiş millətçi adamlara qoşularaq Azərbaycanın əleyhinə təbliğat aparır, qanunların icazə vermədiyi işlərlə  məşğul olurdular. "Dağlıq Qarabağı", o cümlədən Xankəndini Ermənistana vermək üçün dəridən-qabıqdan çıxırdılar. Etiraf edim ki, Xankəndidə də sağlam düşüncəli ermənilər vardı. Bir çox ermənilər bilirdilər ki, onların üzdəniraq "liderlər"i xalqı faciələrə aparır. Ancaq onlar separatçı qüvvələrdən qorxaraq, etirazlarını bildirməkdə aciz idilər.

Mən hələ uşaq ikən günün günorta vaxtı təqsiri olmayan üç azərbaycanlının məhkəmə zalından çıxarılarkən görünməmiş cinayətlərə məruz qalaraq qətlə yetirildiyinin, meyitlərinin yandırılıb tanınmaz hala salındığının şahidi olmuşam. Həmin qanlı hadisə zamanı ermənilərin xidmət etdiyi hüquq-mahafizə orqanları SSRİ kimi bir dövlətin adına ləkə gətirəcək bu ağır cinayəti törədənlərin məsuliyyətə alınması üçün heç bir addım atmadılar. Yalnız o illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin rəhbərlik etdiyi əməliyyat qrupu  Xankəndiyə gəldikdən sonra, məhz ümummilli liderimizin  milli maraqlarımızın qorunmasına prinsipial mövqeyi, yüksək peşəkarlığı sayəsində günahsız azərbaycanlıların qatilləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olundu. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev daim millətçi ermənilər üçün arzuolunmaz şəxs olub. 1987-ci ildə Xankəndi şəhər Daxili İşlər Şöbəsində xidmət edərkən Ulu Öndərin Moskvada tutduğu yüksək vəzifədən azad olunması xəbəri gələndə ermənilərin toy-bayram etməsi bu gün də gözlərim önündədir. Elə bundan sonra dünənə qədər gizli fəaliyyət göstərən millətçi erməni qüvvələrinin fəaliyyəti daha da fəallaşdı - Qarabağın qara günləri başladı. 

Xankəndi mənim doğma yurdum olsa da, bu şəhərlə bağlı acı xatirələrim daha çoxdur. Biz bir şəhərdə daim təzyiqlərə məruz qalmışıq. Neçə-neçə azərbaycanlı bu şəhərdə saxta ittihamlarla həbs olunub. Əlif Hacıyev kimi erməni separatçılarına qarşı mübarizə aparan paqon yoldaşımız şərlənərək uzaq Sibirə göndərilib. Təhsil kursuna gələn azərbaycanlıların üzərinə mərkəzi meydanda qumbara atılıb. Mən bundan sonra 10 ömür yaşasam da 1988-ci ilin sentyabr ayında Xankəndidəki azərbaycanlılara məxsus evlərin yandırılmasını və səhərisi gün anamla şəhəri tərk edərkən məruz qaldığım hadisələri, çəkdiyim iztirabları unuda bilmərəm. Və bir də, doğma şəhərimizdən qovularkən Ağdam və ağdamlıların bizə qucaq açmalarını, tanıdıqları-tanımadıqları adamları süfrələrinin başında əyləşdirmələrini, evlərinin ən rahat yerində bizlərə sığınacaq vermələrini heç bir vaxt unutmayacağam.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

02.09.2026 / 15:56
Rusiya Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel göndərəcək

02.09.2026 / 15:48
ABŞ və Rusiyanın maliyyə nazirləri Aşvildə Ukrayna sazişinin mətnini müzakirə etdilər...

02.09.2026 / 15:26
Zəngəzur dəhlizində dəmiryolundan əvvəl elektrik xətti çəkilə bilər...

02.09.2026 / 15:13
Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq

02.09.2026 / 15:08
ABŞ baş kəşfiyyatçısının məxfi Moskva səfərinin yeni şifrələri açılır...

02.09.2026 / 14:53
İlham Əliyev BMT TŞ qətnamələrinin icrasını Şanxay formatında gündəmə gətirdi...

02.09.2026 / 14:28
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - FOTO

02.09.2026 / 14:04
Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

02.09.2026 / 13:55
Mərmərə dənizində 2 yük gəmisi toqquşdu - biri 11 dəqiqə ərzində sulara gömüldü...

02.09.2026 / 13:49
Prezident İlham Əliyev Çinin Baş prokurorunu qəbul etdi - FOTO

02.09.2026 / 13:37
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

02.09.2026 / 13:28
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi

02.09.2026 / 13:14
"Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir"

02.09.2026 / 13:10
İran Küveyt, İraq, İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu…

02.09.2026 / 12:38
Bakıda Borçalı aşıqlarının konserti olacaq

02.09.2026 / 12:37
Zelenski Rusiyaya qarşı böyük əməliyyatı elan etdi - Rusiyanın hava məkanı təhlükəli elan olundu, mülki aviaşirkətlərə xəbərdarlıq edildi…

02.09.2026 / 12:23
"Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək" - TƏBİB

02.09.2026 / 12:14
ABŞ-ın İranda toy mərasimini bombalaması nəticəsində ölənlərin sayı 68-ə çatdı…

02.09.2026 / 12:02
İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər – Ali Məhkəmə açıqladı

02.09.2026 / 11:50
Həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

02.09.2026 / 11:36
"Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir" - Prezident

02.09.2026 / 11:35
Prezident İlham Əliyev: "2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub"

02.09.2026 / 11:33
"Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır" - Prezident

02.09.2026 / 11:31
Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırılır

02.09.2026 / 11:29
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət etdi

02.09.2026 / 11:20
"Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır" - Prezident

02.09.2026 / 11:15
Prezident İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

02.09.2026 / 11:11
Goranboyda sursat anbarında yanğınla bağlı iki kəndin təxliyəsi başladı

02.09.2026 / 11:03
Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından 11 ədəd patron çıxdı...

02.09.2026 / 10:49
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlandı

02.09.2026 / 10:35
Putin Ermənistanın məsələsini müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət etdi...

02.09.2026 / 10:26
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

02.09.2026 / 10:20
Almaniya Rusiyanı dron hücumunda ittiham etdi, Putin cavab verdi - dəlillər haradadır?

02.09.2026 / 10:02
Tramp İran xalqını Tehrana qarşı üsyana çağırdı – “nə vaxt ayağa qalxacaqlar”…

02.09.2026 / 09:43
Azərbaycan nefti bahalaşdı...

02.09.2026 / 09:14
ABŞ İranda toy məclisini bombaladı - ən azı dörd ölü, 50 yaralı var…

02.09.2026 / 08:52
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub…

01.09.2026 / 22:31
ABŞ-la anlaşıb Maduronu devirdi, Trampla Venesuela neftini bölüşdürdü - sirli milyarderin kimliyi üzə çıxdı... ŞOK DETALLAR…

01.09.2026 / 22:05
ABŞ-dan Rusiyaya xəbərdarlıq - Ukrayna müharibəsi bitənə qədər təzyiq azalmayacaq …

01.09.2026 / 21:50
Prezidentin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

01.09.2026 / 21:43
Avropanın ədalətsizliyinə öldürücü sübut - eyni problem üçün Azərbaycana 24 milyon, Ukraynaya 8 milyard...

01.09.2026 / 21:26
Bişkek görüşü Zəngəzur dəhlizi proseslərində dönüş yarada bilər...

01.09.2026 / 21:10
İstehlak kreditləri də, problemli kreditlər də durmadan artır... 2015-ci il təcrübəsi yada düşür...

01.09.2026 / 20:56
Modi Putini qətiyyətlə müharibəyə son qoymağa çağırdı – “Bu gün müharibə vaxtı deyil”...

01.09.2026 / 20:42
Berlin Rusiyanı Leypsiq Hava Limanına PUA hücumunda rəsmən ittiham etdi

01.09.2026 / 20:35
Mirzoyan Zaxarova barədə: “Məndən bu qadının sözlərinə şərh verməyi xahiş etməyin"…

01.09.2026 / 20:25
İran ABŞ və İsraillə müharibədə ballistik raketlərdən istifadə edib - USA TODAY

01.09.2026 / 19:50
Ev telefonlarından imtinalar kütləviləşir-sabit şəbəkəni saxlamağa dəyərmi?...

01.09.2026 / 19:33
Zelenski Trampın nümayəndələrilə görüşdən sonra bu mesajı verdi - Sentyabrda çox şey dəyişə bilər…

01.09.2026 / 19:18
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı FOTO

01.09.2026 / 19:10
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının cavabını verdi...

01.09.2026 / 18:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Narendra Modi ilə görüşünə dair paylaşım edilib - FOTO

01.09.2026 / 18:10
Pezeşkian Putinlə görüşdə İran-ABŞ müharibəsi ilə bağlı əmin danışdı - qalib gələcəyik…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ