Bazar günü günü, 08 noyabr 2026
     

Borrel Azərbaycanın haqlı işinə "işğal" dedi, ermənilərin sayını isə 150 minə qaldırdı...

Image


Mehman İsmayılov: "Biz Jozef Borrelin uydurduğu bu rəqəmləri, uydurduğu bu situasiyanı rədd edirik..."

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Azərbaycana qarşı qərəzli münasibətindən əl çəkmək istəmir. Mütəmadi olaraq dövlətimizi hədəfə alan Borrel  25-ci Aİ-QHT İnsan Hüquqları Forumunda çıxışında iddia edib ki, guya Qarabağı 150 min insan tərk edib. 

Borrel Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsini, öz halal haqqına qovuşmasını "hərbi işğal" kimi qələmə verməyə çalışır. Antiterror tədbirlərindn sonra Qarabağdan könüllü köçüb gedən ermənilərin sayını da qəsdən şişirdən Borrel iddia edir ki, guya "150.000 insan köçkün vəziyyətinə" salınıb. 

Ermənistan 120 min ermənin  Qarabağdan köçdüyünü iddia edirdisə, Borrel niyə "barıtı çox edərək" onların sayını 150 minə qaldırıb? 

"Qarabağdan çıxan ermənilərin sayını şişirdərək 150 min kimi qələmə verməsi onun necə saxtakar olduğunu göstərir"

Borrelin absurd iddiası ilə bağlı politoloq Mehman İsmayılov "Bakı-Xəbər"ə şərhində "Avropa İttifaqının baş diplomatı sayılan Jozef Barrelin Azərbaycana qarşı səsləndirdiyi fikirlər saxtakarlığın, ikili standartların və ikiüzlü siyasətin bariz nümunəsidir. Borrel deyir ki, guya Azərbaycan etnik ermənilərə qarşı güc tətbiq edib və 150 erməni öz "doğma torpaqlarını" tərk edib. Bu, təbii, siyasət deyil. Bu, Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı düzənlənən siyasi fahişəlikdir. Azərbaycan 28 il danışıqlar apardı ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilsin. Nə ATƏT, nə Avropa İttifaqı, nə BMT Ermənistana təcavüzkar dedi, Azərbaycanın pozulmuş haqlarının bərpa eidlməsində heç bir həlledici addım atmadılar. 28 ildən sonra Azərbaycan məcbur olub öz torpaqlarını güc yolu ilə azad etdi, ondan sonra 36 ay müddətində Ermənistanın öz qoşunlarını bizim ərazilərimizdən çıxarılmasını tələb etdi. Yenə də nə Avropa İttifaqı, nə ATƏT, nə BMT, nə dünyanın aparıcı gücləri bu prosesin həyata keçirilməsinə,  Ermənistanın öz üzərinə götürdüyü öhtəlikləri  yerinə yetirməsinə yardım etmədilər. Əksinə, erməni separatizminə dəstək verdilər. Bu gün də onlar  ermənilərin, Ermənistanın revanşist çağırışlarına dəstək verirlər. Avropa İttifaqı Ermənistanı silahlandırmağa dair qərar verib, Fransa Ermənistanı silahlandırır, Hindistan da həmçinin. ABŞ Azərbaycana təzyiqlər edir və bütün bu təzyiqlərin bir məqsədi var, Azərbaycanı antirusiya və antiiran müstəvisində Qərbin yanına çəkmək. Azərbaycanın və Türkiyənin Rusiya il yaxınlaşan münasibətləri, getdikcə inkişaf edən strateji əlaqələri Qərbi və Avropa İttifaqını qane etmir, onlar Güney Qafqazı savaş meydanına çevirmək istəyirlər. Erməni parazitlərindən istifadə edib, guya onların haqlarını müdafiə edirmişlər kimi özlərini göstərib Azərbaycana təzyiq edirlər. Azərbaycan Avropa İttifaqının enerji təminatında çox vacib bir aparıcı oyunçu kimi iştirak etdiyi halda Borrelin verdiyi bu bəyanatlar məntiqdən, siyasətdən, diplomatiyadan kənardır. Borrel ümumiyyətlə çox qaba bir siyasi dildən istifadə edən məmurdur"-deyə bildirdi. M.İsmayılovun sözlərinə görə, Borrel gəncliyində çörəkçi, ofisant, mühasib olub, kosmik mühəndis olmaq istəyib, sonra iqtisadiyyata meyl edib, hakimiyyətə gələn kimi Rusiyanı Avropanın köhnə düşməni, Amerikanı Avropanın düşməni, indusları dünyanın düşməni adlandırıb. Onun çox qaba bir dildən istifadə etdiyinin bütün dünyaya məlum olduğunu deyən M.İsmayılovun sözlərinə görə, haqqı görməmək, Azərbaycanı ermənilərə qarşı güc tətbiq etməkdə suçlamaq Avropa İttifaqının tutduğu ikiüzlü mövqedir. O vurğuladı ki, Azərbaycan özünün karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılması üçün infrastrukturu inşa edərkən bütün dünya Azərbaycanın üstünə gəlirdi. O bildirdi ki, Rusiya, İran və Ermənistan bütün  gücləri ilə Azərbaycana təzyiq edirdilər, amma indi Azərbaycan öz gücü hesabına qurduğu infrastrukturlar vasitəsilə Avropanın qaza, neft və neft məhsullarına olan ehtiyacını ödəməkdə ikən Azərbaycana qarşı sərglənən bu mövqe ədalətsizlikdir. "Jozef Borrel, Şarl Mişel, bütövlükdə Avropa Azərbaycandan qaz istəyir, Azərbaycan Aİ-nin enerjiyə ehtiyacının 5 faizini ödəyir. Azərbaycan sivil bir tərəfdaş kimi davranış sərgiləyir, belə bir vəziyyətdə Azərbaycana qarşı səsləndirilən bəyanatlar heç bir arqument olmadan sadəcə uydurulan iddialardır və təzyiq kampaniyasıdır. Borrelin Qarabağdan çıxan ermənilərin sayını şişirdərək 150 min kimi qələmə verməsi onun necə saxtakar olduğunu göstərir. Azərbaycan öz haqqını qoruyur və heç kəsin ərazisinə müdaxilə etməyib. Azərbaycan həm 44 günlük əks-hücum əməliyyatını, həm də 23 saat 50 dəqiqəlik antiterror tədbirlərini öz ərazisində həyata keçirib. Borellin bunun əksini iddia etməsi onun nə tarixi, nə coğrafiyanı bilmədiyini göstərir. Amma Jozef Borrel katoloniyalıdır. O bilir ki, 7 milyon 500 min katolonyalının haqqını İspaniya hakimiyyəti total şəkildə tapdalayır və öz dillərində danışmağa onlara qadağalar qoyur. İspaniyanın içindəki separatizmin əleyhinə fəaliyyət göstərən Borrelin Azərbaycanın ərazisində separatizmə dəstək verməsi bizi təəccübləndirmir. Çünki biz Avropa və kollektiv Qərb siyasətçilərinin siyasi monipulyasiya və spekulyasiyadan istifadə etdiyini bilirik. Azərbaycan öz siyasətini yürüdür, öz ərazisində, öz hüdudları içində fəaliyyət göstərir. Jozef Borrelin ermənilərin "mədəni tarixi" və "dini irs"inin qorunmasına çağırış etməsi yenə də onun gerçəkdən ikiüzlü bəyanatlar səsləndirdiyini açıq-aşkar göstərir. Bəs Qərbi Azərbaycanın ərazisində Azərbaycan türkünə məxsus olan  dağıdılmış 4 min abidənin taleyi necə olsun? Ermənilər Qərbi Azərbaycanda 400 məscid dağıdıblar, 744 məzarlığın altını üstünə çeviriblər, Qarabağda Azərbaycann tarixi  və mədəni irsini yerlə yeksan ediblər. Amma bunun barəsində danışan bir avropalı diplomat və ya məmur yoxdur. Bu, avropalıların siyasi ikiüzlülüklərini, heç bir demokratik və qanuni mövqe tutmadıqlarını açıq-aşkar göstərən bir bəyanat və çağırışdr. Biz Jozef Borrelin uydurduğu bu rəqəmləri, uydurduğu bu situasiyanı rədd edirik ki, Azərbaycan öz hüdudları çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edib"-deyə M.İsmayılov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ