Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan Yeni Kaledoniyada Fransanın nüfuzunu yerlə bir etdi...

Image


Fransanın müstəmləkəçilik siyasətinə etiraz edən Yeni Kaledoniyada bu gün Azərbaycan bayraqlarına daha tez-tez rast gəlmək mümkündür. Elə ötən ay Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında  Azərbaycan bayrağı da dalğalanmışdı.

Xatırladaq ki, həmin vaxt Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. İştirakçılar, Azərbaycan da daxil olmaqla, 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqlarını da qaldırıblar. Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanındadır, neokolonializmlə mübarizəyə dəstək olur. Fransanın etrazlarına baxmayaraq, Numeada təşkil olunan növbəti aksiyada  daha çox sayda Azərbaycan bayrağı dalğalandırılıb. Qeyd edək ki, Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən növbəti etiraz yürüşü keçirilib. Burada  Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişinin onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildirirlər. Xüsusilə silahlı qüvvələr naziri Sebastyan Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risqlər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Nümayişin təşkilatçıları qeyd edirlər ki, Fransanın daxili işlər naziri Jerald Darmanenin çıxışları Fransa hökumətinin mövqeyini, dekolonizasiya və  ölkənin tam suverenliyi məsələsində müstəqillik tərəfdarlarının və milli fəalların fikrini nəzərə almamaq istəyini nümayiş etdirir. "Le Cellule de Coordination des Actions de Terrain" qrupu Kaledoniya rəhbərlərinin razılığı olmadan hər hansı konstitusiya islahatları keçirilməsinə və qanunun məcburi şəkildə dəyişdirilməsinə sərt etiraz bildirib. Vurğulanıb ki, silahlı qüvvələr naziri Lekornunun Kaledoniyaya gəlişi Fransanın Hind və Sakit okean regionunda hərbi mövcudluğunu və qüdrətini gücləndirmək məqsədini açıq şəkildə nümayiş etdirir. O da qeyd olunur ki, prezident Emmanuel Makronun Hind-Sakit okean regionunda hazırladığı strategiya Yeni Kaledoniyanı təhlükəli vəziyyətə salacaq. Makron siyasəti ilə Yeni Kaledoniyanın müstəqillik qələbəsinə mane olmaq və ölkənin siyasi həyatına təsir etmək istəyini aydın nümayiş etdirir. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər. Numea sazişinin ölkəyə sülh və sabitlik gətirdiyini bildirən nümayişçilər həmin sazişdə nəzərdə tutulmuş müddətin sonunda ölkələrinin tam azad olacağını gözləyirlər.

Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan bayrağı dalğalanıb. Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian aksiya ilə bağlı "AzərTAc"a açılqlmasında qeyd edib: "Emmanuel Makron və daxili işlər naziri Jerald Darmanenlə silahlı qüvvələr naziri Lekornunun praktikasına qarşı ikinci etiraz nümayişi keçiririk. Onlar 2024-cü ildə müddəti bitən Numea sazişində nəzərdə tutulmuş öhdəliklərdən yayınmaq üçün müxtəlif manevrlərə əl atırlar". O bildirib ki, son nümayişlə Fransa hökumətinin Yeni Kaledoniyada yeni hərbi baza yerləşdirməsi və onun genişləndirilməsinə etirazlarını bildirirlər: "Yeni Kaledoniyanın hərbiləşməsinə razı deyilik. Biz bu yeni hərbi bazaya "Yox!" deyirik. Biz müharibə vəziyyətində deyilik. Hind-Sakit okean regionunda yerləşən ölkələr, xalqlar arasında münasibətlər yaxşıdır. Ölkəmizdə hərbi baza yerləşdirilməsinə ehtiyac yoxdur. Fransanın məşğul olmalı olduğu başqa çox işləri var, onlarla məşğul olsun. Biz hərbi baza istəmirik". Etiraz nümayişi keçirməkdə məqsədlərinin əhalini yerli və xarici KİV vasitəsilə mümkün risqlərlə bağlı xəbərdar etmək və məlumatlandırmaq olduğunu söyləyən partiya sədri deyib: "Nümayişimizlə, Azərbaycan da daxil olmaqla, bütün ölkələrə demək istəyirik ki, bu mesajları BMT səviyyəsində çatdırmaq və paylaşmaq lazımdır. Emmanuel Makron hökumətinin bu manevrlərinə qarşı birlikdə mübarizə aparaq". Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Qoa Danyel isə vurğulayır: "1998-ci ildə dekolonizasiya prosesinə başlanıldı və qarşıdan gələn il bu proses başa çatır. Ancaq 3-cü referendumdan sonra Fransa dövləti bildirdi ki, 25 il əvvəl başlayan prosesi dayandırırıq, yeni prosesə başlayırıq. Reallıq isə tamamilə başqadır. Bizə əxlaqsız münasibət göstərirlər. Fransa daxili işlər, iqtisadiyyat nazirləri ölkəmizə gəldilər. İndi də silahlı qüvvələr naziri gəlib. Bu, Fransa dövlətinin bizə qarşı üç hücumdur. Daxili işlər naziri Darmanen gələndə əhalini səfərbər olmağa, nümayişə çağırdıq. Noyabrın sonunda olan bu etiraz yürüşünə 6 min insan qatıldı. İndi isə silahlı qüvvələr naziri gəlib və ölkəmizdə hərbi baza yerləşdirilməsinə etiraz olaraq, biz yenidən səfərbər olmağa çağırış etdik. Son nümayişdə isə 10 mindən çox insan iştirak edib. Ancaq bu bizim son nümayişimiz deyil". Q.Danyel ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda mübarizəni dayandırmayacaqlarını deyib. Qeyd edib ki, Fransa Kanakı hərbi baza kimi istifadə etmək istəyir, ancaq biz buna yox deyirik: "Fransa bunu bizim razılığımız olmadan edə bilməz. İqtisadiyyat naziri də bizi səlahiyyətimizdə olan şaxtalardan mərhum etməyə gəlmişdi. Bu gün artıq şaxtalara əl qoyublar. Bizə malik olanı bərpa etmək istəyirik. Fransa şaxtalarla bağlı yeni məcəllə hazırlamaq istəyir ki, bu məcəllə şaxtaçılara Yaponiya kimi başqa ölkələrə gedib, daha yaxşı alıcı axtarmağa imkan verməyəcək. Bu məcəllə şaxtaçıları əldə etdikləri məhsulu Avropaya ucuz satmağa məcbur edəcək. Bütün bunlar məqsədlərimizə uyğun gəlmir. Fransa naziri Darmanen isə jandarmlarını gətirmək, burada mövqeyini möhkəmləndirmək istəyir. Onda artıq bu nümayişlər də olmayacaq. Jandarm və hərbçilərin sayı artır. Biz isə 25 il əvvəl müstəqilliklə bağlı saziş imzalayıb prosesə başlamışıq. Gələn il sazişin müddəti bitir və inkişaf olmalıdır. Ancaq Fransa dövləti hər şeyi dağıdır və tamamilə başqa istiqamətdə işə başlamaq istəyir. Biz isə bunu qəbul etməyəcəyik". Bunlar fonunda Yeni Kaledoniyada Azərbaycana nüfuz savaşında uduzmaqda olan Fransa cılız addımlara gedir. Belə ki, Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. Belə ki, "AzərTAc"-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Onu da qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilib. Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ