Bazar günü günü, 08 noyabr 2026
     

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının əsas səbəbi... Məhərrəm ZÜLFÜQARLI yazır

Image


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probelmi haqqında çox yazılıb. Lakin bəzi taleyüklü məsələlər var ki, əhalinin mütləq əksəriyyəti   bunlardan xəbərsizdir.  Belə taleyüklü məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasını səbələri ilə bağlıdır. 

Bu məqalədə   BMT Təhlükəsizlik Şurasının üzvlərinin  Azərbaycana qarşı  riyakar fəaliyyəti, onların dolayı yolla yaratdıqları bəzi süni maneələrə aydınlıq gətirməyə çalışacağıq.

Fikrimizcə ictimaiyyətin əksəriyyətinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının səbələri haqqında düzgün məlumat əldə edə bilməməsində xarici qüvvələrlə yanaşı, Azərbaycan KİV-lərinin rolu da az olmayıb. Onların bu məsələni düzgün izah etməmələri əhalini düzgün məlumat əldə etməsinə imkan verməyib. Faktlara müracit edək. (Oxuculara kömək məqsədilə aşağıdakı yazılarda verilmiş səhv fikirlər qara şriflə göstərilib.)

"BMT-nin 4 qətnaməsinin ömrü nə qədərdir?" adlı yazıda deyilir: "BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir."

"BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 874 və 884-cü qətnamələri" adlı yazıda işğalçı mücərrəd olaraq "erməni hərbi birləşmələri" kimi qeyd olunub: "Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir." [5]

"Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi" adlı yazıda deyilir: " Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib." 

 "Azərbaycan diplomatiyasının BMT qələbəsi" adlı yazıda qeyd olunur ki, "Dünyanın ən böyük və nüfuzlu təşkilatı olan BMT artıq 16 ildir ki, Ermənistanı işğalçı dövlət kimi tanıyır, ondan təcavüzkar siyasətini dayandırmağı tələb edir.

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamədə qeyd edilirdi: "Təhlükəsizlik Şurası... silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:

Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir..."

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnaməsində Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiq olunurdu.

1993-cü il noyabrın 11-də qəbul etdiyi 884 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edirdi." [4]

"BMT platformasında Qarabağ zəfəri" başlıqlı məqalədə yazılır: "BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə Dağlıq Qarabağ və digər ərazilərin işğalı faktı qeyd edilərək, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olundu. 

 Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri düz 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı davam etdirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi." [3]

"Azərbaycan BMT TŞ-nın 4 qətnaməsinin icrasını təmin etdi" başlıqlı yazda qeyd olunur ki, "Azərbaycan dövləti öz qətiyyəti ilə həm də BMT TŞ-nın Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair məlum  4 qətnaməsinin icrasını təmin etmiş oldu." [1]

Yuxarıda təhlil etdiyimiz məqalələr müxtəlif dövrlərdə BMT TŞ-nın məlum 4 qətnaməsi ilə bağlı Azərbaycan KİV-lərində dərc olunmuş yazıların bir hisəsidir. Bu mövzuda nəşr olunmuş yazıların demək olar ki, mütləq əksəriyyətində BMT TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsi düzgün izah olunmayıb. Bu yazıların hamısında qeyd olunur ki, 4 qətnamənin hamısında Ermənistan Respublikası işğalçı dövlət kimi göstərilib. Fikrimizcə bu müəlliflər özlərinə əziyyət verib bu qətnamələri oxuyub təhlil etmədən, məsələnin mahiyyətini düzgün anlamadan bu cür ciddi məsələ barədə məqalələr yazmaqla oxucularda səhv təsəvvür formalaşdırmışlar.

2007-ci ilin oktyabr ayında Bolqarstanın paytaxtı Sofiya şəhərində eks-prezidentlərin iştirakı ilə keçirilən "Balkan siyasi klubu" beynəlxalq konfransında iştirak edərkən erməni nümayəndə heyətinin BMT TŞ-nın Azərbaycanla əlaqədar 4 qətnaməsi ilə bağlı dedikləri bizi bu məsələ ilə bağlı ciddi araşdırma aparmağa məcbur etdi. Məsələni araşdırarkən məlum oldu ki, BMT TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsinin heç birində Ermənistan Respublikası işğalçı dövlət kimi göstərilməyib. Oxucuların bunu əyani şəkildə görməsi üçün həmin 4 qətnamənin mətnini məqaləyə əlavə kimi daxil etməyi məqsədəuyğun hesab etdik.

Qətnamələrin mətnlərinin təhlili sübut edir ki, burada Azərbaycan ərazilərinin işğal olunması  və işğal olunmuş ərazilərin dərhal azad olunması qeyd olunsa da, işğalçı kimi Ermənistan Respublikası deyil, yerli ermənilər, yəni Dağlıq Qarabağda yaşayan ermənilər göstərilir. Qətnamələrin əksər hissələrində isə "işğalçı" termini konkret deyil, mücərrəd şəkildə işlədilir. Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən bu qətnamələrin müddəalarına riayət edilməsinə öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırış edirlər.

Qətnamələrdə Ermənistan Respublikasının işğalçı dövlət kimi göstərlməməsinə baxmayaraq yerli KİV-də bunu inkar edən yazılara da rast gəlmək olur. Məsələn, "BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan hakimiyyətini ifşa edir. Bu ölkə rəsmilərinin "Qətnamələrdə Ermənistan haqqında heç nə yoxdur" fikri reallıqdan uzaqdır" başlıqlı yazda deyilir: " Ermənistan rəsmiləri isə iddia edirlər ki, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların qeydşərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə, guya, bu ölkənin adı yoxdur. Bu fikri səsləndirən erməni rəsmiləri və deputatları bir daha riyakar, yalançı və rəzil olduqlarını təsdiqləyirlər. Belə yalanlarla işğalçılıq siyasətlərini ört-basdır etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi birmənalı olaraq Ermənistan silahlı qüvvələrinin işğal  etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmaları üçün qəbul edilib. [2]

 Məsələnin mahiyyətinə obyektiv yanaşması ilə fərqlənən Azərbaycanın görkəmli diplomatı Vəfa Quluzadə yazırdı: " Bütün bu qətnamələr yerli, etnik ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunmasına, Azərbaycanın dövlət sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsinə çağırır. Bunula yanaşı bu qətnamələr işğal faktını tanımır, Ermənistanı işğalçı adlandırmır, işğalı qınamır və işğalçını cəzalandırmaq və onun qurbanın pozulmuş hüqularının bərpası üçün heç bir sanksiyanı nəzərdə tutmur... 822-ci qətnamədə Dağlıq Qarabağ tamamilə unudulub... 853-cü qətnamədə Ağdam rayonun işğalı pislənsə də, hansı qüvvə tərəfində işğal olunduğu qeyri müəyyən qalır..874 və 884 – cü qətnamələrdə bizim sevincimizə, ermənilərin isə kədərinə səbəb olan Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasının qeyd olunmasını Azərbaycan diplomatiyaının uğuru hesab etmək olar."  [12, s.176-177]

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tənqidi təhlili sübut edir ki, bu qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması haqqında gəlişi gözəl sözlər gen-bol işlədilməsinə baxmayaraq Azərbaycan əleyhinə düşünülmüş gizli bir riyakarlıq özünü büruzə verir. Bu da ondan ibarətdir ki, bu qətnamələrdə Ermənistanı işğalçı dövlət kimi göstərmək əvəzinə, Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə çağırmaqdan ibarətdir. 

Bildiyimiz kimi Ermənistan və Rusiya axıra qədər Dağlıq Qarabağ qondarma qurumunu tanımadı. Daim riyakarcasına bildirdilər ki, Azərbaycanın ərazilərinin işğalında onların heç bir rolu yoxdur.  Buna görə də Azərbaycanın danışıqları Ermənistanla deyil Dağlıq Qarabağ qondarma qurumu ilə aparmağı təkidlə tələb edirdilər. Fikrimizcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bu riyakarlığa şərait yaradırdı. Yəni Azərbaycan bu təxribata qarşı axıra qədər qətiyyətlə mübarizə aparmasaydı vəziyyət acınacaqlı olardı. Belə ki, Azərbaycan Dağlıq Qarabağ qondarma qurumu ilə danışıqlara razı olsaydı, onları faktiki tərəf kimi tanımış olardı. Bu da sonradan Azərbaycana qarşı olan dövlətlərin qondarma qurumu tanımasına və Dağlıq Qarabğın itirilməsi ilə nəticələnə bilərdi. 

BMT Təhlükəsizlik Şurasının üzvləri olan, həm də sonradan ATƏT-in Minsk qrupunda danışıqlara vasitəşilik etmiş Rusiya, Fransa, ABŞ işğalçının Ermənistan olduğunu çox yaxşı bilə-bilə qətnamələrdə Ermənistanı işğalçı kimi göstərməmələri onların problemin həllində maraqlı olmadıqlarını sübut edir. Qətnamələr qəbul olunduğu dövrdə əsrin sazişi imzalanmadığından İngiltərənin bu məsələdə maraqlı olmaması, ÇXR –in isə bu dövrdə cənubi Qafqazla bağlı aydın siyasətinin olmaması qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi göstərilməməsinə şərait yaratdı. O zaman  bu məsələdə Rusiya və Fransanın xüsusi canfəşanlıq etməsi   qətnamələrdə əsil işğalçının göstərilməməsi ilə nəticələndi.

Müzəffər Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı  44 günlük müharibədəki şanlı qələbəsi və 2023-cü ilin 19 sentyabrında yüksək səviyyədə  qısa müddətli həyata keçirilmiş anti-terror əməliyyatı  ilə   beynəlxal güclərin Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün təxribatlara, riyakarlıqlara son qoyuldu. Əvvəlki illərdən fərqli olaraq artıq Cənubi Qafqazda real gücə malik olan Azərbaycan Respublikası ilə beynəlxalq güclər riyakarlıq, təxribat dili ilə deyil, bərabər səviyyədə, beynəlxalq hüquqa uyğun münasibətlər qurmaqa məcburdular.

MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm və Menecment Universiteti,  
"İctimai fənlər" kafedrası, t.ü.e.d, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ