İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkiləri ilə əlaqədar keçirilən iclasda söyləyib.
O bildirib ki, Azərbaycan vətəndaşları ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə səs verərək tarixə düşəcəklər.
MSK-nın sədri, həmçinin iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.
TAHİR