Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Azərbaycanla düzəlişməsə, Mərkəzi Asiyada ciddi problemlər yaşayacaq...

Image


Məlum olduğu kimi, Fransanın "Arquus" şirkətinin istehsalı olan "Bastion" tipli 24 zirehli texnika bir müddət əvvəl Ermənistana göndərilib. Fransa Senatı daha 26 ədəd belə maşının gələn il ərzində Ermənistana çatdırılacağını açıqlayıb. 

Bundan başqa, Ermənistan bu yaxınlarda Fransanın "Thales" şirkətindən üç ədəd GM 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket kompleksinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Bundan başqa, Fransa Senatı ölkə hakimiyyətinə Ermənistana artıq hücum silahlarının göndərilməsi çağırışını da edib. Söhbət özüyeriyən "Caesar" artilleriya qurğularından gedir. Bu barədə təklif Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin 2024-cü il müdafiə xərclərində öz əksini tapıb. Senat komitəsinin fikrincə, müdafiə və hücum silahları arasında fərq praktikada o qədər də effektiv deyil, bunu Ukraynadakı müharibə göstərdi. Senatorlar "əvvəldən lazım olan avadanlığın çatdırılmasını gecikdirməklə eyni səhvləri təkrarlamamağa" çağırıblar: "Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı, tez cavab verməliyik". Bununla əlaqədar çıxış edənlər 2024-cü ildə "Nexter" istehsalat şirkətinin yeni istehsal gücü ilə yanaşı, effektivliyi nəzərə alınmaqla "Caesar" artilleriya sistemlərinin tədarükü məsələsinin tez bir zamanda öyrənilməsini tövsiyə ediblər. Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla bölgədə qarşıdurmanı gücləndirməyi prioritet elan edib. Paris bununla Azərbaycan və Ermənistan arasında gərginliyi qoruyub saxlamaqda maraqlıdır. Faktiki müşahidə edilən odur ki, Fransa sözdə sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırır. İrəvandan siyasi rıçaq kimi istifadə edən Fransa prosesin "ölü nöqtədən" tərpənməməsi üçün əlindən gələni əsirgəmir. Halbuki, Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Bunu Fransa da yaxşı bilir. Əslində, Fransanın Cənubi Qafqaz və Mərkəzi Asiyada siyasəti də getdikcə Azərbaycandan asılı duruma düşür. Azərbaycanın razılığı olmadan Fransa regionda nəyəsə nail ola bilməz. Bura Mərkəzi Asiya da daxildir. Xatırladaq ki, ötən ay Fransa prezidentinin Mərkəzi Asiyanın iki dövlətinə, Qazaxıstan və Özbəkistana səfəri baş tutub. Emmanuel Makronu müşayiət edən nümayəndə heyətinə kənd təsərrüfatı, energetika və mədənçıxarma sahələrini təmsil edən on beş böyük fransız şirkətinin rəhbərləri daxil olub. Şərhçilər Fransa prezidentinin Qazaxıstan və Özbəkistana səfərini Parisin Afrikadakı təsirinin zəifləməsi ilə əlaqələndirir, Fransa isə atom elektrik stansiyaları üçün lazım olan nüvə yanacağını əsasən Afrika ölkələrindən alırdı.  Qeyd edək ki, Qazaxıstan uran ehtiyatlarına görə dünyada liderlərdən biridir və ötən il dünya tələbatının beşdə birindən çoxunu hasil edib. Fransanı da bu maraqlandırır. Belə durumda Fransanın "La Gazette" onlayn nəşrində dərc olunan məqalədə deyilir ki, Makronun səfəri zamanı bir sıra ilkin ticari sazişlər imzalanıb. Bundan başqa, Fransa inkişaf və təhsil sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini bildirib; iki fransız universitetinin açılması; tələbə mübadiləsinin genişləndirilməsi və fransız dilinin populyarlaşması üzrə səylərin davamı barədə bəyanatlar verilib.

Bildirilir ki, bu regionda daha dərin qarşılıqlı əlaqələr həm Fransa, həm də bütünlükdə Avropa üçün həlledici əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsi Avropanın enerji təhlükəsizliyini, nadir torpaq elementləri tədarükünü təmin edə və Mərkəzi Asiya regionunda geosiyasi balansı bərpa edə bilər. Makron 1994-cü ildən Mərkəzi Asiya regionuna səfər edən ilk Fransa lideridir. Lakin son 30 il ərzində xammal sahəsində Fransa və region ölkələri ilə əməkdaşlıq intensiv şəkildə inkişaf edib: "TotalEnergies" şirkətinin neft yataqlarına investisiyaları və uran hasilatı sahəsində sıx əməkdaşlıq bunu təsdiqləyir: 2022-ci ilin məlumatlarına görə, Fransanın satın aldığı uranın 29 faizi Qazaxıstanın, 17 faizi isə Özbəkistanın payına düşüb. O cümlədən, Fransa prezidentinin bu yaxında baş tutan səfərindən də göründüyü kimi, Ukraynadakı müharibə bu yaxınlaşmanın səbəbi olub. Nəticədə, bütünlükdə Aİ və ona üzv dövlətlər Mərkəzi Asiya ölkələri ilə energetika, nəqliyyat və ticarət sahəsində əməkdaşlığı möhkəmləndirib…Aİ nüvə enerjisini 2050-ci ilədək karbon neytrallığının əldə olunması üçün mühüm sektor olaraq nəzərdən keçirdiyindən, Qazaxıstanın təşəbbüsləri Qərbdən olan müttəfiqlərinin dəstəyini cəlb edə bilər… Digər konkret təşəbbüslərə gəlincə, Avropa və Asiya arasında, həmçinin, Orta Dəhliz olaraq bilinən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi yeni ticarət marşrutlarının təşviqi Avropa üçün irəliyə doğru mühüm addım ola bilər. Türkiyədən başlayan bu ticarət marşrutu Cənubi Qafqazdan və Mərkəzi Asiyadan keçərək Çinə uzanmaqla ticarət marşrutlarını potensial olaraq şaxələndirir və sürətləndirir. Fransanın Mərkəzi Asiyada iştirakının artmaası və böyük dövlətlərin nüfuzuna qarşı adi ağırlıq qüvvəsi çərçivəsindən kənara çıxması Orta Dəhlizin inkişafına və əhəmiyyətinin artmasına aktiv şəkildə imkan yarada bilər. Bu, Avropaya təkcə tranzit müddətini azaldan alternativ ticarət marşrutları təklif etmir, həm də Mərkəzi Asiyanın Şərqlə Qərb arasında körpü olaraq strateji əhəmiyyətini vurğulayır. Beləliklə, mürəkkəb geosiyasi reallıq Şərqdən Qərbə yola göndərilən yükləri yenidən digər marşrutlara istiqamətləndirməyi şərtləndirib. Azərbaycanın isə bu baxımdan rolu ancaq artıb. Azərbaycanla Mərkəzi Asiya ilə logistika və nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Aİ ölkələrinin regionun resurslarına artan tələbləri fonunda Azərbaycanın bu tədarüklərdə rolu mühüm rol oynayır". Bunlar fonunda hesab olunur ki, Azərbaycan artıq Qazaxıstandan neft və uranın, Türkmənistandan isə gübrə və bir çox digər məhsulun ixracında tranzit nöqtəsi olaraq çıxış edir. Bu səbəbdən vurğulanır ki, Fransa və digər Avropa dövlətləri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməklə yanaşı, Azərbaycanın onlara təklif etdiyi imkanlara da xüsusi diqqət yetirsələr yaxşı olar. Hər halda, Fransa Azərbaycan siyasətini korrektə etməsə, Mərkəzi Asiya siyasətində də ciddi problemlər yaşamalı olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ